Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Olaf Şolts: Bunu qəbul etməyəcəyik

Olaf Şolts: Bunu qəbul etməyəcəyik

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Almaniyanın Federal Kansleri Olaf Şolts 61-ci Münxen Təhlükəsizlik Konfransının ikinci günündə çıxış edib. SİA xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Ceyms Deyvid Vensin konfransın birinci günündəki çıxışında Avropada söz azadlığının məhdudlaşdırılması və ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının tədbirə dəvət olunmaması barədə fikirlərini tənqid edən Olaf Şolts Almaniyada seçki prosesinə hər hansı müdaxilənin qəbuledilməz olduğunu vurğulayıb. O, AfD-nin nasizmi və onun dəhşətli cinayətlərini Amaniya tarixində kiçik bir hadisə kimi qələmə verdiyini qeyd edərək deyib: “Biz kənar şəxslərin bu partiyanın xeyrinə bizim demokratiyamıza, seçkilərimizə və demokratik fikrin formalaşmasına müdaxiləsini qəbul etməyəcəyik”.

Kansler ABŞ ilə münasibətlərdəki gərginliyə baxmayaraq, Almaniyanın müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyini diqqətə çatdırıb. “Biz güclü Avropa müdafiə sənayesinə ehtiyac duyuruq. Avropada əsas sursat və silah növlərinin daimi istehsalı olmalıdır”, - deyən Kansler Avropa ölkələrinin birgə sifarişlərinin koordinasiyasının və müdafiə sənayesi şirkətlərinin əməkdaşlığının önəmini vurğulayıb.

Olaf Şolts çıxışında Rusiya-Ukrayna müharibəsinə də toxunaraq, Almaniyanın Ukraynaya dəstəyinin davam etdiriləcəyini ifadə edib. Ukrayna silahlı qüvvələrinin gücləndirilməsinin vacibliyini diqqətə çatdıran Kansler bunun təkcə Avropanın deyil, həm də transatlantik və beynəlxalq tərəfdaşların dəstəyi ilə mümkün ola biləcəyini bildirib. “Rusiyanın qalib gəlməsi və ya Ukraynanın süqutu sülh gətirməyəcək, əksinə, Avropada və daha geniş miqyasda sabitliyi təhlükə altında qoyacaq”, - deyən Olaf Şolts sülh danışıqlarında Ukraynanın suverenliyinin qorunmasının əsas şərt olduğunu bildirib.

Almaniyanın Kansleri Avropa ölkələrinin müdafiə xərclərinin artırılmasının vacibliyinə də toxunaraq, NATO-nun 2 faizlik müdafiə xərcləri hədəfini aşan bütün investisiyalar üçün Sabitlik Paktında dəyişiklik olunmasını təklif edib. O bildirib ki, bu, müvəqqəti xarakter daşımalı və üzv dövlətlərin maliyyə sabitliyi qorunmaqla həyata keçirilməlidir.

Qeyd edək ki, 61-ci Münxen Təhlükəsizlik Konfansı ötən gün işə başlayıb. Konfransın proqramı üç mühüm hissədən - əsas proqramdan, 200-dən çox rəsmi paralel tədbirdən və ictimaiyyət üçün nəzərdə tutulmuş müzakirələrdən ibarətdir. Tədbirin birinci günündə əsasən qlobal idarəetmə, demokratik institutların dayanıqlılığı, iqlim təhlükəsizliyi və digər mühüm çağırışlar ön planda olub. Fevralın 15-də beynəlxalq vəziyyət, regional münaqişələr və böhranlar diqqət mərkəzində saxlanılır, transatlantik münasibətlərin gələcəyi ilə bağlı mühüm müzakirələr aparılır. Konfransın sonuncu günündə - fevralın 16-da isə Avropanın qlobal siyasətdəki rolu ilə bağlı debatlar təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri