Icma.az
close
up
RU
ABŞ yə getmək istəyən aktrisa dələduzluqla üzləşdi

ABŞ yə getmək istəyən aktrisa dələduzluqla üzləşdi

Icma.az, Lent az saytına istinadən bildirir.

Britaniyalı aktrisa Liza Rayli ABŞ-yə giriş icazəsi almaq istəyərkən dələduzların qurbanı olub. O, rəsmi sayta çox bənzəyən saxta səhifəyə daxil olaraq şəxsi və bank məlumatlarını fırıldaqçılara verib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktrisa ABŞ-nin vizasız giriş proqramında iştirak edən ölkələrin vətəndaşları üçün nəzərdə tutulan ESTA elektron səyahət icazəsini almağa çalışıb. Axtarış sistemi vasitəsilə tapdığı saytda şübhəli heç nə görməyən Rayli müraciət formasını doldurub.

O, pasport nömrəsini, anasının qızlıq soyadını və ödəniş üçün bank məlumatlarını daxil edib. Lakin müraciətlə bağlı təsdiq gəlmədikdə saxta sayta düşmüş ola biləcəyini anlayıb.

“Bu prosesi dəfələrlə keçmişdim. Ona görə əvvəlcə heç nə məndə şübhə yaratmadı. Məni ən çox qorxudan da budur. Sayt rəsmi görünürdü və hər şeyi düzgün etdiyimə inanırdım”, – aktrisa bildirib.

Rayli indi həmin məlumatlardan istifadə edilərək yenidən aldadılacağından narahatdır. Onun sözlərinə görə, dələduzlar özlərini bank əməkdaşı kimi təqdim edib şəxsi məlumatlarını sadalamaqla etibarını qazanmağa çalışa bilərlər.

Aktrisa səyahətçilərə müraciət zamanı saytın ünvanını diqqətlə yoxlamağı tövsiyə edib. O, ESTA üçün rəsmi ünvanı birbaşa brauzerə yazmağa çağırıb.

Rayli gözlənilməz zənglərə, mesajlara və elektron məktublara qarşı da diqqətli olmağın vacibliyini vurğulayıb.

“Dayanın və tələsməyin. Bunun dələduzluq ola biləcəyini düşünün. Şübhələrinizi görməzdən gəlməyin”, –  o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Oktyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri