Icma.az
close
up
RU
Oktyabrda bir neçə komet adi gözlə görünəcək

Oktyabrda bir neçə komet adi gözlə görünəcək

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 26 sentyabr, AZƏRTAC

2025-ci ilin oktyabr ayında üç parlaq - ATLAS, SWAN və Lemmon kometlərini adi gözlə müşahidə etmək mümkün olacaq.

AZƏRTAC “Star Walk” saytına istinadla xəbər verir ki, ilk komet C/2025 K1 (ATLAS) oktyabrın əvvəlində Günəşə yaxınlaşarkən Yerdən görünəcək. Onun görünən ulduz parlaqlığının 5,2 dərəcəyə çatacağı gözlənilir ki, bu da kometi binoklla müşahidə etməyə imkan verəcək. Səma cismi şimal enliklərində səhər saatlarında, cənub enliklərində isə həm səhər, həm də axşam görünə biləcək. Lakin yaxın periheliyə görə kometin taleyi qeyri-müəyyən qalır.

“C/2025 K1” (ATLAS) kometi 2025-ci il mayın 25-də Çili rəsədxanasında kəşf edilib. Bu, dinamik baxımdan yeni kometdir, yəni o, ilk dəfə Günəşə yaxınlaşır. Onun periheliyə qədər məhvolma ehtimalı var, çünki, nüvəsinin diametri 1 km-dən kiçikdir, Günəşə ən yaxın məsafəsi isə 0,33 astronomik vahid (a.v.) olacaq (Merkurinin orbitindən də yaxın).

Növbəti komet “C/2025 R2” (SWAN) oktyabrın sonunda Yerə ən yaxın məsafədən keçərkən müşahidə üçün əlverişli olacaq. Bu məsafə cəmi 0,26 a.v. təşkil edəcək. Oktyabr ayı ərzində onun parlaqlığının artacağı gözlənilir və təqribən oktyabrın 20-də gözlə görünə biləcəyi ehtimal olunur. “C/2025 R2” (SWAN) kometi, həmçinin, oktyabrın əvvəlində Yer kürəsi onun orbitini kəsərkən Rusiyadan müşahidə oluna bilən ulduz yağışı yarada bilər.

Ən etibarlı müşahidə obyekti isə çox güman ki, “C/2025 A6” (Lemmon) olacaq. Oktyabrın sonunda o, şimal səmasında görünəcək. Yerə 0,6 a.v. məsafəyə yaxınlaşdıqda, Şimal yarımkürəsindəki müşahidəçilər onu axşam səmasında görə biləcəklər. Proqnozlara görə, komet binoklla görünəcək qədər parlaq olacaq, hətta periheli yaxınlığında parlaqlığı artarsa, gözlə də görünə bilər.

“C/2025 A6” (Lemmon) dinamik baxımdan “köhnə” kometdir, yəni dəfələrlə Günəşə yaxınlaşıb. O, 3 yanvar 2025-ci ildə ABŞ-ın Arizona ştatındakı “Mount Lemmon” rəsədxanasında astronomlar tərəfindən kəşf olunub.

Bundan əlavə, noyabrın sonunda “210P/Christensen” kometi görünəcək. O, Şimal yarımkürəsində səhər saatlarında müşahidə edilə biləcək. Bu, periodik kometdir və binoklla izlənə biləcək. Onu dan yeri sökülən vaxt şərq üfüqünün alçaq hissəsində görmək mümkün olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 07:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri