Icma.az
close
up
RU
“O xalq artistləri ad alana qədər kimlərə rüşvət verib, bunları açıqlamaq istəmirəm”

“O xalq artistləri ad alana qədər kimlərə rüşvət verib, bunları açıqlamaq istəmirəm”

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Əlimdə ancaq dediyim söz var. Düzünü deyən adam da çox vaxt tək qalır. Bu həyatda da yalnız özümə, Allaha, bir də valideynlərimə güvənirəm”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Nura Suri deyib və Mədəniyyət Nazirliyinin şöbə müdiri Mənzər Nurəliyeva haqqında dediklərinə aydınlıq gətirib:

“Mədəniyyət Nazirliyində çalışan Mənzər Nurəliyeva haqqında danışmaq istəyirəm. Ətraflı müsahibə verməməyimin səbəbi də odur ki, dediyim söz qalacaq kənarda, başqa-başqa mövzular qabardılacaq. Eşitdiyim görə, bir neçə xalq artisti ilə danışıqlar gedir. Hətta bir tanışım restoranların birində əyləşmişdi və zəng edib dedi ki, səsini çıxartma, səndən danışırlar".

Nura Suri əlavə edib: "O xalq artistləri ad alana qədər kimlərə rüşvət veriblər, kimlərləsə görüşüblər, bunları açıqlamaq istəmirəm”.

Müğənni qeyd edib ki, bütün vəsaitini övladları üçün xərcləyib:

“Bu sənətə uşaq vaxtı gəlmişəm. “İmkan” qrupunun solisti idim. Anar Mədətov, Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev və Sevda Ələkbərzadə də o qrupun üzvü idi. Sonra ailəm musiqi ilə məşğul olmağıma icazə vermədiyi üçün səhnədən uzaqlaşmalı oldum. Ovaxtıkı Lenin Sarayındakı (Heydər Əliyev Sarayı - red.) konsertlərdə də iştirak edirdim. Lakin məşqlərə gizlin qatılırdım. Çünki ailəm icazə vermirdi. Sonra erkən yaşlarımda ailə qurdum, ana oldum.

2002-ci ildən səhnəyə gəlmişəm. "Xalq artisti" adı alan ifaçılarla eyni səhnəni bölüşmüşəm. Burada kimsə çox iş gördü, mən edə bilmədimsə bu tamamilə maddiyyatla bağlıdır. Bütün imkanlarımı 3 oğlum üçün xərcləmişəm. Mənim üçün əsas olan analıq olub”.

Müğənni iddia edib ki, bildiyi məsələlər olsa da, bu haqda danışa bilmir:

“Bir sözlə, müğənninin uğur qazanmasının əsas səbəbi arxasında kiminsə olmasıdır. Dostlar, tanışlar, sevgililər – nə edim, belədir. Bizdə hamı pərdə arxasında danışmağı sevir. Müsahibə verməməyimin səbəbi də çəkingənlik deyil. Əlimdə sübutların olmamasıdır.

Mədəniyyət Nazirliyində Nərminə adında xanım var ki, bir zamanlar mənə dedi ki, sənə mədəniyyət evlərindən birini verək, fəaliyyət göstər. Bunun də səbəbi o idi ki, həmin xanım bəzi nümayəndələri o mərkəzlərə direktor təyin edərək, nazirlikdən təmir üçün vəsait alacaqdı. Müğənni də öz hesabına o mədəniyyət evlərini təmir edəcəkdi. Sonra da həmin şəxslərə o mərkəzlərə rəhbərlik etdikləri üçün Əməkdar artist kimi adlar veriləcəkdi.

Əslində, həmin dönəmdə ürəyimdən keçdi, lakin anam icazə vermədi ki, bu dövlətdən yeyintidir. Bəlkə, mənim dəyişməməyimin səbəbi də valideynlərimdir. Nərminə xanımın məsələsinə gəldikdə isə yeganə şahidim anamdır. Ona görə bu haqda açıq danışa bilirəm. Çünki ən azından bir nəfər şahidim var. Bildiyim məsələlər var ki, danışa bilmirəm. Ona görə ki, şahidim yoxdur. Bu məsələdə hüquqi tərəfi düşünürəm.

Qısası, rüşvət verib nəsə etmək, dövləti, milləti istifadə etməkdir”.

 İfaçı səhnəyə gələndə hər şeyinin olduğunu bildirib:

“Hamı deyir ki, o nə oxuyur? Bəli, siz bəyənməyə bilərsiniz. Bəyənən sənətçilər və insanlar var. Bu hərənin öz işidir. Konsertlər etməməyimin səbəbi də övladlarımdır. Onları pullu məktəblərdə oxudaraq xaricdə təhsil vermişəm. Bu səhnəyə gələndə dörd evim var idi, indi isə bir evim var. Bu sahəyə gələndə evlərim, maşınlarım, qızıllarım, brilliantlarım, bankda hesabım – bir sözlə, hər şeyim var idi. Həyat yoldaşım çox varlı olub. Ailəmindən məndən hansısa gözləntisi olmayıb. Mənlə səhnəyə eyni gələn insanlar düşünsün ki, hansı yollardan keçib. Mən hər şeyi övladlarıma qurban vermişəm”.

“Jurnalistlərə də minnətdarlığımı bildirirəm. Hər zaman fikrlərimi işıqlandırırlar. İşıqlandırdığım məsələlər də hər zaman başqlarının problemləri olub. Bir insanın başına gələ biləcək bütün pis və yaxşı şeyləri yaşamışam. Bunların da heç birini açıb-ağartmamışam. Başqasına qarşı edilən heç bir haqsızlığa da susmuram. Bir şeyi dilə gətirirəmsə, demək bu doğrudur. Rüşvət verən insan heç vaxt dilinə gətirməz ki, bunu etmişəm. Mənzər xanımla dostluğu olan hər kəs təbii ki, onun tərəfini saxlayacaq. Bu qədər insana qarşı necə tək dayanım? Haqsız vəziyyətə düşmək istəmirəm”, - Nura Suri vurğulayıb.

O, Mədəniyyət Nazirliyində qəribə monopoliya yarandığını deyib:

“Mənim kimi haqsızlıqla üzləşənlər də çoxdur. O xanımın da öz ətrafı var. Bəzi insanlar ona xeyir verəcək şəxslərlə yaxın olmağı sevirlər. Hərənin bir seçimi var. İndi elə dövrdür ki, gərək ətrafında sən xeyir verəcək insanlar olsun. Ad almaq məsələsində də vaxtı ilə rüşvət yığılıb. Sonradan dəyişikliklər çox oldu. Sistem tamamilə dəyişdi.

Bu gün tədbirlərdən ödəniş alınır. Ora da ancaq xüsusi seçilən insanlar var. Bu rüşvət məsələsini də aidiyyəti qrumlar araşdırmalıdır. Alınan evlər, maşınlar da öz adlarına olmur. Qohumunun, dostunun, tanışının adına olur. Heç kimi mühakimə etmək fikrim də yoxdur. Sadəcə gördüklərimi və bildiklərimi danışıram. Yazdığım şeylər səbəbilə bir çox düşmanlar da qazanıram. Sənət sahəsində xeyli ləyaqətli və yaxşı insanlar var. Lakin hər zaman geridə qalırlar. Göz önündə olan bəzi şeylər adımızı batırır”.

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Noyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see296

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see201

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see196

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see174

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see174

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see154

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see143

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see139

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see138

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see135

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see127

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see127

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri