Icma.az
close
up
RU
Evimizi niyə və necə yıxırıq? FAKTLAR VƏ RƏQƏMLƏR

Evimizi niyə və necə yıxırıq? FAKTLAR VƏ RƏQƏMLƏR

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elçin Bayramlı

Tarixi faktlar və bu günlü elmi araşdırmalar göstərir ki, Yer planeti keçmiş əsrlərdə indikindən dəfələrlə daha gözəl, daha təbii, daha sağlam olub. Lakin son son əsrlərdə biz insanlar dünyamızı məhv etmək yarışına çıxmışıq. Sadəcə bəzi rəqəmlərə baxmaq kifayətdir ki, həyata keçirilmiş cinayətin miqyasını dərk edə bilək.

2 əsr əvvələdək bütün quru səthinin 60%-i meşə ilə örtülmüşdü. Hazırda isə bu göstərici 30%-ə enmişdir. İldə 100 kvadrat km meşə məhv edilir. 1940-cı illərin sonlarından bu yana dünyadakı rütubətli ekvatorial meşələrin yarısı məhv olub. Son 50 il ərzində insan meşələrin 70%-ni məhv edib. Qalan 30% isə hissə-hissə parçalanıb və məhv olmaq təhlükəsi altındadırlar.

Şumluq torpaqların genişləndirilməsi (yağ istehsalı məqsədilə əkilən palma plantasiyaları da daxil olmaqla) meşəsizləşmənin əsas amillərindən (təqribən 50 faiz) birincisidir. İkinci əsas səbəb örüş sahələridir (38,5 faiz).

Dünyadakı meşələr hər il atmosferdən 2 milyard tondan çox karbon qazını udur və onu oksigenə çevirir.

Heyvanların və bitkilərin təxminən 80 faizi meşələrdə yaşayır. Bütün quru heyvan növlərinin təxminən 50%-i meşələrdə yaşayır. Meşələrsiz həyat mövcud ola bilməz. Ona görə də, bəzi ölkələrdə süni meşələr salınır, qırılmış meşələrin bərpası yolla axtarılır.

Tədqiqatçılar baxış keçiriblər. Amerikada və Qərbi Afrikada 2200 ərazidə əkinçilik üçün məhv edilmiş və sonra tərk edilmiş meşə əraziləri tədqiq edilib. Məlum olub ki, meşələr 10 ildən də az müddətdə bərpa olunmağa başlayır. “Science” elmi jurnalındakı məlumata görə təxminən 100 il ərzində məhv olunmuş meşələr tam olaraq əvvəlki vəziyyətinə qayıda bilir.

Bu yaxınlarda Braziliyadakı alimlər meşələrin həm təbii yolla bərpasını, həm də insanların iştirakı ilə bərpasını tədqiq ediblər. Bu tədqiqatın nəticəsi ilə bağlı "National Geographic” jurnalında deyilir: “Tədqiqatçılar ağac əkməyin vacib olmadığını biləndə çox sevindilər”. Araşdırmalar nəticəsində məlum oldu ki, müşahidə olunan ərazilərdə heç bir ağac əkilmədən cəmi 5 il ərzində təbii yolla ağaclar əmələ gəlib.

Hazırda dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür.

Problem təkcə meşələrlə bağlı deyil, digər təbii resurslarla bağlı da vəziyyət ağırdır. Son 100 ildə 45 min göl məhv edilib. Hər il kimyəvi sənaye 100 milyon ton 70 000 fərqli birləşməni təbiətə atır və hər il də bu assortimentin sayına 1000 yeni birləşmə əlavə olunur. Bu kimyəvi məhsulların yalnız az bir qismi insan və təbiət üçün zərərsizdir.

Son 50 il ərzində quşların 1/4 hissəsin məhv edib, 11% isə hal-hazırda məhv olma təhlükəsi altındadır. Məməlilərin 18%-i, balıqların 5%-i, bitkilərin isə 8% məhv olmaqla üz-üzədirlər. Mərcan rifləri balıq ehtiyatının tükənməsi, çirklənmə, epidemik xəstəliklər və temperaturun yüksəlməsindən əziyyət çəkir.

Bəşəriyyət 50 il ərzində iri balıq ehtiyatının 90%-ni məhv edib. Tanınmış balıq ovu məkanlarının 22% hədsiz ekspluatasiya nəticəsində balıq ehtiyatını tükətmiş, 44%-i isə tükənmə təhlükəsi ilə üz-üzədir. Yeyilə bilən balıqları ovlayarkən hər il tora düşən 27 milyon ton digər dəniz canlısı yenidən dənizə atılır. Aydın məsələdir ki, onlara artıq yaşamağa davam edə biləcək vəziyyətdə olmurlar. Dənizin dibi bəzi yerlərdə tullantı ilə o qədər örtülüdür ki, orda artıq heç nə yaşaya bilmir.

Okeanlarda və dənizlərdə təxmini hesablamalara görə 15 milyard ton plastik tullantı var. Kimya sənayesi atmosferə, su mənbələrinə hər il milyonlarla ton zəhərli maddələr buraxır. Faydalı qazıntıların amansızlıqla yer təkindən çıxarılması planetin kimyəvi balansını pozur, bir sözlə biz yerin altını üstünə çevririk. Bu səbəbdən yerdə həyat getdikcə çətinləşir, təbii fəlakətlər artır, xəstəliklər çoxalır.

Ona görə də ekologiyanı qorumaq, təbiəti sağlam saxlamaq ilk işimiz olmalıdır. Unutmamalıyıq- Yer ümumi evimizdir evimizi dağıtsaq, artıq bizə kainatda başqa ev yoxdur. Nə yaşayış üçün yararlı planet var, nə də hansısa planetə köçə bilmək üçün müvafiq texnologiyamız. Belə davam eləsək, tezliklə həm dünyanı, həm özümüzü məhv edəcəyik. İnsan cəmiyyəti gec-tez bu həqiqətlə barışmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri