Icma.az
close
up
RU
Ödənişsiz psixoloq müayinəsi kimlərə şamil edilir? AÇIQLAMA

Ödənişsiz psixoloq müayinəsi kimlərə şamil edilir? AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

“Ölkəmizdə psixoloqun biliyinin qiymətləndirilməsi üçün test və müsahibədən ibarət olmaqla müsabiqə keçirilir. Müsabiqə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Müsahibənin keçirilməsi üçün Nazirlik müsahibə komissiyası yaradır və onun tərkibini təsdiq edir. Müsabiqədən keçmiş kliniki (tibbi) psixoloqlara ixtisas attestatı verilir ki, bu da Səhiyyə naziri tərəfindən imzalanır və Nazirliyin möhürü ilə təsdiq edilir. 16 oktyabr 2020-ci il Azərbaycan Respublikası Nazirlər kabinetinin 400 nömrəli qərarına əsasən, klinik (tibbi) psixoloqlara verilən ixtisas attestatının forması və onun verilməsi, qüvvədə olma müddətinin dayandırılması və ya ləğv edilməsi qaydası təsdiq olunmuşdur”.

Bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva Metbuat.az-a açıqlamasında psixoloqların fəaliyyətinə nəzarətdən danışarkən deyib.

O bildirib ki, kliniki psixoloqlar ölkəmizdə xüsusi attestasiyadan keçməlidirlər:

“Yəni şəxs psixologiya ixtisası üzrə müvafiq təhsil alsa belə, xüsusi attestasiya tələb olunur. Bunun üçün tibb kadrı klinik (tibbi) psixologiya ixtisası üzrə magistr təhsilinə malik olmalı və onun bu sahədə ən azı 1 il iş təcrübəsi olmalıdır. Bundan başqa, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasından keçən ixtisas qrupları üzrə həm psixiatriya, həm də uşaq və yeniyetmə psixiatriyası üzrə müəyyən edilmiş vaxt çərçivəsində tibb kadrları sertifikasiyadan keçməlidir. Yalnız bundan sonra həmin şəxslər psixiatrik yardım göstərə bilərlər”.

P.Vəliyeva qeyd edib ki, attestat və sertifikatların yararlı olub-olmamasına nəzarət isə Səhiyyə nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçirilir, vaxtaşırı monitorinq olunur:

“Həmçinin hər bir pasiyent qəbuluna getdiyi həkimin sertifikatının yararlılıq müddəti və digər keyfiyyət göstəriciləri ilə tanış ola bilər. Bu mövzuda vətəndaşlarımız öz hüquqları barədə məlumatlı olmalıdır. Eyni zamanda QHT-lər və ya medianın vətəndaşlarımızı bu mövzuda maarifləndirməsi olduqca əhəmiyyətlidir. 7 dekabr 2018-ci ildə ölkəmizdə “Psixoloji yardım” haqqında qanun qəbul edilmişdir. Bu qanunda psixoloji yardımın növləri, formaları, ayrı-ayrı ixtisas qrupları üzrə aydın izah verilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bu yardım həm ödənişli, həm də ödənişsiz əsaslarla göstərilir. Ödənişsiz psixoloji yardım müəyyən kateqoriyalara aid olan şəxslər üçün dövlət tərəfindən təmin edilir və onların psixoloji problemlərinin aradan qaldırılmasına yönəldilir”.

Kimlərə ödənişsiz psixoloji yardım göstərilir?

Millət vəkilinin sözlərinə görə, qanunda ödənişsiz psixoloji yardım bir sıra həssas qruplara aiddir:

“Məsələn, təcili və təxirəsalınmaz hallarda Azərbaycan Respublikası vətəndaşları bu xidmətdən yararlana bilərlər. Təhsil müəssisələrində təhsil alan şagird və tələbələr təhsil prosesi zamanı yaranan stress və digər emosional problemlərlə bağlı psixoloji dəstək ala bilərlər. Həbs yerlərində saxlanılan şəxslərin psixi sağlamlığı da diqqət mərkəzindədir; onların sosial adaptasiyası və reabilitasiyası üçün xüsusi psixoloji yardım göstərilir. Cəza çəkən və cəza çəkməkdən azad edilmiş şəxslər üçün də bu xidmət mövcuddur ki, onların cəmiyyətə uğurlu inteqrasiyası təmin edilsin.

Pərvanə Vəliyeva bildirib ki, məişət zorakılığından zərər çəkmiş şəxslər psixoloji yardım vasitəsilə travmatik hadisələrdən sonra emosional bərpa prosesindən keçirlər:

"Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular da xidmət zamanı yaranan stress və travmalardan qorunmaq üçün bu yardımdan istifadə edirlər. Sosial xidmətə götürülmüş şəxslər və ailələr, eləcə də fövqəladə hadisələr zamanı zərər çəkmiş şəxslər və onların ailə üzvləri psixoloji dəstəklə təmin edilirlər. Bu yardım onlara baş verən hadisələrə daha yaxşı uyğunlaşmaq və mənəvi cəhətdən güclənmək imkanı verir.

Yüksək riskli peşələrdə çalışan şəxslər, məsələn, tikinti, mədən sənayesi və yanğınsöndürmə sahəsində fəaliyyət göstərən işçilər, iş yerlərində psixi və fiziki sağlamlıqlarını qorumaq üçün kollektiv əmək müqavilələrində nəzərdə tutulmuş qaydada psixoloji yardım ala bilərlər. Əlilliyi olan şəxslər tibbi-sosial reabilitasiya zamanı bu xidmətdən istifadə edərək, cəmiyyətə inteqrasiya prosesində qarşılaşdıqları çətinlikləri aşmağa çalışırlar. İnsan alverinin qurbanları da xüsusi dəstək proqramları çərçivəsində psixoloji yardıma çıxış əldə edirlər ki, bu da onların travmalarını aradan qaldırmaq və yenidən normal həyata qayıtmaq üçün vacibdir”, - deyə deputat qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Fevral 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri