Ökə , yoxsa dahi ?
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Tural Turan
Hər zaman yazılarımda türk kökənli bir sıra əski sözlərimizin dilimizə transformasiyasının vacibliyini vurğulamışam.
Bu sözlərin bir çoxu arxaikləşib, hətta bəziləri dialekt və şivələrimizdə son nəfəsini verməkdədir.
Adıçəkilən sözləri dialekt və şivələrdən, əski sözlük və lüğətlərdən seçib-seçmələyərək bugünkü danışıq dilimizə daşımaq lazımdır.
Çünki hələ çağlar ötəsində bu sözlərin bir çoxunu işğalçı ərəb, fars və rus ifadələri sıxışdıraraq öz "taxtından" salıb.
Düşünürəm ki, həmin sözlər ortaq türkçəmiz üçün də olduqca yararlıdır.
Belə kəlmələrdən biri də "dahi" sözünün qarşılığıdır.
Əski Azərbaycan türkçəsində bu ifadənin qarşılığı "ökə"dir.
Hazırda ölkəmizin qərb bölgəsindəki bəzi yaşayış məntəqələrində ömrünün yaşlı və yaşıl çağlarını yaşayan qoca kişilərin, xanımların sinəsöz yaddaşında qalmaqdadır.
Mən "ökə"ni ilk dəfə Şəmkirin Ağlavaşlı kəndinin yaşlı insanlarının dilindən eşitmişəm.
Hətta indi dünyasını dəyişmiş Dilarə nənə o vaxt "dahi"nin qarşılığı olan "ökə"yə belə bir örnək də gətirmişdi: Əkəliyi ökəliyindən bilinir. Yəni, ərdəmliyi, kamilliyi, böyüklüyü dahiliyindən bəllidir.
Düşünürəm ki, bu cür sözlərimizi özümüz gündəlik danışıq dilimizdə işlətməliyik. Bundan başqa, mediaya, televiziyaya daşımaqla onlara yeni ikinci yaşam haqqı tanımış olarıq.
Gəlin, elə bu gündən "dahi"nin yerinə "ökə" işlədək, əfəndilər!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 08 Sentyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















