Icma.az
close
up
RU
Odessaya gecə hücumu: evli cütlük həlak olub, yaralananlar var

Odessaya gecə hücumu: evli cütlük həlak olub, yaralananlar var

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Ruslar bu gecə Odessaya pilotsuz uçan təyyarələrlə hücum ediblər. Hücum nəticəsində evli cütlük həlak olub. Bundan başqa, ölənlər və yaralananlar da var.

Bizimyol.info xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Odessa meri Gennadi Truxanovun və Odessa vilayət rəhbəri Oleq Kiperin Teleqramda yazdıqları mesajlara istinadən məlumat verib.

Odessa meri Gennadi Truxanov saat 03:18-də deyib: "Xilasedicilər düşmən pilotsuz uçan aparatının mənzillərinə düşməsi nəticəsində həlak olan ər-arvadın cəsədlərini indicə tapıblar. Həlak olanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

O, həmçinin əlavə edib ki, hücumun nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir və səhər saatlarında hadisə yerində operativ qərargah işə başlayıb.

Odessa vilayət rəhbəri Oleq Kiper bildirib ki, xəsarət alan iki uşaq hazırda tibb müəssisələrindədir.

Kiper: "7 yaşlı uşağın vəziyyəti orta ağırdır, 3 yaşlı uşaq isə baş vermiş yanğın zamanı tüstüdən zəhərlənib, həkimlər onlara bütün lazımi yardımları göstərirlər", - deyə yazıb.

O, əlavə edib ki, Odessada iki uşaqdan başqa, dörd böyük də yaralanıb: "Biz dörd nəfərin yaralanması barədə xəbərdarıq. Hamısının vəziyyəti orta ağırdır", - deyə bildirib.

"Bu gecə Rusiya Odessada 21 mərtəbəli yaşayış binasını vurub. Zərbə nəticəsində 7, 8 və 9-cu mərtəbələrdə yanğın baş verib. İnsanlar mənzillərində alovlar içində qalıblar", - deyə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bəyanatında qeyd edilir.

Onlar həmçinin 5 nəfərin xilas edildiyini, o cümlədən azyaşlı uşaq olduğunu qeyd ediblər. İlkin məlumatlara görə, iki nəfərin öldüyü, ən azı 4 nəfərin yaralandığı bildirilir.

Qeyd edirik ki, Kiperin məlumatına əsasən, Odessada artıq 6 yaralı var.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 İyun 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri