Icma.az
close
up
RU
Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib

Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kiyev, 23 may, AZƏRTAC

35 il öncə, 1991-ci il aprelin 7-də Qubadlı rayonunda mülki Azərbaycan vətəndaşlarını qoruyarkən silahlı erməni birləşmələri tərəfindən qətlə yetirilən Oleq Babak haqqında nəşr edilən kitab onun Poltava vilayətinin Viktoriya kəndində yaşayan ata-anasına, təhsil aldığı, hazırda onun adını daşıyan kənd məktəbinə, Poltavadakı muzeyinə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin layihəsi əsasında Azərbaycan və Ukrayna dillərində nəşr edilən “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” kitabının müəllif yazıçı-publisist Hacı Nərimanoğludur. Kitabda AZƏRTAC-ın Oleq Babak haqqında hazırladığı reportajlar da yer alıb.

Poltavada Azərbaycan diasporunun rəhbəri Füzuli Qənbərov bildirib ki, diaspor təmsilçiləri qəhrəmanın məzarını da ziyarət edib, məzarı üstünə gül-çiçək dəstələri düzüblər. Oleqin atası Yakov Babak və anası Nadiya Babak yeganə övladları haqqında Azərbaycan və Ukrayna dillərində nəfis tərtibatlı belə bir kitabın nəşrindən olduqca mütəəssir olduqlarını, əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.

“Ukraynadakı Azərbaycan diplomatları, diaspor təmsilçiləri illərdir ki, bizə daimi qayğı, diqqət göstərirlər, bilirik ki, bizə qayğı Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı ilə həyata keçirilir”, - deyə Nadya Babak əlavə edib.

Bundan əlavə, mayın 21-də Kiyevdə “Millətlərarası Harmoniya və Mədəni Müxtəliflik Günü” münasibətilə Ukraynanın Milli Azlıqları və Yerli Xalqlarının Ümum-Ukrayna Forumu çərçivəsində təşkil olunan sərgidə sözügedən kitab da yer alıb. 300-dən çox iştirakçı - milli azlıqların və yerli xalqların nümayəndələri, hökumət rəsmiləri, diplomatlar, beynəlxalq tərəfdaşlar və ictimai xadimlərin bir araya gəldiyi forumda sözügedən kitabın nüsxələri Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevə, Ukrayna Ali Radası sədrinin birinci müavini Oleksandr Kornienkoya, Ukraynanın İnsan hüquqları üzrə müvəkkili Dmitri Lubinetsə, diplomat və diaspor təşkilatlarına təqdim olunub.

Qeyd edək ki, Oleq Babak 1967-ci il fevralın 25-də Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində doğulub. SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı 21-ci briqadasının siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan Oleq Babak 1991-ci ilin martından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirərkən silahlı erməni birləşmələri tərəfindən qətlə yetirilib. Ölümündən sonra o, “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri