Icma.az
close
up
RU
Oğlu şəhid olan, özü yaralanan ana tələbə adı qazandı

Oğlu şəhid olan, özü yaralanan ana tələbə adı qazandı

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Qarabağ müharibəsinin ağrılarını uşaqlıqdan yaşayan, 2020-ci ildə oğlunu Şuşa istiqamətində şəhid verən Ağdam sakini illər sonra yenidən ali təhsil almaq qərarına gəlib. Xaricdə aldığı diplom Azərbaycanda tanınmasa da, bu, onu təhsil yolundan çəkindirməyib.

Peşə Kollecində aqronomluq üzrə təhsil alaraq oranı qırmızı diplomla bitirən şəhid anası bu il Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinə qəbul olub.

O, yeni təhsil mərhələsini yalnız şəxsi arzusu kimi deyil, işğaldan azad edilmiş Qarabağın gələcək inkişafına töhfə vermək üçün bir fürsət kimi qiymətləndirir. Şəhid ailələri və qazilərlə bağlı ictimai fəaliyyəti, müharibə zamanı yaşadığı hadisələr, oğlunun şəhid olması və qadınların təhsil almasının vacibliyi barədə danışan şəhid anası aqronomluğu məhz Qarabağın yenidən yaşıllaşdırılması və kənd təsərrüfatının inkişafına töhfə vermək məqsədilə seçdiyini bildirir.

“Oxumağın heç vaxt yaşı yoxdur” deyən şəhid anası öz hekayəsi ilə qadınlara və xüsusilə qızlara təhsilin vacibliyi ilə bağlı mesaj vermək istədiyini vurğulayır.

Modern.az xəbər verir ki, AzEdu.az şəhid anası Maya Quliyeva ilə həmsöhbət olub:

"1993-cü ildə Ağdam rayonunun Saybalı kəndindən məcburi köçkün düşmüşük. Sonradan ərəb ölkəsinin vətəndaşı ilə ailə qurduğum üçün xaricə getdik və uzun müddət Azərbaycanda yaşamamışam. Təhsilimi də xaricdə ərəb dili tərcüməçiliyi ixtisası üzrə almışam. Lakin 2011-ci ildə Azərbaycana qayıtdıqdan sonra həmin diplomum burada tanınmadı.

Oğlum şəhid olduqdan sonra yenidən təhsil almaq qərarına gəldim. Ağdam rayonunun Quzanlı kəndində yerləşən Sosial-İqtisad Kollecinin aqronomluq ixtisasına qəbul oldum. Keçən il oranı qırmızı diplomla bitirdim. Təhsilimi davam etdirmək üçün sənədlərimi verdim və Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinə qəbul oldum.

Əslində, əvvəldən ali təhsilim var idi. Sadəcə, xaricdə almışdım və Azərbaycanda tanınmamışdı. Yenidən ali təhsil almaq qərarım isə həyatımda baş verən hadisələrlə bağlıdır.

Müharibədən sonra bir növ həvəskar jurnalist kimi fəaliyyət göstərməyə başladım. İyulun 14-dən etibarən evdən fəaliyyət göstərirdim. Şəhid ailələri, qazilər və müharibə ilə bağlı müxtəlif məsələlərlə məşğul olurdum. 2016-cı il Aprel döyüşləri zamanı da kənardan olsa belə, proseslərin içində olmuşam.

2020-ci il Vətən müharibəsində də hadisələrin içində idim. Hətta hazırda bədənimdə altı qəlpə var. 2020-ci il oktyabrın 19-da Ağdam rayonunun Bənövşələr qəsəbəsində anamın evi vuruldu. Mən həmin vaxt əsgərlərimizə yardım kampaniyası başladmışdım. İnsanların göndərdiyi yardımlar bizim evimizdə toplanır, oradan müxtəlif istiqamətlərə, ön cəbhəyə göndərilirdi. Yəqin ki, düşmən də bunu izləyirdi.

Həmin gün evimiz vuruldu. Anam da, mən də yaralandıq. O zaman yanımızda ANS TV-nin jurnalisti Anar Şuşalı da vardı. O da həyətimizdə yaralanmışdı. Evimiz dağıldı.

Bir müddət sonra isə oğlum şəhid oldu. O, noyabrın 4-də Şuşa istiqamətində tapşırığını yerinə yetirib qayıdarkən şəhid olub. Oğlum hərbçi deyildi, müharibə başlayanda könüllü olaraq döyüşlərə qoşulmuşdu.

Müharibə başlayanda, sentyabrın 27-də nənəsi ilə, yəni anamla birlikdə səfərbərliyə yazılmışdı. Anam da Birinci Qarabağ müharibəsinin iştirakçısıdır, müharibə veteranıdır. Oğlum isə bir neçə dəfə Ağdam rayon komissarlığına müraciət etmişdi. Atası xarici ölkə vətəndaşı olduğu üçün əvvəlcə onu çağırmırdılar. Amma özü təkid edirdi ki, “Məni aparmasanız, könüllü şəkildə silah götürüb gedib döyüşəcəyəm”. Nəticədə onun təkidindən sonra döyüşlərə göndərildi.

O, Tovuz istiqamətində hərbi xidmət keçmişdi. Xarici ölkə vətəndaşı olduğuna görə həmin vaxt kəşfiyyat bölüyündə xidmət etməsinə icazə verilməmişdi. Müharibə zamanı isə özü könüllü olaraq Tərtər rayonunda fəaliyyət göstərən 057 saylı Xüsusi Təyinatlı Qüvvələr birliyinə qoşuldu.

Noyabrın 2-də Şuşa istiqamətinə getmişdilər. Noyabrın 4-də tapşırığı yerinə yetirib geri qayıdarkən şəhid oldular. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun".

Oğlum şəhid olduqdan sonra da fəaliyyətimi şəhid ailələri və qazilərlə bağlı davam etdirdim:

“2021-ci ildə Şuşada keçirilən ekofəalların aksiyasında ilk gündən iştirak edənlərdən biri olmuşam. Orada da fikirlərimi açıq şəkildə bildirmişəm. Həmin vaxt mən şəhid anası olaraq Xankəndi və Xocalıda yaşayan ermənilərlə qonşu yaşaya biləcəyimi demişdim. Bu fikrim Azərbaycanda böyük rezonans yaratmışdı. İnsanlar deyirdilər ki, “Necə yəni, şəhid anası erməni ilə qonşu yaşayar?”

Mən isə izah edirdim ki, əgər dövlət başçısı deyirsə ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşaya bilərlər, deməli, bu, dövlətin siyasi mövqeyidir. Bu fikri də ilk növbədə şəhid ailəsi, qazi və ya başqa bir vətəndaş səsləndirməlidir. Mən bunu deməsəydim, bəlkə də başqa biri deməyə çəkinərdi.

Sonradan, illər keçdikcə insanlar bunun nə demək olduğunu daha yaxşı anladılar. Xankəndi işğaldan azad ediləndə, antiterror əməliyyatlarından sonra orada qalan ermənilərlə bir müddət birlikdə yaşadıq.

Mən həmişə qadınlarımızın, qızlarımızın təhsilsiz qalmamasının tərəfdarı olmuşam. İstər ailələrdə, istərsə də çıxışlarımda bunu daim vurğulamışam. Mən özüm də erkən ailə qurduğum üçün bunun mənfi tərəflərini yaşamışam. Təhsilim yarımçıq qalıb və bir çox imkanları vaxtında əldə edə bilməmişəm.

Ona görə də həmişə arzum olub ki, ali təhsilimi davam etdirim. İstəyirəm ki, bu, həm ailələrə, həm şəhid ailələrinə, həm də digər insanlara nümunə olsun. Qızları oxutmaq lazımdır. Oxumağın heç vaxt yaşı yoxdur.

Mən ali təhsilimi sırf diplom alıb onunla maaş qazanmaq üçün davam etdirmirəm. Mən sadəcə sübut etmək istəyirəm ki, bir qadın istəsə, bunu bacara bilər. Qadın istəsə, hər şeyin öhdəsindən gələ bilər və bunu etməlidir.

Oğlumun itkisi mənim üçün çox ağır idi. Amma mən həmişə Qarabağın işğaldan azad olunmasını istəyirdim və bu istiqamətdə fəaliyyət göstərirdim. Oğlum da bunu görürdü. Belə bir ananın yanında böyüyən övladın da Qarabağ uğrunda döyüşmək istəməsi təbii idi. Müharibə başlayanda onun da əsas istəyi döyüşmək idi.

Mən sonradan gücü haradan aldığımı düşünəndə türklərin bir sözü yadıma düşür: "Hər seçimin bir itkisi var". həmişə Qarabağ deyirdimsə, Qarabağ torpaqlarımızın işğaldan azad olunmasını istəyirdimsə, bunun bir qurbanı da olmalı idi. Qadın olduğum üçün silah götürüb döyüşə gedə bilmirdim. Bizim evdə kişi mənim oğlum idi. O da silahı götürüb döyüşə getdi.Müharibə varsa, orada şəhid də ola bilərsən, qazi də, veteran da. İnsan belə bir itki ehtimalına özünü hazırlamalıdır.

1993-cü ildən bu müharibənin içində olan bir insanam. Uşaqlığımı müharibəyə qurban vermişəm. Müharibənin hər üzünü, çətinliyin hər formasını yaşamışam. Çadır şəhərciyində yaşamışam, vətənsizliyin nə olduğunu görmüşəm, qürbətdə yaşamışam. Ona görə də bu hisslərin hər birini çox yaxşı anlayıram.Şəhidlərimiz bizə 30 ildən artıq davam edən həsrətə son qoyaraq işğaldan azad olunmuş torpaqları əmanət etdilər. İndi bizim borcumuz həmin torpaqları yenidən dirçəltməkdir.

Əgər illərlə siyasi danışıqlar aparılıb və nəticə əldə olunmayıbsa, müharibənin qaçılmaz olduğu bir vəziyyətdə oğullarımızın döyüşməsi də bu mübarizənin bir hissəsi idi. Atalarımız boşuna deməyib ki, düşmən çəpərdir.
Aqronomluq ixtisasını seçməyimin əsas səbəbi də Qarabağla bağlıdır. Mən düşünürəm ki, Qarabağ işğaldan azad olunubsa, orada görüləcək çox böyük işlərimiz var. Mən gedib tikinti ilə məşğul ola bilmərəm, memarlıq sahəsində də özümü görmürəm. Amma torpağa bağlı insanam. Ona görə aqronomluğu seçdim.

Qarabağda indi böyük quruculuq işləri aparılır. Yəqin ki, xəbərlərdə görmüsünüz, yaxud gedib həmin əraziləri görmüsünüz. Orada uzun illər ərzində böyük dağıntılar törədilib, yaşıllıq məhv edilib. O torpaqları işğaldan azad edən qəhrəman oğullarımız bizə həmin torpaqları əmanət ediblər. Bizim borcumuz isə onları yenidən yaşıllaşdırmaq, dirçəltməkdir. Qəhrəman kişilərimiz tikinti və quruculuq işləri ilə məşğuldurlarsa, biz qadınlar da onlara öz sahəmizdə yardım etməliyik. Bağ-bağça salmaqla, torpağı becərməklə, kənd təsərrüfatını inkişaf etdirməklə Qarabağın dirçəldilməsinə töhfə verə bilərik. Mən də özümü savadlı aqronom kimi görmək və bu istiqamətdə Qarabağın inkişafına töhfə vermək istəyirəm. Mənim əsas məqsədim budur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Avqust 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri