İran Vaşinqtonun aqressiv addımları olacağı təqdirdə ABŞ bazalarına zərbələr endirəcəyini bəyan edib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran ABŞ tərəfindən hər hansı aqressiv addımlar atılacağı halda Yaxın Şərqdə yerləşən Amerika hərbi bazalarına zərbələr endirəcəyini bəyan edib.
APA xəbər verir ki, bu açıqlama ilə İran parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf çıxış edib.
Qalibaf bu barədə X sosial şəbəkəsində yazaraq qeyd edib ki, ABŞ tərəfinin istənilən mümkün təxribatına cavab olaraq Yaxın Şərq regionundakı bütün Amerika bazaları və silahlı qüvvələri İran üçün legitim hədəfə çevriləcək.
“Tarix boyu İran xalqı bu şəxslərdən qat-qat təcrübəli olan düşmənləri məyus edib”, – deyə o vurğulayıb.
Parlament sədri əlavə edib ki, xarici xüsusi xidmət orqanları qanuni etirazları silahlı qarşıdurmaya çevirmək cəhdlərində uğursuzluğa düçar olub.
Onun sözlərinə görə, İran hakimiyyəti heç vaxt etiraz aksiyalarında iştirak edənləri xarici agentlərlə eyniləşdirmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 03 Yanvar 2026 01:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















