“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Video
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“OBA” marketlər şəbəkəsi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib. “Bizim qəhrəmanlarımızın supergücü Vətən sevgisidir!” mesajı ilə hazırlanan videoçarx Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə ithaf olunub.
Axar.az xəbər verir ki, zəfərin altıncı ildönümünə özəl təqdim olunan videoçarx şəhid Süleyman Bağırovun şəhidlik zirvəsinə ucalmasından sonra dünyaya gələn qızı Nülufərin dilindən nəql edilir. Atasını görmək nəsib olmayan Nülufər balanın dilindən səslənən qəhrəmanlıq hekayəsi Vətən sevgisini və övlad qürurunu bir araya gətirir.
Vətən müharibəsində döyüş yoldaşlarını qoruyarkən öz canından keçən Süleyman Bağırovun fədakarlığı videoçarxın əsasını təşkil edir. Onun hekayəsi qəhrəmanlarımızın gücünün qorxmadan irəli atılmaqda, çiyin-çiyinə döyüşməkdə və Vətəni canından üstün tutmaqda olduğunu xatırladır.
“OBA” Süleyman Bağırovun timsalında Vətən uğrunda son nəfəsinədək mübarizə aparan, bizə azadlığın və Zəfərin qürurunu yaşadan Obamızın qəhrəman övladlarını dərin ehtiramla yad edir. Videoçarx onların xatirəsini yaşatmağa və fədakarlığını gələcək nəsillərə çatdırmağa çağırır.
“Onların qəhrəmanlığı tariximizə, adları qəlbimizə yazılıb. Unutmadıq, unutmayacağıq!” mesajı ilə təqdim olunan videoçarx şəhidlərimizə minnətdarlığın və ehtiramın ifadəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Noyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















