Icma.az
close
up
RU
“Odlar yurdu”nu “Asiya nəhəngi” ilə ortaq maraqlar və ümumi hədəflər qovuşdurur

“Odlar yurdu”nu “Asiya nəhəngi” ilə ortaq maraqlar və ümumi hədəflər qovuşdurur

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan – Çin iqtisadi əlaqələri son illər yeni mərhələyə qədəm qoyaraq daha da genişlənib. Müxtəlif istiqamətlərdə inkişaf edən bu əməkdaşlıq hər iki ölkənin xarici iqtisadi siyasətində prioritet istiqamətlər sırasında yer alıb. Əlverişli geostrateji mövqeyə malik Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm tranzit qovşağı kimi çıxış etməklə Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsində əsas aktorlardan birinə çevrilib.

Belə bir əhəmiyyətli qlobal layihə çərçivəsində Azərbaycan tranzit ölkə rolunu oynamaqla bərabər, regional əməkdaşlıq platformasında ən fəal iştirakçılardan biri kimi çıxış edərək qlobal iqtisadi inteqrasiya proseslərinə daha dərindən qoşulub. İki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri getdikcə daha da inkişaf edərək çoxşaxəli xarakter alır. İlkin mərhələdə, əsasən, malların ticarəti ilə məhdudlaşan ölkələr arası qarşılıqlı iqtisadi münasibətlər bu gün daha kompleks və dərin məzmun daşıyaraq nəqliyyat-logistika üzrə əməkdaşlıq, birgə investisiya layihələri, istehsal əməkdaşlığı və yüksək texnologiyaların transferi kimi sahələri əhatə edir.

Bunlar bir tərəfdən, Çin istehsalı olan məhsulların Qafqaz və Avropa bazarlarına daha sürətli və səmərəli şəkildə daxil olmasına şərait yaradırsa, digər yöndən Azərbaycan məhsullarının Asiya bazarlarında tanınması və ticarət dövriyyəsinin genişlənməsi baxımından əlverişli imkanlar təqdim edir. Nəticə etibarilə Çin və Azərbaycan arasında formalaşmış ticarət münasibətləri yalnız qarşılıqlı əmtəə dövriyyəsinin artırılması ilə məhdudlaşmır, eyni zamanda, regional iqtisadi inteqrasiyanın güclənməsi, texnoloji əməkdaşlığın inkişafı və davamlı iqtisadi inkişaf strategiyalarının reallaşdırılması baxımından da mühüm rol oynayır.

Ticarət münasibətlərinin inkişafının artan dinamikasına nəzər salsaq, 2024-cü ildə Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı kimi xarici ticarət dövriyyəmizdə 7,9 faizlik paya sahib olub. İki ölkə arasında xarici ticarət dövriyyəsi 3,744 milyard ABŞ dollarını ötüb ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə, təxminən, 20,7 faizlik artımı özündə əks etdirib. Eyni zamanda, Çinin Azərbaycanın idxal strukturunda birinci yerdə qərarlaşaraq ümumi idxalın 17,69 faizini gerçəkləşdirməsi bu ölkənin respublikamız üçün nə qədər əhəmiyyətli bir ticarət tərəfdaşına çevrildiyini açıq şəkildə bir daha biruzə verib.

Azərbaycanın Çindən idxal etdiyi məhsulların çeşidi olduqca genişdir və bu məhsullar müxtəlif sektorları əhatə edir. Belə məhsullara sənaye və kənd təsərrüfatı üçün nəzərdə tutulan avadanlıqlar, nəqliyyat vasitələri, elektron qurğular, kimyəvi maddələr, оptik, tibbi, fotoqrafik və dəqiq cihazlar, əczaçılıq vasitələri, avtomobil şinləri, tekstil və hazır geyim məhsulları daxildir. Bu məhsullar ölkədəki müxtəlif istehsal sahələrinin modernləşdirilməsində və istehlak tələbatının ödənilməsində mühüm rol oynayır.

Bununla yanaşı, Azərbaycanın Çinə ixracı əsasən enerji resursları, xüsusilə xam neft ilə yanaşı, kimyəvi gübrələr və bəzi kənd təsərrüfatı məhsulları ilə məhdudlaşır. Respublikamızın dost ölkəyə ixracının strukturu dar çərçivədə formalaşsa da, son illərdə həyata keçirilən iqtisadi islahatlar və qeyri-neft sektorunun təşviqi sayəsində bu istiqamətdə müsbət tendensiyalar müşahidə olunmaqdadır. Azərbaycanda Çinə ixracın artırılması istiqamətində indiyədək müxtəlif təşəbbüslər həyata keçirlirib. Bu təşəbbüslər çərçivəsində əsas diqqət kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac potensialının gücləndirilməsinə, bu məhsulların Çin bazarına çıxış imkanlarının genişləndirilməsinə, eləcə də “Made in Azerbaijan” brendinin beynəlxalq səviyyədə tanıdılmasına yönəldilib.

Azərbaycanın Çin bazalarında genişlənmək məqsədilə ticarət nümayəndiliyi və ticarət evləri açması, bu ölkədə böyük məhsul sərgilərinin keçirilməsi kimi atılan mühüm addımlar respublikamızın Çin bazarlarına ixracını şaxələndirərək ticarət şərtlərini daha da yaxşılaşdıra bilər. Azərbaycan – Çin ticarət əlaqələrinin əsas mühüm istiqamətlərindən biri də nəqliyyat – logistika sahəsində əməkdaşlıqdır. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan 2013-cü ildə Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən dövlətlərdəndir və bu təşəbbüs çərçivəsində əldə edilən razılaşmalar, Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlığın və ticarət münasibətlərinin əsas istiqamətləri daim diqqət mərkəzindədir.

Layihə kontekstində həyata keçirilən “Bakı – Tbilisi – Qars dəmir yolu” və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” kimi mühüm infrastruktur layihələri Azərbaycanın təşəbbüsü ilə reallaşdırılması, eləcə də Transxəzər Beynəlxalq Şərq – Qərb Ticarət və Nəqliyyat Dəhlizinin vacib komponentlərinə çevrilməsi bunun bariz ifadəsidir. Azərbaycanın bu təşəbbüsdə əsas tərəfdaşlardan biri kimi çıxış edərək Çin və Avropa arasında logistik əlaqələndirici rol oynaması regionun iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyır və ölkəmizin tranzit dövlət olması ilə yanaşı, inkişafa əsaslanan biznes imkanları yaradır.

Prezident İlham Əliyev Davosda Çin telekanalına verdiyi müsahibədə qeyd etdiyi kimi, Azərbaycanın Orta Dəhlizin fəaliyyətində inkişafa əsaslanan müəssisələrin yaradılması və özəl sektorun bu imkanlardan faydalanması kimi önəmli məqsədləri var. Son illərdə multimodal nəqliyyat dəhlizi kimi Orta Dəhlizin Azərbayan seqmentinin infrastrukrunun təkmilləşdirilməsi, Ələt Dəniz Ticarət Limanının və dəmir yol infrastruktunun genişləndirilməsi istiqamətində işlərin görülməsi, limanın yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırılması təşəbbüsləri nəqliyyat – logistika sektorunun inkişafı naminə atılan mühüm addımlardandır və bu istiqamətdə əlavə imkanların yaradılmasını şərtləndirir.

Sevindirici haldır ki, Çinlə Avropa arasında strateji nəqliyyat marşrutu olan Orta Dəhliz çərçivəsində bu ölkə şirkətləri son illərdə Azərbaycanın Ələt limanı və Ələt Azad İqtisadi Zonası ilə əməkdaşlığı genişləndirməkdədir. 2024-cü ilin noyabrında limanın yükdaşıma qabiliyyətini artırmaq və Orta Dəhliz boyunca konteyner daşımalarını sürətləndirmək məqsədi ilə Azərbaycan, Çin və Qazaxıstan arasında Ələt limanında yeni intermodal yük terminalının tikintisinə dair üçtərəfli sazişin imzalaması Çinin Avropa ilə ticarətində Orta Dəhlizə marşrut kimi böyük əhəmiyyət verir.

Çin şirkətlərinin Ələt limanı çərçivəsində investisiya maraqları nəqliyyat-logistika, istehsal, enerji və texnologiya sahələrində cəmləşir. Bu maraqlar təkcə Çin məhsullarının Avropa və region bazarlarına çıxışını sürətləndirmək məqsədi daşımır, həm də Azərbaycanı Avrasiya ticarətinin mühüm tranzit və istehsal mərkəzinə çevrilməsinə əsaslı töhfələr verir.

Azərbaycan ilə Çin arasında formalaşan iqtisadi tərəfdaşlıq yalnız iki dövlət arasındakı ticarət və investisiya əlaqələrinin inkişafı ilə məhdudlaşmır, bu münasibətlər daha geniş kontekstdə, Avrasiya regionunda çoxqütblü, qarşılıqlı asılılıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan yeni əməkdaşlıq modelinin yaranmasına mühüm təsir göstərir. Bu model ənənəvi mal və xidmət mübadiləsinin hüdudlarını aşaraq, eyni zamanda, nəqliyyat infrastrukturu, rəqəmsal texnologiyalar, elmi-texniki əməkdaşlıq, enerji təhlükəsizliyi və ekoloji davamlılıq sahələrində qarşılıqlı inteqrasiyanı stimullaşdırır.

Sonda qeyd edim ki, Azərbaycan – Çin iqtisadi əməkdaşlığının gələcək inkişafında prioritet istiqamətlərin müəyyənləşdirilməsi zəruridir. İlk növbədə, ticarət, gömrük, investisiya əməkdaşlığı və nəqliyyat kimi sahələrdə hüquqi və inzibati mexanizmlərin səmərəliyinin artırılması, eyni zamanda, investisiya təşviqi vasitələrinin təkmilləşdirilməsi ilə qarşılıqlı kapital axınlarının intensivləşdirilməsi, xüsusilə kənd təsərrüfatı, alternativ enerji və yüngül sənaye sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi daha məqsədəuyğun hesab edilir. Bundan əlavə, nəqliyyat – logistika infrastrukturunun müasirləşdirilməsi və inteqrasiyası bu əməkdaşlıq modelinin daha da dərinləşməsində mühüm rol oynayır.

Bütün bu qeyd edilənlər göstərir ki, Çin ilə Azərbaycan arasında ticarət əməkdaşlığı yalnız cari iqtisadi ehtiyaclara deyil, həm də uzaqgörən və strateji yanaşmalara əsaslanır. Respublikamız bu əməkdaşlıqda öz rolunu təkcə məhsul idxalçısı kimi deyil, həm də etibarlı ixracatçı, tranzit ölkəsi və investisiya tərəfdaşı kimi möhkəmləndirməyə çalışır. Eyni zamanda, Çin dövləti Azərbaycanı Cənubi Qafqaz regionunda sabitlik, enerji resurslarının etibarlı çatdırılması və nəqliyyat – kommunikasiya əlaqələrinin inkişafı baxımından strateji əhəmiyyətə malik tərəfdaş kimi qəbul edir.

Belə bir tərəfdaşlığın davamlı inkişafı üçün əsas vəzifələr qarşılıqlı inama əsaslanan münasibətlərin daha da gücləndirilməsi, uzunmüddətli, dayanıqlı inkişafı gerçəkləşdirən mexanizmlərin tətbiqini zəruri edir.

Xaliq RÜSTƏMOV,
BDU-nun dünya iqtisadiyyatı kafedrasının müəllimi, fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see210

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see205

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see169

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see148

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri