Ödənişsiz avtobusların sayı artırılacaq? Rəsmi AÇIQLAMA
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatllar istifadəyə verilib.
Yeni ödənişsiz avtobus xəttlərinin açılması və ya mövcud şatlların sayının artırılıb-artırılmayacağı isə vətəndaşları maraqlandıran məsələlərdəndir.
AYNA-dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ödənişsiz şatlların sayının artırılması nəzərdə tutulmur.
Qurumdan qeyd edilib ki, bu istiqamətdə hər hansı dəyişiklik və ya yeni qərar qəbul edilərsə, ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, təxminən 10 gündür fəsliyyətdə olan hazırki şatllardan biri - C1 nömrəli mikroavtobus Xaqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus isə Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirir. Şatllar sərnişinlərin rahat və operativ hərəkətini təmin etmək üçün 7-10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir.
Xədicə Paşayeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 15 İyul 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















