Icma.az
close
up
RU
Ödəniş kartla olduqda taksilər niyə sifarişi ləğv edir? "Bolt"dan AÇIQLAMA/FOTO

Ödəniş kartla olduqda taksilər niyə sifarişi ləğv edir? "Bolt"dan AÇIQLAMA/FOTO

Icma.az, Bakupost saytına istinadən bildirir.


Azərbaycanda taksi xidməti şəhər həyatının ayrılmaz hissəsinə çevrilsə də, sərnişinlər və sürücülər arasında problemlər davam edir. Ölkədə fəaliyyət göstərən müxtəlif taksi şirkətləri barədə mütəmadi şikayətlər səsləndirilir. İddialara görə, sifarişlərin gec qəbul edilməsi, sürücülərin sifarişi yarıyolda ləğv etməsi, ödəniş üsuluna görə müştərilərdən imtina edilməsi və bəzi hallarda sürücülərin yolu tanınmaması kimi hallar keyfiyyətin aşağı düşdüyünü göstərir. Son vaxtlar isə bu cür şikayətlərin əksəriyyəti “Bolt” platforması ilə bağlıdır.

Bakupost.az xəbər verir ki, bu barədə tez-tez sosial şəbəkələrdə də müzakirələr açılır. Belə paylaşımlardan birində deyilir ki, müştəri kartla ödəniş üsulu ilə taksi sifariş etdiyi üçün sürücü ona “kartla getmirəm, sifarişi ləğv et” mesajı yazıb.

“Mən də cavab vermişəm ki, o zaman özün ləğv et. Amma nə sifarişi ləğv etdi, nə də ünvana doğru hərəkət etdi. Maraqlıdır, nə vaxtadək sürücülər “çörək pulu” adı ilə hər cür yola əl atacaqlar? Kişi kimi pul qazanmaq bu qədər çətindirmi? “Bolt”a şikayətimi bildirmişəm, amma yola verirlər. Mənə görə, bu şirkət özünə hörmət etməyənlər siyahısındadır”, - deyə o qeyd edib.

Şikayətlərlə əlaqədar “Bolt”a sorğu ünvanladıq. Şirkətin PR meneceri Nigar Kazımova Bakupost.az -a açıqlamasında bildirdi ki, "Bolt" tətbiqi vasitəsilə sifariş olunan səfərlərin ödənişi həm kart, həm də nağd şəkildə həyata keçirilə bilər və sürücü tərəfindən səfərin kart ödənişi olduğu üçün ləğv edilməsi qəbulolunmazdır:

“Bu kimi hallarda sərnişindən tətbiq vasitəsilə şikayət etməsi xahiş olunur. "Bolt"un dəstək xidməti məsələni araşdırır və təsdiqləndiyi halda, sürücü ilə kommunikasiya qurulur və lazımi tədbirlər görülür”.

Onun sözlərinə görə, şirkət Bakı və Abşeronda fəaliyyət göstərən tərəfdaş sürücülər üçün “Erkən Nağdlaşdırma” funksiyasını aktiv edib:

“Bu yenilik sayəsində sürücülər qazandıqları vəsaiti həftəlik ödənişi və hesablaşmanı gözləmədən gündəlik olaraq nağd şəkildə öz bank kartları vasitəsilə əldə edə bilirlər. Beləliklə, kartla ödənilən məbləği də sürücü gündəlik olaraq öz bank hesabından və ya ona bağlı bank kartından çıxara bilir. Hal-hazırda sürücülərin bank kart sifarişlərini rədd etmək üçün heç bir əsaslı və haqlı səbəbləri yoxdur. Sürücülər "Bolt" platforması üzərindən qazandıqları vəsaiti gündəlik olaraq bank kartı vasitəsi ilə əldə edə bilərlər”.

Lalə Novruz,

BakuPost




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri