Odessada hərbçiyə məxsus avtomobilin partlaması nəticəsində bir nəfər yaralanıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Ukraynanın Odessa şəhərində hərbçiyə məxsus olduğu bildirilən avtomobilin partlaması nəticəsində bir nəfər yaralanıb.
Bu barədə “RBK-Ukrayna” Odessa vilayət polisi idarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün səhər saat 08:00 radələrində şəhərin Peresıp rayonunda, Semen Paliy küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində qeydə alınıb.
Məlumata görə, avtomobilin sahibi sükan arxasına əyləşərək mühərriki işə saldığı zaman partlayış baş verib. Nəticədə 49 yaşlı sürücü xəsarət alıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilib.
“RBK-Ukrayna”nın mənbələrinin bildirdiyinə görə, partlayan avtomobil hərbçiyə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Kaliforniyada avtomobilin partlaması nəticəsində bir nəfər ölüb YENİLƏNİB
18 May 2025 00:45
Odessada ticarət mərkəzində partlayış olub, bir nəfər ölüb və daha bir nəfər yaralanıb
21 Noyabr 2025 18:10
Trampa məxsus otelin qarşısında Tesla “Cybertruck”ın partlaması nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb
02 Yanvar 2025 00:57
Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus dronların partlaması nəticəsində iki nəfər yaralanıb
17 İyul 2026 16:42
Rusiya ordusunun hücumu nəticəsində Odessada iki nəfər ölüb YENİLƏNİB
27 Yanvar 2026 17:08
Baxış sayı:149
Bu xəbər 28 İyul 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















