Icma.az
close
up
RU
Olaf Şolts: Demokratiyamıza və seçkilərimizə hər hansı müdaxiləni qəbul etməyəcəyik

Olaf Şolts: Demokratiyamıza və seçkilərimizə hər hansı müdaxiləni qəbul etməyəcəyik

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniyanın Federal Kansleri Olaf Şolts 61-ci Münxen Təhlükəsizlik Konfransının ikinci günündə çıxış edib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Ceyms Deyvid Vensin konfransın birinci günündəki çıxışında Avropada söz azadlığının məhdudlaşdırılması və ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının tədbirə dəvət olunmaması barədə fikirlərini tənqid edən Olaf Şolts Almaniyada seçki prosesinə hər hansı müdaxilənin qəbuledilməz olduğunu vurğulayıb. O, AfD-nin nasizmi və onun dəhşətli cinayətlərini Amaniya tarixində kiçik bir hadisə kimi qələmə verdiyini qeyd edərək deyib: “Biz kənar şəxslərin bu partiyanın xeyrinə bizim demokratiyamıza, seçkilərimizə və demokratik fikrin formalaşmasına müdaxiləsini qəbul etməyəcəyik”.

Kansler ABŞ ilə münasibətlərdəki gərginliyə baxmayaraq, Almaniyanın müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyini diqqətə çatdırıb. “Biz güclü Avropa müdafiə sənayesinə ehtiyac duyuruq. Avropada əsas sursat və silah növlərinin daimi istehsalı olmalıdır”, - deyən Kansler Avropa ölkələrinin birgə sifarişlərinin koordinasiyasının və müdafiə sənayesi şirkətlərinin əməkdaşlığının önəmini vurğulayıb.

Olaf Şolts çıxışında Rusiya-Ukrayna müharibəsinə də toxunaraq, Almaniyanın Ukraynaya dəstəyinin davam etdiriləcəyini ifadə edib. Ukrayna silahlı qüvvələrinin gücləndirilməsinin vacibliyini diqqətə çatdıran Kansler bunun təkcə Avropanın deyil, həm də transatlantik və beynəlxalq tərəfdaşların dəstəyi ilə mümkün ola biləcəyini bildirib. “Rusiyanın qalib gəlməsi və ya Ukraynanın süqutu sülh gətirməyəcək, əksinə, Avropada və daha geniş miqyasda sabitliyi təhlükə altında qoyacaq”, - deyən Olaf Şolts sülh danışıqlarında Ukraynanın suverenliyinin qorunmasının əsas şərt olduğunu bildirib.

Almaniyanın Kansleri Avropa ölkələrinin müdafiə xərclərinin artırılmasının vacibliyinə də toxunaraq, NATO-nun 2 faizlik müdafiə xərcləri hədəfini aşan bütün investisiyalar üçün Sabitlik Paktında dəyişiklik olunmasını təklif edib. O bildirib ki, bu, müvəqqəti xarakter daşımalı və üzv dövlətlərin maliyyə sabitliyi qorunmaqla həyata keçirilməlidir.

Qeyd edək ki, 61-ci Münxen Təhlükəsizlik Konfansı ötən gün işə başlayıb. Konfransın proqramı üç mühüm hissədən - əsas proqramdan, 200-dən çox rəsmi paralel tədbirdən və ictimaiyyət üçün nəzərdə tutulmuş müzakirələrdən ibarətdir. Tədbirin birinci günündə əsasən qlobal idarəetmə, demokratik institutların dayanıqlılığı, iqlim təhlükəsizliyi və digər mühüm çağırışlar ön planda olub. Fevralın 15-də beynəlxalq vəziyyət, regional münaqişələr və böhranlar diqqət mərkəzində saxlanılır, transatlantik münasibətlərin gələcəyi ilə bağlı mühüm müzakirələr aparılır. Konfransın sonuncu günündə - fevralın 16-da isə Avropanın qlobal siyasətdəki rolu ilə bağlı debatlar təşkil olunacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri