Icma.az
close
up
RU
O zaman yalvarışlarının belə nəticəsi olmayacaq MÖVQE

O zaman yalvarışlarının belə nəticəsi olmayacaq MÖVQE

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Misal var deyərlər: “İlan ulduz görməsə ölməz”. Bu misalı bəzi ölkələrə xüsusən də Ermənistana aid etmək olar. Ermənistan 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya sənədindən ötən 4 ildən artıq vaxt keçməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə, hər vasitə ilə öhdəliklərin icrasından və sülh sazişindən yayınaraq vaxt qazanmağa çalışır. Lakin Ermənistan onu da unudur ki, zaman onların ziyanına işləyir. Zaman yetişəcək ki, Ermənistanın sülh adı altındakı spekulyasiyanın çox ağır bədəlini ödəməli olacaq. Hətta Ermənistanın varlığı belə sual altında qala bilər”.

Bunu Ölkə.Az-a açıqlamasında deputat Müşfiq Məmmədli deyib. 

Deputat bildirib ki, baş nazir Nikol Paşinyanın İran televiziyasına verdiyi müsahibəsində Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılqması və sülh sazişi ilə bağlı verdiyi açıqlamalar bir daha İrəvanın üzərinə götürdüyü öhdəliklərdən imtinanın sübutudur: “Paşinyan həmin müsahibəsində 10 noyabr 2020-ci ildə imzalanan bəyanatının 9-cu bəndinin müddəalarını imtina edərək bəyan edib ki, yolların açılması ilə Ermənistan heç vaxt nə yazılı, nə də şifahi öhdəlik götürməyib. Paşinyan belə bir mövqe sərgiləməklə Ermənistanla Azərbaycan arasında nəqliyyat vasitələrinin açılmasında və dayanıqlı sülhün əldə olunmasında maraqlı olmadığını ortaya qoyur. Bununla da Paşinyan erməni hiyləgərliyinə əl atmaqla uydurma “Sülh kəsmişməsi” fikrini ortaya atır. Amma Ermənistan tərəfi onu da unudur ki, onların təklif etdiyi bu layihə Azərbaycansız kağız parçasından başqa bir şey deyil. Əgər Ermənistan doğrudan da Azərbaycanla nəqliyyat yollarının açılmasında və regional əməkdaşlığın inteqrasiyasında maraqlıdırsa, o zaman 10 noyabr  bəyanatının 9-cu maddəsini icra etsinlər. Azərbaycanla Naxçıvan arasında maneəsiz gediş-gəliş təmin edilməlidir. Ermənistan sonunda onsuz da Bakının bu şərtini qəbul edəcək. Amma onda gec olacaq. Bakının şərtləri qəbul edilməyənədək Ermənistan üzləşdiyi izolyasiyadan çıxa bilməyəcək. İrəvan onu da unutmamalıdır ki, Bakının alternativləri mövcuddur və ondan istifadə edəcək. Bu isə o deməkdir ki, Ermənistan bu siyasəti ilə özünü daha da dalana dirəməklə məhvə sürükləyəcək. O zaman isə çox gec olacaq. Ermənistanın yalvarışının belə nəticəsi olmayacaq”.
Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Mart 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri