Icma.az
close
up
RU
Oğul anasına yas verdi, dostları ilə içki məclisi qurdu və... TƏFƏRRÜAT

Oğul anasına yas verdi, dostları ilə içki məclisi qurdu və... TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Quba rayon unda 1971-ci il təvəllüdlü Qalib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Rəvana xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 24 iyun 2024-cü ildə, saat 20 radələrində Quba şəhəri, Arif  Hüseynzadə küçəsində baş verib. Qalib yaşadığı evin qarşısında uzun müddətdir ki, ədavəti olan qonşusu Rəvanın nalayiq ifadələrlə onu təhqir etməsi səbəbindən qəzəblənib. 
Qalib qisas almaq məqsədilə yaşadığı evə daxil olub və mətbəxdə ov bıçağını götürərək yenidən küçəyə çıxıb. O, Fətəlixan küçəsi istiqamətində gedərək Arif Hüseynzadə küçəsi ilə Fətəlixan küçəsinin kəsişməsində Rəvana həmin bıçaqla qarın boşluğundan qəsdən bir dəfə vurub. 
Hadisəni törədən Qalibin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan  edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qalib ona elan  olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Rəvanı uzun illərdir tanıyır, qonşusudur: “Aramızda əvvəllər də mübahisə baş verib. Təxminən 3 il əvvəl Rəvan və atası Rafiq məni nalayiq ifadələrlə təhqir etdiyinə görə mən də Rafiqi yumruqla vurmuşdum. Lakin sonradan Rəvan və atası ilə barışdım”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 13 iyun 2024-cü ildə anası Cəmilə vəfat edib: “Rəvan da qonşu kimi anamın dəfnində, həmçinin yas mərasimlərində iştirak etdi. Həmin ilin iyunun 24-də, saat 19 radələrində tanışlarım Emin və Şahin ilə birlikdə yaşadığım evin yaxınlığında küçədə, yolun kənarında oturaraq araq içdik. Mənim evim əyləşdiyim yerə yaxın olduğundan araqla içməyə biraz pendir və alça da götürdüm. Təxminən saat 20 radələrində  Rəvan yaşadığı evdən çıxdı və əyləşdiyimiz yerə yaxınlaşaraq mənə ilişməyə başladı. Rəvanın da sərxoş olduğunu anladım. Rəvan mənə “sən əvvəllər mənim atamı vurmusan, atama əl-qol atmısan” dedi. Məni ucadan nalayiq ifadələrlə təhqir etməyə başladı. Rəvana “ayıbdı, söyüş söymə, mənim qapımda yas var, heç anamın 40-ı çıxmayıb” dedim. Rəvan isə dediklərimə məhəl qomayaraq vəfat etmiş anamın və atamın qəbrinə söyməyə başladı. Artıq Rəvanın təhqirlərinə dözə bilmədim. Yaşadığım evə gedərək  mətbəxdə olan bıçağı götürdüm və qarın nahiyəmdən şalvarımın belinə keçirdim, yenidən məhəlləyə çıxdım. Rəvan yenə də məni nalayiq ifadələrlə təhqir etdi. Mən də Rəvanın üzərinə getdim, lakin bıçağı çıxarmadım”. 
Qalib bildirib ki, həmin vaxt Rəvan da mübahisə etdiyi yerdə yolun kənarında olan daş parçasını götürüb və ona hücum edib: “Rəvan əlində olan daş parçası ilə sinəmdən və sol qol nahiyəmdən vurdu. Bu zaman şalvarımın bel nahiyəsinə keçirdiyim dəstəyi açıq qəhvəyi rəngli, tiyəsində ayı şəklində və müxtəlif naxışlar həkk olunmuş bıçağı anidən çıxardım, Rəvanın qarın boşluğundan bir dəfə vuraraq zərbə endirdim. Yaxınlıqda olan qonşumuz Abduləli yaxınlaşaraq məni sakitləşdirdi. Rəvan da qarnını tutaraq yaşadığı evə tərəf qaçdı. Hadisədən bir müddət sonra qardaşım Həbib də oraya gəldi və mənə polis şöbəsinə gedərək təslim olmağımı bildirdi. Bundan sonra Rəvanı vurduğum bıçaqla birlikdə polis şöbəsinə getdim, təslim olaraq bıçağı da təhvil verdim. Rəvana zərbə endirən zaman onu öldürmək niyyətim olmayıb. Sadəcə olaraq əsəblərimi soyutmaq üçün, həmçinin Rəvanın söydüyü söyüşlərə görə cəzalandırmaq üçün və məni daş parçası ilə vurduğuna görə bıçaqla Rəvanı vurmuşam. Rəvanı əvvəlcədən öldürmək kimi bir məqsədim olmayıb. Rəvan mənə qarşı işlətdiyi ifadələrdən əsəbiləşdiyimə görə həmin bıçağı yaşadığım evdən götürərək geri qayıtmışam. Məqsədim Rəvanı bıçaqla vurmaq olsa da, öldürmək niyyətim olmayıb. Hadisə zamanı yanımızda qonşu Abduləli olub. Rəvanı  vurmağımı konkret olaraq gördüyünü isə dəqiq bilməmişəm. Emin və Şahin isə artıq mübahisə başlayanda getdilər. Rəvanı bıçaqla vurduğum anda orada olmayıblar”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, onun növbəti bıçaq zərbələrini də rahat şəkildə Rəvana yetirə bilmə imkanı olub: “Lakin mənim belə bir niyyətim olmayıb. Sadəcə Rəvana bir dəfə bıçaq zərbəsi endirmişəm və bıçaqla vurmaqda məqsədim Rəvanın üzərimə gələrək məni daş parçası ilə vurması, həmçinin məni nalayiq ifadələrlə təhqir etməsi olub. Rəvana xəsarət yetirdiyim bıçağı uzun illər öncə Rusiya Federasiyasında olarkən adını xatırlamadığım mağazadan almışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Rəvanın sözlərinə görə, Qalibi uzun illərdir tanıyıb, yaşadığı evlə  üzbəüz qonşuluqda yaşayıb: “Qaliblə əvvəllər dəfələrlə aramızda mübahisələr baş verdi. Hətta 3 il əvvəl Qalib sərxoş halda mən və atam Rafiqlə mübahisə edərək bizi nalayiq ifadələrlə təhqir etdi. Atam da yumruqla onu vurdu. Lakin sonradan biz barışdıq”.
Zərərçəkmiş bildirib ki, iyunun 13-də Qalibin anası Cəmilə vəfat edib: “Mən də qonşu kimi Qalibin anasının dəfnində, həmçinin yas mərasimlərində iştirak etdim. İyunun 24-də, saat 20 radələrində yaşadığım evdən çölə çıxan zaman üzbəüz evin qarşısında Qalib və digər qonşu Abduləli giriş qapısından sol tərəfdə qoyulmuş oturacağın üstündə əyləşdilər. Mən də onlara tərəf yaxınlaşaraq Abduləli ilə salamlaşdım və qarşısında çömbəlib oturdum. Abduləli mənə qonşusu Yadigarı gözlədiyini bildirdi. Həmin vaxt Qalibin qapısının önündə boş araq şüşəsi olduğunu gördüm və Qalibə “qapıda yas var, işıq yanır, hələ ananın 40-ı çıxmayıb, uşağa de, ya bu araq şüşəsini zibil qabına atsın, ya da özün qapıdan içəri qoy ki, gələn-gedən adamlar görməsin” dedim. Qalib də mənə “mənim anamın yası sənə xoş gəlmir ki” dedi. Dediyim söz Qalibə xoş təsir bağışlamadığından mənimlə mübahisə etməyə başladı. Mən də əsəbləşdiyimdən nalayiq ifadələrlə Qalibi təhqir etdim. Həmin vaxt Qalib yaşadığı evə getdi. Qalibin evə getməsindən artıq başa düşdüm ki, məni vurmaq üçün nəsə götürəcək. Bu zaman mən də Arif Hüseynzadə küçəsi ilə Fətəlixan küçəsinin kəsişməsinə doğru hərəkət etdim və yoldan daş parçası götürdüm. Qalib evdən çıxdıqdan sonra üzərimə tərəf gəldi. Mən əlimdə olan daş parçasını Qalibin üzərinə doğru atdım. Daş Qalibin sinə  nahiyəsindən dəydi”. 
Zərərçəkmişin ifadəsinə görə, daha sonra Qalib bir anda əlində olan bıçaqla onu qarın boşluğundan vurub: “Həmin zərbə mənə ilk olaraq dəydikdə elə başa düşdüm ki, Qalib məni bıçağın arxa tərəfi ilə vurub. Lakin əlimi qarın boşluğuma qoyandan sonra geri çəkdikdə qan axdığını gördüm və yaşadığım evə getdim. Bacım Elnarə mənimlə bir evin həyətində qalıb. Elnarəni çağırdım və təcili tibbi yardıma zəng etməsini xahiş etdim. Bir qədər sonra təcili tibbi yardım avtomobili gəldi və məni xəstəxanaya apardılar”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Qalibin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see146

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see140

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see134

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see132

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see128

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see125

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see124

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see119

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see119

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see116

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see114

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see111

Əsgərlikdən yeni qayıtmışdı… Bu gecə vəfat etdi FOTO

14 Aprel 2025 06:15see110

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see108

Polislə generalın fotosu qarışdı… “Bu şəxs Polad Həşimov deyil” FOTO

14 Aprel 2025 11:49see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri