Icma.az
close
up
RU
“OBA” marketlərin yerli istehsala hansı xeyri var? Rəqəmlər, faktlar

“OBA” marketlərin yerli istehsala hansı xeyri var? Rəqəmlər, faktlar

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illərdə Azərbaycanın şəhər və rayonlarında diqqətçəkici şəkildə artan sarı-yaşıl rəngli “OBA Market” mağazaları demək olar ki, hər məhəllənin ayrılmaz bir hissəsinə çevrilib. Hər addımda rast gəldiyimiz bu mağazalar təkcə ərzaq ehtiyaclarımızı ödəməklə qalmır, həm də pərakəndə ticarət sektorunda yeni bir yanaşma formalaşdırır. Hər addımda rahatlıq, hər rəfdə keyfiyyət prinsipiylə xidmət göstərən “OBA” mağazaları sayına görə ölkənin lider şəbəkəsidir.
Ümumiyyətlə, şəbəkə marketləri iqtisadiyyatın lokallaşmasına dəstək verir. Yerli məhsulun satışı artırıldıqca, xarici asılılıq azalır, daxili bazar güclənir və milli iqtisadiyyatın dayanıqlılığı təmin olunur. Bu da strateji baxımdan olduqca vacibdir. Ona görə də “OBA” marketlər şəbəkəsi bu kontekstdə müsbət rol oynayır.
Biz bu marketlərdə əksər məhsulların yerli istehsal olduğunu görə bilirik. Ən əsası isə keyfiyyətinə, saxlanmasına, məhsulun istifadə müddətinin bitməsi tarixinə xüsusi diqqət yetirilir. Ona görə də “OBA” marketlər şəbəkəsi yerli istehsalın bazarda təsir gücünün artmasında iştirakı ilə diqqəti cəlb edir.

“OBA” marketin yaranması və konsepsiyası

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” Market” MMC 11 mart 2016-cı ildən yeni market konsepsiyası ilə Azərbaycanın pərakəndə satış bazarına daxil olub. “OBA”nın əsas strategiyası “məhlə marketi” konseptidir. Yəni insanlar böyük supermarketlərə getmək əvəzinə, evlərinin yaxınlığında kiçik, lakin yetərli və bol çeşidli mağazadan alış-veriş edə bilirlər.
Bu konsepsiya xüsusilə yaşlılar, evdar xanımlar və vaxtı məhdud olan şəxslər üçün böyük rahatlıq mənbəyinə çevrilib.

Rəqəmlərin dilində “OBA”

“OBA” hazırda 1400-ə yaxın marketi və 9000-dən çox əməkdaşı ilə ölkənin ən böyük market şəbəkəsidir. Gündəlik olaraq təxminən 500 mindən çox insan bu mağazalardan istifadə edir.
Şirkət təkcə Bakıda deyil, regionlarda da sürətlə genişlənir və bu, məşğulluğun artmasına mühüm təsir göstərir. Kiçik sahibkarlığın inkişafına təkan verir, regionların iqtisadi fəallığını artırır. “OBA” market yaxın illərdə Azərbaycanın bütün rayon və qəsəbələrində fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub.

Yerli istehsala güclü dəstək

“OBA” marketlər şəbəkəsi Azərbaycanda yerli istehsalın inkişafına verdiyi töhfə ilə seçilir. Şirkətin strategiyasına əsasən, satışa olan məhsulların 80%-dən çoxu yerli istehsalçılardan təchiz edilir. Bu yanaşma həm milli iqtisadiyyatın güclənməsinə, həm də yerli sahibkarlığın inkişafına mühüm dəstək verir.
“OBA” yalnız öz brendi altında (OBA, Təravət, Dadlı Dünya, Sərin, Nur Süd, Ailə və s.) istehsal olunan məhsulları deyil, həmçnin ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən onlarla yerli brendin məhsullarını da satışa çıxarır. Ərzaq, süd məhsulları, içkilər, təmizlik vasitələri və gündəlik tələbat malları üzrə geniş çeşid yerli istehsalın üstünlüyünü nümayiş etdirir.

Gələcəyə baxış

Onu da deyək ki, şəbəkə marketlərinin yerli istehsalı inkişaf etdirmək üçün real imkanları var. Belə marketlər yerli istehsalın təşviqi, satış kanallarının genişləndirilməsi və məhsulun tanınması baxımından çoxsaylı imkanlara malikdir. Bu model, düzgün şəkildə tətbiq olunduqda, yerli iqtisadiyyatın güclənməsi və milli məhsulların rəqabət qabiliyyətinin artması üçün güclü alətə çevrilə bilər. Texnologiyaya daha çox sərmayə yatıraraq rəqəmsal alış-veriş imkanlarını inkişaf etdirməyi planlaşdıran “OBA”, eyni zamanda, sosial layihələrə və cəmiyyət yönümlü təşəbbüslərə dəstək verir. Müxtəlif kampaniyalar, lotereyalar təşkil etməklə həm müştərilərin məmnuniyyətini artırır, həm də qazandırır. Hər bir “OBA” mağazasında yerli məhsulların payının yüksək olması isə müştərilərə daha təzə, münasib qiymətli və keyfiyyətli məhsullar əldə etmək imkanı yaradır.
Bu fürsətlər arasında “OBA” marketlər şəbəkəsi “Qonşum Qazansın” lotereyası ilə alış-veriş etdikcə qazanmaq şansı da təqdim edir. Lotereya müddətində hər 20 AZN və üzəri alış-veriş edən qonşularımız lotoreyada 1 iştirak şansı qazanacaq. Lotereyanın sonunda isə iki möhtəşəm hədiyyə sahibini tapacaq.

Marketlərdə məhsullara nəzarət

Eyni zamanda, ekspertlərin fikrincə, şəbəkə marketlərinin ən mühüm strateji məqsədlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Məhsulun qablaşdırma və ya paketləmə formasına, etiket məlumatlarına, temperatur rejimi və saxlanma şəraitinə əməl olunmasına nəzər yetirməklə onun keyfiyyəti haqqında məlumat əldə etmək olar.
Bundan başqa, müştəri müraciətləri əsasında şikayət edilən məhsulun keyfiyyət göstəriciləri yenidən araşdırılır. Belə halların yaranmaması üçün önləyici tədbirlər görülür. Bu mənada “OBA” marketlər şəbəkəsinə olduqca həssasdır və hər bir mağazada ciddi nəzarət mexanizmi var.

Onu da qeyd etmək lazımdır ki, şəbəkə marketləri böyük alıcı bazasına malik olduğuna görə tələbi artırır və istehsalçılar daha çox məhsul təqdim etməyə çalışır.
Böyük marketlərdə rəqabət üstünlüyü olduğu üçün aşağı qiymətlər təklif edilir, bu da kiçik bizneslərin qiymət siyasətinə təsir edir. Həmçinin, şəbəkə marketlərinin dominant mövqeyə sahib olması yerli istehsalçıların bazara girişini çətinləşdirə bilər. Marketlərdə geniş çeşidli məhsulların olması istehlakçı seçimlərini yönləndirir və yerli istehsalçılara təsir edir.
Məlumat üçün bildirək ki, “OBA” Market” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlətə 23,5 milyon manat vergi ödəyib. Dövlət Vergi Xidməti tərəfindən açıqlanan 100 vergi ödəyicisinin təhlili həm də göstərir ki, “Araz Supermarket” və “Oba Market” pərakəndə sektoruna aid olan vergi ödəyicilərinin arasında müvafiq olaraq birinci və ikinci yerləri bölüşür. Ümumilikdə ərzaq sektoruna aid olan vergi ödəyən şirkətlər arasında isə “Veysəloğlu” Şirkətlər Qrupu birinci yerdə qərarlaşıb.

Xatırladaq ki, “OBA” marketlər şəbəkəsi “İlin sürətlə böyüyən pərakəndə satıcısı” seçilib. “OBA” marketlər şəbəkəsi Beynəlxalq brend Haribo” şirkəti tərəfindən 2024-cü ilin “İlin sürətlə böyüyən pərakəndə satıcısı” seçilib və xüsusi mükafata layiq görülüb. “Haribo” şirkətinin nümayəndələri “OBA”nın göstərdiyi xidmət səviyyəsini və müştəri məmnuniyyətinə verdiyi önəmi qiymətləndirərək bu mükafatı təqdim ediblər.
“OBA” marketlər şəbəkəsi keyfiyyətli məhsul təqdimatı, yaxın və qonşu market konsepsiyası ilə Azərbaycan pərakəndə bazarında mövqeyini daha da gücləndirməyə davam edir. Şəbəkə yalnız sürətli böyüməyi deyil, həm də yenilənən konsepsiyası ilə ölkə iqtisadiyatına dəyər qatmağı davam etdirir.
“Haribo” şirkətinin nümayəndələri “OBA”ya göstərdiyi əzmkarlıq və mükəmməl tərəfdaşlıq üçün təşəkkürünü bildirərək, bu uğurların gələcəkdə də davam edəcəyinə ümid etdiklərini ifadə ediblər.


Qeyd edək ki, “Haribo” şirkəti şirniyyat sektorunun liderlərindən biri olaraq hər bir ölkənin yerli ağız dadına uyğun jelatinli məhsullar istehsal edir. Müsəlman ölkələri üçün isə halallıq qaydalarına uyğun jelatindən istifadə edilir. Şirkətin atdığı bu cür addımlar “Haribo”-nun beynəlxalq miqyasda genişlənməsinə və müxtəlif bazarlarda uğurla fəaliyyət göstərməsinə kömək edir.

Bu yazı “Veysəloğlu” Şirkətlər Qrupu, Azərbaycan Mətbuat Şurası və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda elan edilmiş müsabiqəyə təqdim edilir.

Nigar İxtiyarqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Aprel 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see197

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri