Icma.az
close
up
RU
Ölkə nəhəngləri məğlub oldu

Ölkə nəhəngləri məğlub oldu

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Startı yanvarın 22-də verilən Argentina çempionatının Apertura (açılış) mərhələsində fevralın 7-10-u aralığında 4-cü tur keçirildi.

"Football-plus.az" xəbər verir ki, 15 oyundan sonra yalnız bir komanda itkisiz irəliləyir.
Ötən ilin dekabrında müəyyənləşən Klausuranın çempionu La Plata “Estudiantes”i Aperturaya yaxşı başlayıb. Eduardo Domingesin komandası hesabat turunda maksimum xal qazandı. “Tələbələr” evdə “Deportivo Riestra”ya minimal hesabla qalib gəlməklə xal ehtiyatını 8-ə çatdırdı. Son çempion bu göstərici ilə A qrupunda topların fərqinə əsasən 3-cü yeri tutur.
Bu qrupda tura hərəyə 7 xal toplamaqla şərikli lider kimi başlayan komandalar fərqli nəticələr göstərdilər. “Lanus” evdə “Talyeres de Kordoba” ilə 1:1 hesabına razılaşdı. “Platense” öz meydanında “İndependyente”yə minimal hesabla uduzdu. “Veles Sarsfild” isə “Boka Xuniors”a üstün gəldi. Paytaxt derbisində bütün qollar fasilədən sonra vuruldu. “Boka Xuniors”un sabiq oyunçusu və baş məşqçisi Gilyermo Barros Skelottonun çalışdırdığı “Veles”in vingeri Pelleqrini üç dəqiqəyə dubl etməklə qonaqların işini çətinə saldı. Klaudio Ubedanın komandasının gücü yalnız son dəqiqələrdə təsəlli qolunu vurmağa çatdı. 2:1 hesabıyla qalib gələn “Veles Sarsfild” A qrupunda vahid liderliyi ələ aldı. “Boka Xuniors” isə 4-cü yerdən 6-ya düşdü.
Aperturanın ilk üç oyununda uduzan yeganə komanda olan “Rasinq” yeni mövsümün birinci mərhələsinə uğursuz start vermişdi. Nəhayət, vitse-çempion hesabına ilk xalları yazdı. Qustavo Kostas ilə gümüş medallara sahib çıxan komanda evdə “Arxentinos Xuniors”a 2:1 hesabıyla qalib gəldi. Bu qələbə avelyanedalıları B qrupunda 15-ci yerdən 13-ə qaldırdı.
Aperturanın ilk üç turunda maksimum nəticə göstərən “İndependyente Rivadaviya” B qrupunun vahid lideri idi. Alfredo Bertinin komandası uğurlu oyunlar seriyasına daha birini əlavə etdi. Rio Kuarto “Estudiantes”ini səfərdə bir qolla, daha dəqiqi, avtoqolla üstələyən “İndependyente Rivadaviya” çempionatın ilk 4 turdan sonra büdrəməyən yeganə iştirakçısı kimi qaldı.
Bu qrupda tura hərəyə 7 xal toplamaqla, uyğun olaraq, 2-3-cü yerləri bölüşməklə başlayan “Tiqre” ilə “River Pleyt” arasındakı matçın nəticəsi maraqla gözlənilirdi. Ölkə nəhəngi evdə oynayacağından 2-ci yerə çıxmaq şansı yüksək dəyərləndirilirdi. Lakin “Tiqre” paytaxt təmsilçisi və “River”in milyonlarla azarkeşinə şok yaşatdı. 4:1 hesabıyla qalib gələn Dieqo Dabovenin komandası 10 xalla mövqeyində qaldı. Marselo Qalyardonun komandası isə darmadağından sonra B qrupunda 4-cü yerə düşdü.
Bu qrupda 3-cü yerə 8 xalla “Belqrano”nun yüksəldiyini də qeyd edək.
qrup mərhələsi, 4-cü tur
Estudiantes LP - Deportivo Riestra 1:0

Karrilyo, 75.
Rasinq - Arxentinos Xuniors 2:1
Koneçni, 20. Solari, 44 – Qodoy, 47.
Lanus - Talyeres de Kordoba 1:1
Akino, 90+3 – Rio, 90+1.
Platense - İndependyente 0:1
Montyel, 64.
Veles Sarsfild - Boka Xuniors 2:1
Pelleqrini, 63; 66 - Sufyaurre, 90.
Atletiko Urakan - San Lorenso 1:0
X.Kaysedo, 50.
Estudiantes RK - İndependyente Rivadaviya 0:1
Antonini, 69-öz qapısına.
River Pleyt - Tiqre 1:4
Rivero, 89 – Serraqo, 6. D.Romero, 16. Russo, 49; 68.
Barrakas Sentral - Ximnasiya LP 2:0
Cappert, 35. İ.Tapya, 61.
Sentral Kordoba - Union 1:0
Santos, 76.
Aldosivi - Rosario Sentral 1:1
Kordero, 87 – Ovando, 4.
Belqrano - Banfild 1:0
Selarayan, 54.
Nyuellz Old Boyz - Defensa y Xustisiya 2:3
Kokkaro, 76. Salomon, 90+7 – Miritelyo, 31; 45+4. Portilyo, 63.
Sarmyento - Atletiko Tukuman 2:1
Marabel, 19. Çurin, 36 – M.Vilya, 71.
Ximnasiya M - İnstituto 1:0
Lensioni, 73.
A qrupu
1. Veles Sarsfild 4 3 1 0 6-3 10
2. Lanus 4 2 2 0 8-6 8
3. Estudiantes LP 4 2 2 0 4-2 8
4. Defensa y Xustisiya 4 2 2 0 4-2 8
5. Platense 4 2 1 1 4-3 7
6. Boka Xuniors 4 2 0 2 5-4 6
7. İndependyente 4 1 3 0 4-3 6
8. San Lorenso 4 2 0 2 4-4 6
9. Ximnasiya M 4 2 0 2 2-5 6
10. Union 4 1 1 2 5-3 4
11. Talyeres de Kordoba 4 1 1 2 5-6 4
12. Sentral Kordoba 4 1 1 2 1-2 4
13. İnstituto 4 0 1 3 3-6 1
14. Deportivo Riestra 4 0 1 3 1-4 1
15. Nyuellz Old Boyz 4 0 1 3 4-8 1
B qrupu
1. İndependyente Rivadaviya 4 4 0 0 7-3 12
2. Tiqre 4 3 1 0 10-3 10
3. Belqrano 4 2 2 0 4-2 8
4. River Pleyt 4 2 1 1 4-4 7
5. Sarmyento 4 2 0 2 4-4 6
6. Ximnasiya LP 4 2 0 2 5-6 6
7. Barrakas Sentral 4 1 2 1 3-2 5
8. Rosario Sentral 4 1 2 1 4-4 5
9. Atletiko Urakan 4 1 2 1 4-4 5
10. Arxentinos Xuniors 4 1 2 1 2-2 5
11. Banfild 4 1 1 2 3-4 4
12. Aldosivi 4 0 3 1 2-4 3
13. Rasinq 4 1 0 3 5-8 3
14. Atletiko Tukuman 4 0 2 2 3-5 2
15. Estudiantes RK 4 0 1 3 1-5 1
Bombardirlər: X.Kaysedo (Atletiko Urakan) - 4, M.Moreno (Lanus), D.Romero, Russo (hər ikisi “Tiqre”) - 3.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Fevral 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri