Icma.az
close
up
RU
Oğul ona içki almağa pul verməyən anasını döydü TƏFƏRRÜAT

Oğul ona içki almağa pul verməyən anasını döydü TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Suraxanı rayonunda ana və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 15-də baş verib. Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Sakit Vəliyev həmin gün gecə saat 01:00-da evində anası Qəmərin ona spitli içki içməsinə iradını bildirməsi və spirtli içki alması üçün pul vermədiyindən əsəbləşib. 
O, qəsdən yumruğu ilə arvadının baş və bədəninin müxtəlif nahiyəsinə bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən S. Vəliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası ilə birlikdə yaşayır, həyat yoldaşından boşanıb: “Son zamanlar özümə iş tapa bilmədiyimdən və maddi sıxıntılarımın olduğundan hər gün yaşadığım evdə spirtli içki araq içirmişəm. Martın 15-də, saat 01:00-da  yaşadığım evdə yemək yedikdən sonra bir qədər spirtli içki araq içmişəm. İçki bitdikdə yenisini almaq istəmişəm və pulumun olmadığı üçü anamdan pul istəmişəm. Anam spirtli içkinin zərərli olduğunu deyərək, içki almağım üçün mənə pul vermədiyindən əsəbləşdim. Onun üzərinə hücum çəkərək yumruqla üzündən və bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vurmuşam. Zərbənin təsirindən anam yerə yıxıldı. Bundan sonra öz otağıma keçərək yatdım. Səhəri gün anamdan üzr istəsəm də, anam məni bağışlamayacağını dedi”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, ana oğluna qarşı şikayətini geri götürüb. 
Bu səbəbdən hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 İyul 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri