Olimpiya ulduzlarından Bakıda gənc üzgüçülərə xüsusi dərs VİDEO
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində Bakıda 11-15 yaşlı uşaqlar üçün xüsusi məşq sessiyası keçirilir.
İdman.Biz xəbər verir ki, yerli üzgüçülük klublarının üzvləri olan uşaqlar üçün təşkil olunan məşqdə elit üzgüçülər Siobhan Haughey (Honq Konq), Carson Foster (ABŞ) və Marrit Steenbergen (Niderland) iştirak edirlər.
Siobhan Haughey Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında ümumilikdə 4 medal qazanıb. O, hər iki Olimpiadada 100 və 200 metr məsafəyə sərbəst üsulla üzmədə medal əldə edib. Carson Foster isə Paris-2024-də 400 metr kompleks üzmədə bürünc, 4x200 metr sərbəst üsulla estafetdə gümüş medal qazanıb. Marrit Steenbergen isə dünya çempionudur. Niderlandlı üzgüçü 2024-cü ildə Dohada keçirilən dünya çempionatında 100 metr sərbəst üsul və 4x100 metr sərbəst üsulla estafet yarışlarında qızıl medal əldə edib.
Sessiya “World Aquatics” tərəfindən həyata keçirilən “İdmançı Təcrübəsi” (“Athletes’ Experience”) proqramının bir hissəsidir. Proqram çərçivəsində elit idmançılar yerli icmalarda üzgüçülüyün inkişafına dəstək olmaq və gələcək nəsilləri su idmanı növləri ilə məşğul olmağa həvəsləndirmək məqsədilə gənc üzgüçülərə xüsusi məşqlər keçirirlər.
Qeyd edək ki, Üzgüçülük üzrə Dünya Kuboku oktyabrın 1-dən 3-dək Bakıda, Su İdmanı Sarayında keçiriləcək.
@idman.bizOlimpiya ulduzlarından Bakıda gənc üzgüçülərə xüsusi dərs
♬ original sound Idman və Biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 29 Sentyabr 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















