Odessanın zəbti buna görə mümkün olmayıb
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynaya genişmiqyaslı hücum başlayanda Türkiyənin Bosfor və Dardanel boğazlarını bağlaması Rusiyaya Odessa, Nikolayev və digər əraziləri zəbt etməsinə mane oldu.
Lent.az-ın xəbərinə görə, bunu Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bodnar “Ukrinform“-a müsahibəsində bildirib.
Səfir deyib ki, Ukraynanın müdafiəsində əsas mərhələlərdən biri Türkiyənin boğazları bağlaması olub: “Biz “Moskva” kreyserini Qara dənizdə batırdıq, ancaq iki Rusiya kreyseri Aralıq dənizində gözləyirdi. Türkiyənin boğazları bağlaması Rusiyaya dənizdəki üstünlüyündən istifadə edərək Rusiyaya Odessa, Nikolayev və digər əraziləri zəbt etməsinə imkan yaratmadı. Moskvanın planı bu ərazilərin dəniz əməliyyatı ilə zəbt edilməsi idi”.
Qeyd edək ki, Vasiliy Bodnar tezliklə Ukraynanın Polşada səfiri kimi səlahiyyətlərinin icrasına başlayacaq. Prezident Vladimir Zelenski artıq bununla bağlı müvafiq sərəncam imzalayıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 24 Noyabr 2024 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















