Icma.az
close
up
RU
Ölkədə dərman istehsalı niyə zəifdir? Kadr yoxdur, ona görə qiymətlər artır...

Ölkədə dərman istehsalı niyə zəifdir? Kadr yoxdur, ona görə qiymətlər artır...

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.


Əczaçılıq məhsullarının, o cümlədən dərman istehsalının artırılması üçün son illərdə ciddi cəhdlər olub, iri investisiya layihələri hazırlanıb. Lakin bir neçə ilin geridə qalmasına baxmayaraq bu sahədə istehsalda ciddi artım yoxdur. Ayda 4-5 milyon manatlıq, illik 50-60 milyon manatlıq dərman istehsal edilir. Halbuki bu məhsullara tələb bir neçə yüz milyon manatdır. 

Bu sahədə lazım olan səviyyədə istehsalı təşkil etmək niyə müşkülə çevrilib?

Mövcud sualla bağlı Sfera.az-a açıqlama verən həkim-farmakoloq Müşfiq Hüseynov əczaçılıq sektorunun sənayenin ən vacib və ağır sahələrindən biri olduğunu bildirib.

Onun sözlərinə görə, bu sahə ölkənin strateji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir:

 “Belə ki, dərman vasitələri ilə özünü təmin edə bilməyən ölkələrdə bu sahədə ciddi problemlər müşahidə olunur. Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əsas problemlərdən biri istehsal ənənəsinin olmamasıdır. Qeyd olunur ki, bu ənənə keçmiş SSRİ dövründə əsasən Ukrayna, Belarus və Rusiyada formalaşıb. İttifaq ölkələri arasında əsas əczaçılıq təminatı da məhz bu üç ölkənin payına düşürdü. Azərbaycan ərazisində də müəyyən istehsal müəssisələri mövcud olub. Məsələn, Bakının Keşlə ərazisində yerləşən “Bakı Əczaçılıq Zavodu”nda ammonyak, yod, aspirin, analgin kimi dərmanlar və bəzi sarğı materialları istehsal edilirdi”.


Farmakoloq idxaldan asılılığın strateji təhlükəsizlik üçün ciddi risk oluğunu vurğulayıb.

M.Hüseynov qeyd edib ki, SSRİ dağıldıqdan sonra bu sahə bir müddət özəl biznesin ixtiyarına verildi: 

“Lakin biznesə yanaşmada daha çox qısamüddətli qazanc məqsədi ön planda tutulduğuna görə, ölkə getdikcə dərman idxalından asılı vəziyyətə düşdü. Statistikaya əsasən, 2-3 il əvvələ qədər Azərbaycanda dərman vasitələrinin təxminən 97-98 % xaricdən idxal olunurdu. Bu göstərici dünyada çox az ölkədə müşahidə edilir. 44 günlük Vətən müharibəsi dövründə belə, ölkə vacib strateji məhsullardan biri olan qan əvəzedici dərman vasitələrini xaricdən idxal edirdi. Müharibənin daha uzun davam etməsi halında bu, ciddi problemlərə yol aça bilərdi. Əsas problemlərdən biri də köməkçi istehsal sahələrinin olmamasıdır. Əczaçılıq yalnız əsas istehsaldan ibarət deyil, bu sahə həm də müxtəlif köməkçi vasitələrlə birgə işləyir. Əgər köməkçi vasitələr də xaricdən idxal olunursa, daxildə istehsal olunan məhsulun maya dəyəri yüksək olur və bu onu rəqabətədavamlı etmir. Bu isə həm ixrac imkanlarını məhdudlaşdırır, həm də yerli bazarda qiymət üstünlüyünün əldə edilməsinə mane olur. Azərbaycanın əhalisi 10 milyon nəfərə yaxın olsa da, daxili bazar böyük istehsal müəssisələrinin qurulması üçün yetərli hesab olunmur. Bu səbəbdən də bir çox böyük xarici şirkətlər, məsələn, Türkiyənin “Abdi İbrahim” kimi nəhəng əczaçılıq firmaları Azərbaycanda zavod açmaqda maraqlı olmurlar. Çünki həm bazar kiçikdir, həm də xammal və köməkçi vasitələr xaricdən gətirilməlidir ki, bu da əlavə xərc deməkdir”.

Mütəxəssis bildirib ki, texnologiya var, amma onu işlədə biləcək insan yoxdur. Həkim həmçinin, yüksək texnologiyalı zavodların qurulmasının kifayət olmadığını və kadr potensialı olmadan bu zavodların real effekt verməyəcəyini diqtə edib:

"Hazırda ölkədə bu sahədə işləyə biləcək, istehsal proseslərini bilən və idarəetmə bacarığı olan mütəxəssislər demək olar ki, yoxdur. Yeni zavodların qurulması prosesində də bu amil ciddi çətinlik yaradır. Məsələn, Pirallahıda tikilməkdə olan əczaçılıq zavodu dünya standartlarına uyğun ən müasir texnologiyalarla təchiz olunacaq. Lakin bu avadanlıqlarda işləyə biləcək yerli mütəxəssis bazasının olmaması səbəbindən mütəxəssislərin xaricdən dəvət olunması qaçılmazdır. Bu isə əlavə maliyyə xərclərinə səbəb olur və nəticədə məhsulun maya dəyərini daha da artırır. Dövlət azad iqtisadi zonalarda investorlar üçün bir sıra güzəştlər tətbiq edib. Belə ki, avadanlıq və texnika gömrük rüsumundan azad olunur, vergilər aşağı salınır, daxili bazara satışda yalnız ƏDV tətbiq olunur. Lakin bütün bu imkanlara baxmayaraq, investorların əczaçılıq sektoruna marağı yetərincə deyil. Bunun əsas səbəbləri kimi yüksək xərclər, istehsal ənənəsinin olmaması və mütəxəssis çatışmazlığı göstərilir. İlkin mərhələdə köməkçi təsərrüfatların yaradılması vacibdir.

Əgər istifadə olunan xammal və materiallar ölkə daxilində istehsal olunmasa, yerli istehsalın dünya bazarında rəqabətə davam gətirməsi mümkün deyil. Nəticə olaraq, əgər Azərbaycanda əczaçılıq sektorunun inkişafı hədəflənirsə, bu sahəyə kompleks şəkildə həm istehsal, həm də təchizat zənciri baxımından yanaşmaq vacibdir. Əczaçılıq sektorunun inkişafı üçün yeganə çıxış yolu dövlətin birbaşa müdaxiləsidir. Hazırkı şəraitdə dövlət bu sahəni öz nəzarətinə götürməli, dəstək təsərrüfatları yaratmalı, dövlətə məxsus böyük bir əczaçılıq zavodu qurmalı və əsas təminat məhsullarının istehsalını orada həyata keçirməlidir. Dövlət bu istiqamətdə ilk addımı atmalıdır. Bundan sonra özəl sektoru bu sahəyə cəlb etmək mümkündür”.

Fidan Hacızadə
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Mart 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri