Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məşhur aparıcı Elnarə Təhməzova bu il həyatında yeni və maraqlı bir səhifə açıb.
“Qafqazinfo” xəbər verir ki, o, Bakı Dövlət Universitetinin (BDU) Psixologiya fakültəsinə qəbul olunaraq yenidən tələbə adını qazanıb.
Televiziya rejissorluğu üzrə həm bakalavr, həm də magistr təhsili olan E.Təhməzova psixologiyaya xüsusi maraq göstərdiyini və bu sahədə təhsil almağın ən böyük arzularından biri olduğunu bildirib.
O, nəhayət, həmin arzusunu reallaşdırmaq qərarına gəlib.
Maraqlı təsadüf budur ki, bu il Təhməzovlar ailəsində ikiqat həyəcan yaşanır: Elnarə xanım ali məktəbə, oğlu Mikayıl isə birinci sinfə qədəm qoyacaq. Beləliklə, ana və oğul üçün eyni ildə yeni dərs ili, yeni başlanğıclar və yeni həyəcanlar başlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 27 Avqust 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















