Okeanın istiləşməsi sürətlə davam edir...
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Son dörd onillikdə okeanın istiləşmə sürəti dörd dəfədən çox artıb.
SİA-nın məlumatına görə, bu barədə “Environmental Research Letters” jurnalında dərc olunmuş araşdırmada bildirilir.
1980-ci illərin sonunda okean səthinin temperaturu onillikdə təxminən 0,06°C artırdısa, hazırkı onillikdə bu rəqəm 0,27-dir. Araşdırmalara görə, okean istiləşməsinin sürətlənməsinin səbəbi Yer kürəsinin Günəşdən gələn enerjini kosmosa qayıdan enerjidən daha çox udması ilə izah olunur. Bu natarazlıq 2010-cu ildən bəri təxminən iki dəfə artıb.
Okeanın qlobal temperaturu 2023-cü ildə və 2024-cü ilin əvvəlində ardıcıl 450 gün ərzində rekord səviyyəyə çatıb. Bu istiliyin bir hissəsi “El-Nino” – Sakit okeanında təbii istiləşmə, digər hissəsi isə (44 faiz) okeanların istiliyi sürətlə udması ilə əlaqədardır.
Alimlər hesab edirlər ki, okeanlar qlobal istiləşmənin tempini müəyyən etdiyindən onların temperaturunun artması ümumilikdə iqlimə təsir edir. Okean istiləşməsinin sürətlənməsi gələcəkdə temperaturun daha da artmasının qarşısını almaq üçün fosil yanacaqlardan istifadə edilməsinin məhdudlaşdırılmasını vacib edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 28 Yanvar 2025 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















