Icma.az
close
up
RU
Oğlu bahalı maşın sürən başçı haqda araşdırma… Babaşovu nə gözləyir?

Oğlu bahalı maşın sürən başçı haqda araşdırma… Babaşovu nə gözləyir?

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaxtaşırı yüksək rütbəli məmurlar övladları, aşkarlanan var-dövlətləri ilə gündəmə gəlirlər. Onlardan biri də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur.

R.Babaşov daha çox oğlu Elşən Babaşzadə ilə medianın diqqətinə gəlir. Onun oğlunun sahib olduğu bahalı maşınlar barədə sosial şəbəkələr və saytlar çox yazıb. İndi də Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinə dövlət nömrə nişanı almaqla gündəm olub.

Bildirilir ki, E.Babaşzadə “Mersedes Benz G-63 AMG” markalı maşının 10-LL-077 nömrə nişanını 77-LL-077 ilə əvəzləyib. 77-LL-077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb.

Atası yüksək dövlət vəzifə tutan bir şəxsin belə bahalı maşın sürməsi bəzi şübhələrə yol aça bilər. Elşən Babaşzadə hətta bizneslə məşğuldursa belə, onun bahalı əmlakı, aksessuarı atasını hədəfə çıxarır, haqlı şübhələrə səbəb olur. İctimaiyyətdə sual yaranır ki, icra başçısının oğlunun sürdüyü yarım milyonluq maşının alınmasında korrupsiya amili rol oynayıbmı? Rəcəb Babşovun korrupsiya əməlləri haqda əlimizdə fakt olmadığından onu korrupsioner adlandıra bilmərik. Amma dövlət orqanları bu faktdan çıxış edib, Rəcəb müəllimin fəaliyyətini yoxlamalıdırlar.

Məsələn, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi atası yüksək vəzifədə çalışan Elşən Babaşov ətrafında araşdırma apara bilər. Qanunla aparmalıdır. Şübhəli əmlak aşkarlanırsa, bu, hüquq mühafizə orqanlarının diqqətini çəkməlidir. Həmçinin Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi bu ailənin gəlirləri, xərcləri, sahib olduğu əmlakla bağlı aidiyyatı üzrə sorğular verməli, araşdırmalar aparmalı, dindirmələr həyata keçirməlidir. Necə ola bilər ki, aylıq maaşı 2 minə belə çatmayan icra başçısının oğlu 450 min manatlıq maşın sürür? Biznesi var? O zaman o biznesin özü də araşdırma predmeti olmalıdır. Tutaq ki, oğul Babaşzadə tender qalibi olub, ordan əldə etdiyi pulla özünə 450 minlik maşın alıb. Bu zaman həmin tender də mütləq araşdırılmalıdır. Çünki söhbət dövlətin vəsaitindən, xalqın pulundan gedir.

Avtosfer.az xəbər verir ki, bu barədə Globalinfo.az atası icra başçısı vəzifəsi tutan Elşən Babaşzadənin bahalı əmlakları ilə bağlı aidiyyatı dövlət qurumlarının araşdırma aparıb-aparmadığını öyrənməyə çalışır. Bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və digər qurumlara sorğu hazırlayırıq. Həmin sorğunun nəticəsini ictimaiyyətə açıqlayacağıq.

Xatırladaq ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, məmurlar, xüsusilə də icra başçıları yerlərdə xalqın xidmətçisi olmalıdırlar. Onların övladlarının qanunsuz hərəkətləri barədə də ölkə başçısı bir neçə dəfə xəbərdarlıq edib.

İnanırıq ki, cənab Prezident bilsə ki, Rəcəb Babaşovun oğlu 450 minlik avtomobilə sahibdir, bu məsələ ilə bağlı araşdırma aparılması haqda qəti göstəriş verər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Noyabr 2024 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri