Icma.az
close
up
RU
194 ölkə arasında ilk 11 likdə: Azərbaycan nəhəngləri ötdü

194 ölkə arasında ilk 11 likdə: Azərbaycan nəhəngləri ötdü

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Azərbaycan BMT-nin 19 noyabr 2026-cı ildə Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə açıqladığı hesabata əsasən rekord irəliləyiş əldə edib. Ölkəmiz nüfuzlu dünya reytinqində 2024-cü ildəki 74-cü yerdən 36 pillə irəliləyərək reytinqin 38-ci mövqeyinə yüksəlib. Azərbaycanın ümumi EHİİ göstəricisi 0,8847 bal təşkil edib və bu da 2024-cü ilin göstəricisi (0,7607) ilə müqayisədə 16,3% artım deməkdir. Beləliklə Azərbaycan “Çox yüksək EHİİ” kateqoriyasında daha üstün rəqəmsal inkişafa nail olub və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin də yer aldığı V3 altqrupuna yüksəlib.

Axar.az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən iki ildən bir hazırlanan EHİİ ölkələrin rəqəmsal hökumət sahəsində inkişaf səviyyəsini Onlayn Xidmətlər İndeksi (OSI), Telekommunikasiya İnfrastrukturu İndeksi (TII) və İnsan Kapitalı İndeksi (HCI) olmaqla üç əsas komponent üzrə qiymətləndirir. 2026-cı il hesabatına rəqəmsal dövlət xidmətlərinin inteqrasiyası, vətəndaşların həyat hadisələrinə uyğun xidmətlər və süni intellekt əsaslı həllər kimi yeni istiqamətlər əlavə edilib.

Belə ki, Azərbaycanın BMT-nin EHİİ 2026 hesabatında hər üç əsas komponent üzrə ardıcıl irəliləyişi qeydə alınıb. Ən böyük yüksəliş Onlayn Xidmətlər İndeksindədir (OSI). Ölkəmiz bu göstərici üzrə 2024-cü ildəki 67-ci yerdən 56 pillə irəliləyərək dünyada 11-ci yerə yüksəlib. Qeyd edək ki, Onlayn Xidmətlər İndeksi dövlət xidmətlərinin rəqəmsal mühitdə inkişaf səviyyəsini qiymətləndirən beş əsas altindeksi — institusional çərçivə, xidmətlərin təqdim edilməsi, məzmunun təqdim edilməsi, texnologiya, eləcə də vətəndaşların iştirakı və cəlb olunmasını özündə ehtiva edir.

Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Böyük Britaniya (12), İslandiya (16), ABŞ (18), Kanada (20), Norveç (22), Avstraliya kimi Avropa və yüksək gəlirli ölkələrin göstəricilərini də üstələyib. İndeksin xidmətlərin təqdim edilməsi altindeksi üzrə ölkəmiz dünyada 10-cu, institusional çərçivə üzrə isə 1-ci yerdədir. Qeyd edək ki, xidmət təqdimatı altindeksində Azərbaycan dünya üzrə EHİİ göstəricisinə görə 8-ci mövqedə olan Estoniya ilə 10-cu yeri bölüşür.

Beləliklə, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində əldə olunan tarixi nəticə ölkədə həyata keçirilən kompleks rəqəmsallaşma tədbirləri fonunda qeydə alınıb. Azərbaycanda rəqəmsal transformasiyanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi, bu sahədə strateji və institusional çərçivənin formalaşdırılması, eləcə də dövlət qurumları arasında koordinasiyalı fəaliyyət rəqəmsal hökumətin inkişafında mühüm rol oynayıb.

Rəqəmsal transformasiyaya sistemli yanaşmanın formalaşmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi ardıcıl diqqət mühüm rol oynayıb. Dövlət başçısının sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi, eyni zamanda Rəqəmsal İnkişaf Konsepsiyası, "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı" da daxil olmaqla strateji sənədlərin, eləcə də vençur maliyyələşdirilməsinin və kraudfandinq mexanizmlərinin inkişafına, İKT şirkətlərinin və startapların fəaliyyətinin stimullaşdırılmasına, güzəştlər paketinin genişləndirilməsinə və texnoparkların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinə yönəlmiş qanunvericilik aktlarının qəbulu həyata keçirilən islahatlara əlavə təkan verib.

Bu addımlar dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını, məlumat infrastrukturunun inkişafını, süni intellekt texnologiyalarının tətbiqini, kibertəhlükəsizliyin təmin edilməsini və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasını əhatə edən daha kompleks yanaşmaya keçidi mümkün edib.

Bu prioritetlərin sistemli şəkildə həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Rəqəmsal transformasiya proseslərinin belə yüksək səviyyədə əlaqələndirilməsi qurumlararası əməkdaşlığın gücləndirilməsinə, qəbul edilən qərarların uzlaşdırılmasına və strateji təşəbbüslərin icrasının sürətləndirilməsinə töhfə verir. Nəticədə rəqəmsal inkişaf getdikcə daha çox konkret nəticələrin əldə edilməsinə, vətəndaşlar və biznes üçün xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş vahid dövlət siyasəti xarakteri alır.

Dövlət qurumlarının birgə fəaliyyəti çərçivəsində xidmətlərin yenidən qurularaq tam rəqəmsal formata keçirilməsi və vahid platforma üzərindən təqdim olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə əsas həllərdən biri olan “mygov” müxtəlif dövlət qurumlarının xidmətlərini vahid rəqəmsal mühitdə birləşdirərək vətəndaşların onlara daha rahat və operativ çıxışını təmin edir. “Bir pəncərə” prinsipinin tətbiqi dövlət xidmətlərinin daha inteqrasiya olunmuş və proaktiv model əsasında inkişafına şərait yaradır. Bununla yanaşı, qurumlararası məlumat mübadiləsinin “digital.bridge” əsasında genişləndirilməsi, həmçinin Rəqəmsal Sənəd Dövriyyəsi ilə “Kağızsız hökumət” prinsiplərinin tətbiqi rəqəmsal hökumət ekosisteminin keyfiyyətcə təkamülündə müstəsna rol oynayıb.

Qeyd edək ki, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən iki ildən bir dərc olunan EHİİ dünya ölkələrinin rəqəmsal hökumət sahəsində inkişaf səviyyəsini qiymətləndirən əsas beynəlxalq meyarlardan biridir. Bu il EHİİ 194 ölkəni onlayn xidmətlərin inkişaf səviyyəsi, telekommunikasiya infrastrukturu və insan kapitalı olmaqla üç əsas komponent üzrə qiymətləndirib. Ölkələr əldə etdikləri ümumi indeks balına əsasən “aşağı”, “orta”, “yüksək” və “çox yüksək” inkişaf kateqoriyalarına bölünür. İndeksin əsas məqsədi ölkələrdə rəqəmsal dövlət idarəçiliyinin inkişaf dinamikasını izləmək, beynəlxalq müqayisələr aparmaq və bu sahədə təkmilləşdirilməli istiqamətləri müəyyənləşdirməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Noyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri