Icma.az
close
up
RU
“Ölkə Başçısının BMT ilə bağlı söylədikləri çox ciddi mesajdır” DEPUTAT DANIŞDI

“Ölkə Başçısının BMT ilə bağlı söylədikləri çox ciddi mesajdır” DEPUTAT DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Prezident İlham Əliyevin Bişkekdə səsləndirdiyi fikirlərin ən mühüm tərəfi odur ki, biz artıq Cənubi Qafqaz haqqında danışarkən müharibədən deyil, sülhdən danışırıq”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, bəlkə də illər əvvəl bu, çoxlarına əlçatmaz görünürdü:

”Çünki Azərbaycan xalqı 30 ilə yaxın işğalın, məcburi köçkünlüyün, itkilərin və nəticəsiz danışıqların nə demək olduğunu yaşadı.

Bu gün isə tamamilə başqa bir reallıq var. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. İndi isə iki ölkə arasında ticarətdən, tranzitdən, enerji əməkdaşlığından və yeni nəqliyyat yollarından danışılır. Məncə, sülhün ən böyük göstəricisi də elə budur – dünən qarşı-qarşıya dayanan tərəflərin bu gün gələcəyi necə quracaqlarını müzakirə etməsi.

Ölkə Başçısının BMT ilə bağlı söylədikləri də çox ciddi mesajdır. 1993-cü ildə Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı dörd qətnamə qəbul etmişdi. Amma bu qətnamələr təxminən 30 il kağız üzərində qaldı. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü özü bərpa etdi. Burada ortaya çox sadə, amma vacib bir sual çıxır: əgər beynəlxalq hüququn qəbul etdiyi qərarların icra mexanizmi yoxdursa, həmin qərarlar insanlara və dövlətlərə real olaraq nə verir?

Hesab edirəm ki, Prezident İlham Əliyevin çağırışı yalnız Azərbaycanın keçmişdə üzləşdiyi ədalətsizliyə münasibət deyil. Bu, gələcəkdə dünyanın başqa bölgələrində eyni vəziyyətlərin yaşanmaması üçün beynəlxalq institutların daha işlək və məsuliyyətli olması barədə çağırışdır.

Ən önəmlisi isə budur ki, Azərbaycan bu gün qalib dövlət olaraq sülh təklif edir. Gücünü sübut etmiş bir dövlətin sülhü seçməsi zəiflik deyil, əksinə, siyasi iradənin və gələcəyə inamın göstəricisidir.

Bizim üçün sülh sadəcə sənədin imzalanması demək deyil. Sülh sərhədlərin təhlükəsiz olması, yolların açılması, iqtisadi əlaqələrin yaranması, insanların gələcəyə qorxmadan baxması deməkdir. Əgər Cənubi Qafqaz həqiqətən davamlı sülh və əməkdaşlıq məkanına çevrilirsə, düşünürəm ki, bu, Azərbaycan xalqının uzun illər verdiyi mübarizənin ən mühüm tarixi nəticələrindən biri olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Sentyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri