Oğuzda maşının ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb FOTO
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Oğuz-Xaçmaz avtomobil yolunda minik avtomobilinin ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, “VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişinlər — rayonun Xaçmaz kənd sakinləri Ceyhun Carı oğlu Cəlolov və Azər Osman oğlu Əhmədov — müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oğuzda avtomobil ağaca çırpılıb, iki nəfər xəsarət alıb FOTO
23 Yanvar 2025 18:51
Tailandda 8 nəfər avtobusun ağaca çırpılması nəticəsində ölüb
01 Yanvar 2025 21:07
Ankarada avtobusun beton maneəyə çırpılması nəticəsində 16 nəfər xəsarət alıb
03 Mart 2025 14:53
Münhendə avtomobilin izdihamın üzərinə çırpılması nəticəsində azı 20 nəfər xəsarət alıb
13 Fevral 2025 16:17
Oğuzda “BMW” ağaca çırpılıb, iki nəfər xəsarət alıb AZƏRTAC
22 Dekabr 2024 19:35

