Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Odlar yurdu”nun əbədi od məbədi Atəşgah

“Odlar yurdu”nun əbədi od məbədi Atəşgah

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Atəşgah məbədi” abidəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün işlərə başlanılıb. Ümumilikdə, UNESCO-nun Ümumdünya İrs Siyahısına Azərbaycanın 5, müvəqqəti siyahısında isə 10 tarixi abidəsinin adı var. Hazırda “Atəşgah məbədi” beynəlxalq qurumun müvəqqəti siyahısında yer alıb.

Xatırladaq ki, hələ erkən orta əsr mənbələrində Bakı “əbədi odlar”ın yandığı yer kimi qeyd edilib. Bizans diplomatı Prisk yazırdı: “Midiyaya basqın edən hunlar geri qayıdarkən başqa yolla döndülər və dənizdəki qayadan yüksələn alovun yanından ötərək vətənlərinə qayıtdılar”. Bu, onu göstərir ki, zərdüştilərin qədim ziyarət yerlərindən biri Azərbaycanda yerləşib. Bura onların ən müqəddəs ziyarətgahı olub və müxtəlif ölkələrdən ziyarətə gəliblər. Bu, ərəb istilasına qədər davam edib. Əhalinin islamı qəbul etməsindən sonra ibadətgah unudulub. Bu dindən dönmək istəməyənlər isə təqib edildiyindən ölkəni tərk ediblər. Nəticədə ibadətgah uçub dağılıb.

Orta əsrlərdə Hindistanla iqtisadi və mədəni əlaqələrin inkişafı Atəşgahın yenidən qurulmasına təkan verdi. Bu barədə tarixçi Əmirxan Burzuyev deyir: “Bakı əsas ticarət yolunun üstündə yerləşdiyindən, buraya dünyanın hər yerindən tacirlər gəlirdi. Onların arasında hindli tacirlər də az deyildi. İçərişəhərdə bu günədək qorunub saxlanılan XV əsrə aid Multanı karvansarayı da geniş ticarət əlaqalərindən xəbər verir. Bu karvansaray Аbşеrоn аtəşgаhlаrınа ziyаrətə gələn hind tаcirləri və zəvvаrlаrı üçün sığınаcаq rоlunu оynаmışdır.

Bakı ətrafında yerin altından çıxan od güclü olduğundan, bu ərazilər onlar üçün müqəddəs sayılırdı. Zəvvarlar odun ətrafında toplaşıb saatlarla dua edir, gözlərini yerdən püskürən oda dikərək ona sitayiş edirdilər. İstər tacirlərin, istərsə də zəvvarların dincəlməsi və oda sitayiş etmələri üçün tikililərə ehtiyac vardı. Buna görə də, “Alov evi” və ya “Alov yeri” anlamı verən bu məbəd XVII–XVIII əsrlərdə sönməz alovların yerində yenidən inşa edildi. Əvvəlcə orada iki gözdən ibarət daş ev dikilib. Bundan əvvəl burada yalnız kiçik ev olub. Sonrakı dövrlərdə də tikinti işləri aparılıb və hücrələr XVIII əsrin sonlarında ümumi hasara alınıb. Məbəd bugünədək həmin şəkildə qalıb. Atəşgahdakı kitabələrin oxunmasından məlum olur ki, bizim dövrə gəlib çatan məbədi Multan vilayətindən (bu ərazi hazırda Pakistana məxsusdur) gələn hindistanlı tacir və zəvvarlar tikib.

Mənbələrdə, həmçinin Hindistandan Bakı yaxınlığındakı Suraxanıya, “Alov evi”nə sitayiş üçün hinduistlər və siqhlərlə yanaşı, həm də zərdüştilərin (parslar və gebrlər) gəldiyi də qeyd edilib. İki əsr ərzində “od məbədi”nə yüz minlərlə zəvvar ziyarətə gəlib. Bunun üçün məbədin həyətində dördbucaqlı tikili-səcdəgah inşa edilib. Bu gün həmin abidə yerindədir. Üstü günbəzlə örtülən səcdəgahın divarında hind dilində kitabə də var. Onun mərkəzində əbədi od yanır. Sitayişlə əlaqədar burada müxtəlif dini ayinlər icra edilir”.

Ə.Burzuyevin sözlərinə görə, zəvvarlar “müqəddəs od”u vətənlərinə də aparıblar: “Bu məqsədlə yerdən çıxan qazları tuluqlara doldurub evlərinə gətirib, ona mis borucuq keçirib və yandırıblar. Zəvvarların inancına görə, “müqəddəs od” bütün günahları yox edirmiş”.

Atəşgahda yaşamaq üçün Hindistandan köçüb gələnlər az olmayıb. Onlar özlərini maddi nemətlərdən və yaşayış rahatlığından məhrum edir, oda tapınır, tərkidünya həyat tərzi sürərək, cismani əzab çəkməklə ruhlarını xilas etmək istəyirdilər. Bu barədə tarixçi deyir: “Bəziləri özlərini çəkisi 30 kiloqramdan artıq olan zəncirlərlə bağlayır, çılpaq daş üstündə yatır, digərləri kirəc üstündə uzanır, tez ölmək üçün günlərlə ac qalırdılar. Onlar Atəşgahdakı “müqəddəs od”da yanmağı özləri üçün böyük xoşbəxtlik sayırdılar. Kahinlərin bəziləri yalnız öz günahlarını deyil, başqalarının da günahlarının bağışlanması üçün ibadət edirdilər. İbadətə gələnlər belə əqidədə olublar ki, insan öldükdən sonra yenidən doğulur, ya nəcib insan, ya da heyvan simasında həyata qayıdırlar. Hansı sifətdə qayıtmaları isə yaxşı və pis əməllərin cəmindən asılıdır. Kim özünə nə qədər zülm eləsə, günahlarının bağışlanması da o qədər asan olacaq.

Günahlarının bağışlanmasını arzu edən zəvvar həm də yerdə sürünməli, günlərlə barmaqlarının ucu üstə durmalı, uzun müddət oturub-qalxmalı və özünə başqa zülmlər etməli idi. Güşənin (ibadət edənlər belə adlandırılırdı) ilin isti fəsillərində qızmar günəş altında oturur, yağmurlu günlərdə yağışın altında lüt dayanır, ilin soyuq aylarında yaş paltar geyinirdilər. Onlar daim özlərinə əzab verməklə cismani ölümə nail olmaq istəyirdilər. 1825-ci ildə Atəşgaha gələn akademik Eyxvard ibadətə gələnlərin lüt gəzdiyini qeyd edərək, ancaq bir-iki nəfərin əynində uzun ağ xalat olduğunu yazıb”.

Beşguşəli daxili həyətdə hücrələr də diqqəti çəkir. Hücrələrin bəzisində Əlimuxtar və Musa Mirzəyevlər (ata-oğul) tərəfindən hazırlanmış zəvvarların ifadəli müqəvvaları var. Yarımqaranlıq otağa daxil olduqda onların həqiqi olmadığına inanmaq çətindir.

“Sönməyən od”lar səyyah, yazıçı, rəssam və alimlərin də nəzər-diqqətini cəlb edib. Möcüzəni görmək üçün məbədə Mendeleyev, Vereşşaqin, Düma (ata) və bir çox digər görkəmli şəxsiyyətlər gəliblər. Görkəmli fransız yazıçısı Düma burada gördüklərindən çox heyrətlənib. O, “Qafqaz səfəri” adlı əsərində Atəşgahı çox gözəl təsvir edib: “Bakıdan atəşpərəstlərin müqəddəs məbədi Atəşgaha gedən yolun yarıdan çoxu dəniz qırağı ilə uzanırdı. Mənzil başına çatmağımız iki saat çəkdi. Təpəliyə qalxdıqda qarşıda təsəvvürə gəlməyən qəribə bir mənzərə açıldı... Külək əsdikcə alov zolaqları, dilləri sanki qəribə rəqslər edir, gah bulaq kimi qaynayır, gah dalğa kimi yan-yörəyə hücum edib şahə qalxır, gah da gözlənilmədən ucalırdı. Elə bir təsəvvür oyadırdı ki, külək alovla oynayır, onlar bir-birinə sarılır, sonra bir-birilə əlbəyaxa olurlar. Külək nə qədər cəhd edirdisə, odu, alovu söndürə bilmirdi”.

Düma həyətdəki quyular haqqında da yazırdı: “Su quyusu birdən quruyur. Dibinə baxmaq üçün cındır parçasını alışdırıb quyuya atırlar. Birdən alov ucalır. Yaxınlaşıb quyuya baxmaq qorxuludur. Qaz iyindən baş gicəllənə bilər. Vay gicəllənən başın sahibinin halına. Daha ayaqlar sözə qulaq asmayıb yerindən üzüləcək, alov püskürən quyuya düşəcək”.

Bu gün quyular doldurulub. Lakin ona yaxınlaşdıqda qaz iyini aydın hiss etmək mümkündür. Atəşgah o qədər məşhur idi ki, bəzi varlı hindlilər öləndən sonra cənazələrini burada yandırmağı vəsiyyət ediblər.

Suraxanı məbədinə gələnlərin sayı XIX əsrin axırlarından etibarən ildən-ilə azalıb. Sonuncu zəvvar onu 1883-cü ildə tərk edib. Oktyabr inqilabından sonra isə Suraxanı məbədi kerosin zavoduna çevrildi. Günbəzindəki od isə söndürüldü. Yalnız 70-ci illərin əvvəllərində İndira Qandi müqəddəs yeri ziyarət etmək arzusunda olduğunu bildirdikdən sonra onun ərazisi zir-zibildən təmizləndi. Ora gedən yol asfaltlandı, tikili təmir edildi. Ən əsası isə məbəddə qaz yenidən yandırıldı. İ.Qandi bu səfərdən vətəninə çox razı qayıtmışdı.

Bu gün də Atəşgaha Hindistandan gələn zəvvarlar var. Onların arasında burada ölmək və cəsədlərinin “müqəddəs od”da yandırılmasını xahiş edənlər olub. Aydındır ki, bu arzuya icazə verilmir.

Hazırda Prezidentin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılıb, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Qeyd edək ki, Atəşgah 1998-ci ildə UNESCO Ümumdünya İrsi Siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilib. İnanırıq ki, dünyaca məşhur bu tarixi abidənin bəşəriyyətin mədəni irs xəzinəsində tanıdılması ölkəmizdə turizmin inkişafına kömək edəcək.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see491

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see292

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see282

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see213

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see213

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see210

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see205

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see200

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see200

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see200

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see199

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see197

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see196

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see196

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see193

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see192

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see192

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri