Icma.az
close
up
RU
Ölkə daxilində potensial risklər mövcud deyil

Ölkə daxilində potensial risklər mövcud deyil

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Yanvar ayının 19-da Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər edib. Səfər çərçivəsində yanvar ayının 20-də dövlət başçısı Davosda Avropanın aparıcı televiziya kanalı olan “Euronews” televiziyasına geniş məzmunlu müsahibə verib.

Ölkə başçısı “Euronews” televiziyasına verdiyi  müsahibə təkcə iqtisadi məsələlərə deyil, Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqeyə dair mühüm mesajlarla yadda qaldı. Həmin müsahibə, Azərbaycanın artıq qlobal proseslərdə söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibədə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə toxunaraq, çoxtərəfli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğuladı. Qlobal iqtisadi qeyri-sabitlik, enerji təhlükəsizliyi və iqlim çağırışları fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi çıxış etməsi, ölkənin uzunmüddətli strateji baxışının nəticəsi kimi təqdim olundu.

Müsahibədə hazırda ölkələrin artıq beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq görünmədiyi vəziyyətlə üzləşdikləri qeyd olunub. Bu gün Azərbaycanın atdığı hər bir addım, gördüyü hər bir iş – istər siyasi inkişafı, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğundur. Ölkə başçısının müsahibəsində bildirdiyi kimi: “Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik”. Günümüzün reallığı ondan ibarətdir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır. Buna görə də ölkələrin hər biri mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır.

Prezident İlham Əliyev Azərbaycanın daxili sabitliyini və ardıcıl islahat siyasətini xüsusi qeyd edərək, dayanıqlı inkişafın yalnız iqtisadi göstəricilərlə deyil, siyasi müstəqillik və sosial məsuliyyətlə mümkün olduğunu vurğuladı. Bu yanaşma, qlobal miqyasda artan risklər fonunda Azərbaycanın niyə etibarlı tərəfdaş kimi qəbul edildiyini izah edir. Ölkə daxilində potensial risklərin mövcud olmaması dövlətin daxili təhlükəsizlik siyasətinin uğurla həyata keçirildiyini, ictimai-siyasi sabitliyin yüksək səviyyədə qorunduğunu göstərir. Cəmiyyətdə mövcud olan sosial harmoniya, milli birlik və qarşılıqlı etimad mühiti ölkənin daxili təhlükəsizliyinin əsas sütunlarını təşkil edir. Dövlət idarəçiliyində ardıcıl və məqsədyönlü tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının və müvafiq qurumların koordinasiyalı fəaliyyəti daxili risk amillərinin vaxtında qarşısının alınmasına imkan yaradır.

Xalqın dövlətə olan yüksək inamı və qanunlara hörmətin təmin edilməsi ölkə daxilində daxili təhlükəsizliyin möhkəmlənməsinə, milli maraqların etibarlı qorunmasına, ictimai-siyasi sabitliyin davamlılığına və dövlətin uzunmüddətli strateji hədəflərinin uğurla reallaşdırılmasına əlverişli zəmin yaradır.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri