Oğlum öləndə şəhid analarından üzr istədim Məktəb direktoru göz yaşlarını saxlaya bilmədi
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Biləsuvar rayonunda yerləşən 1 nömrəli məktəbin direktoru Xanımgül Abıyeva olub.
"Oğlum öləndə şəhid analarından üzr istədim" - Məktəb direktoru göz yaşlarını saxlaya bilmədi
Xanımgül müəllimə ailə dəyərləri və qadının ailədəki rolu ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, ailə sirri ailədə qalmalıdır: "Ailə sirri sosial şəbəkələrə çıxırsa, artıq ipin ucu gedir. Əsl qadın evin sirrini yaymamalıdır. Ailədə əsas rolu qadın oynayır. Kişi çöl quşudur, çöldə olur, qazanıb gətirir, amma evi yığan qadındır".
Xanımgül Abıyeva 44 günlük Vətən müharibəsi dövründə ağır itkilərlə üzləşib. Həmin müddətdə onun beş şagirdi şəhid olub.
O, yaşadığı ağrılı xatirəni belə xatırlayıb: "Oğlum öləndə şəhid anaları da yas mərasiminə gəlmişdilər. Mən onlardan üzr istədim, sonra ağladım".
Baxış sayı:88
Bu xəbər 03 Yanvar 2026 00:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















