Obama miqrasiya xidməti zabitlərini vəhşilikdə ittiham etdi
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin keçmiş prezidenti Barak Obama ölkənin fundamental dəyərlərinin Minneapolisdə iki vətəndaşın ölümünə səbəb olan miqrasiya zabitlərinin hərəkətləri səbəbindən təhlükə altında olduğunu bildirib.
"Ölkə.az" xəbər verir ki, B.Obama Aleks Prettinin miqrasiya xidməti zabiti tərəfindən öldürülməsini "ürəkparçalayan faciə" adlandırıb. O, hadisənin bütün amerikalılar üçün oyanış çağırışı olmalı olduğunu vurğulayıb.
Eks-prezidentin rəsmi açıqlamasında qeyd olunub ki, son zamanlar ABŞ-də maskalı miqrasiya zabitlərinin və digər federal işçilərin işindən narazılıq artmaqdadır. Obama bildirib ki, onlar cəzasız hərəkət edərkən qorxutma və təxribataçəkmə də daxil olmaqla müxtəlif metodlara əl atırlar. O, bu davranışları "qanunsuz, qəddar və alçaldıcı" adlandırıb.
Barak və Mişel Obama cütlüyü ictimai gərginliyin artmasına son qoymağa çağırıblar. Onlar hər ikisi demokrat olan Minnesota qubernatoru Tim Valz və Minneapolis meri Ceykob Frey ilə "konstruktiv qarşılıqlı əlaqə" qurmağı təklif ediblər.
Cütlük həmçinin Minneapolisdə və digər ABŞ şəhərlərində baş verən etirazlarla həmrəyliklərini bildiriblər.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 27 Yanvar 2026 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















