Icma.az
close
up
RU
Ohanyanın oğluna Lələtəpədəki uğursuzluğa görə cinayət işi açılıb

Ohanyanın oğluna Lələtəpədəki uğursuzluğa görə cinayət işi açılıb

Icma.az bildirir, Ayna portalına istinadən.

Artur Ohanyanın səhlənkarlıq göstərərək xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi ağır nəticələrə səbəb olub

Ermənistan Prokurorluğu ölkənin keçmiş müdafiə naziri, hazırda deputat olan Seyran Ohanyanın oğlu Artur Ohanyanı 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin Lələtəpə istiqamətində hücumunun qarşısını almaq üçün keçirilən əməliyyatda uğursuzluqda ittiham edir. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, istintaqa görə, bölmə komandiri Artur Ohanyanın 6-7 oktyabr 2020-ci il tarixlərində səhlənkarlıq göstərərək xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi ağır nəticələrə səbəb olub.

Prokurorluğun məlumatına görə, Ohanyan oktyabrın 6-da Qarabağdakı keçmiş separatçı qondarma qurumun “müdafiə ordusunun komandanından” Horadiz-Lələtəpə istiqamətində hücuma keçmək və qırılmış müdafiə xəttini bərpa etmək barədə göstəriş alıb. Lakin tapşırığın düzgün yerinə yetirilməməsi, “bölmələr” arasında qarşılıqlı əlaqənin olmaması, hərəkət qaydasının pozulması, qüvvələrin nizamsız bölüşdürülməsi, sonrakı planlamanın olmaması səbəbindən yerləşdirmə yerinə xeyli az sayda canlı qüvvə və texnika gətirilməsi döyüş tapşırığının uğursuzluğuna səbəb olub.

Həmin proses çərçivəsində müəyyən edilib ki, “bölmənin tabor komandiri” G.A. döyüş tapşırığında iştirak etməkdən imtina edib, silah və sursatları sayıb. O, “komandanlığından” icazə almadan hücuma keçən “batalyonu” əvvəlki mövqelərinə qaytarıb.

Ohanyana qarşı “hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində xidmətə səhlənkar münasibət” maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://ayna.az
archiveBu xəbər 14 May 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri