4 ölkə idmançısını məğlub edən Hacı finalda!
Icma.az bildirir, Axar.az portalına istinadən.
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatı sona yaxınlaşır.
Axar.az xəbər verir ki, yeddinci yarış günündə 70, 74, 97 və 125 kiloqramda yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.
Hacı Kərimov (70 kiloqram) debütdə hindistanlı Sumit Baraskara 5:1, daha sonra isə Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabı ilə qalib gəlib. 1/4 finalda ermənistanlı Davit Davtyanı tam üstünlüklə (12:0) xalçadan məyus yola salan Kərimov yarımfinalda misirli Məhəmməd Ahmeddən güclü olub – 9:2. Hacı sabah finalda iranlı Sina Mehdi Xəlili ilə qarşılaşacaq.
İsmayıl Rəhimli (74 kiloqram) təsnifat mərhələsində özbəkistanlı Fərruxbəy Jumanazarova 2:4 hesabı ilə məğlub olub.
Fərhad Süleymanlı (97 kiloqram) macarıstanlı Robert Erdelyini (11:0) vaxtından əvvəl mübarizədən kənarlaşdırsa da, 1/4 finalda belaruslu Azamat Tsarikayevə 8:19 hesabı ilə uduzub.
Yusif Dursunov (125 kiloqram) yaponiyalı Hosey Fucitaya tam üstünlüklə (11:1), hindistanlı Ronak Ronaka isə 3:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında amerikalı Dreshaun Rossa 1:4 hesabı ilə məğlub olan Yusif sabah bürünc medal uğrunda güləşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 22 Avqust 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















