Icma.az
close
up
RU
Azərbaycanda tərəvəz istehsalı artır: Qiymətlər niyə ucuzlaşmır?

Azərbaycanda tərəvəz istehsalı artır: Qiymətlər niyə ucuzlaşmır?

Icma.az, Operativmedia portalına istinadən məlumat yayır.

2024-cü ildə respublikada tərəvəz məhsullarının istehsalında artım qeydə alınıb. 
Kənd Təsərrüfatı Nazirliyindən məlumata görə, yanvar-oktyabr ayları ərzində təsərrüfatlarda 1,785.6 min ton tərəvəz istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% çoxdur.
 

Bildirilib ki, məhsul istehsalının artması ölkədən tərəvəz ixracının həcminin də artmasına müsbət təsir göstərib. 2024-cü ilin 10 ayı ərzində Azərbaycandan xarici bazarlara 175,2 milyon dollar dəyərində tərəvəz ixrac olunub. Yanvar-oktyabr aylarında xarici bazarlara ixracatın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çox olub. Ölkəmizdən xarici bazarlara əsasən, kartof, pomidor və digər tərəvəz məhsulları ixrac olunur.

Kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində ən gəlirli sahə tərəvəzçilikdir: "Bu sahə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Tərəvəzçilik sahəsi, xüsusilə də pomidor istehsalı, Azərbaycanın kənd təsərrüfatı sektorunun əsas dayaqlarından biridir. Bu sahə yalnız daxili bazar üçün deyil, həm də xarici bazarlar üçün məhsul istehsalı ilə ölkəmizə əhəmiyyətl ixrac gəliri qazandırır.

Açıq sahələrdə tərəvəz istehsalının riskləri yüksəkdir. Xüsusilə hava şəraiti, torpaq keyfiyyəti və digər təbii faktorlar məhsulun keyfiyyətinə və miqdarına təsir edə bilər. Bu səbəbdən, fermerlər riskləri azaltmaq və məhsuldarlığı artırmaq üçün örtülü sahələrə, yəni istixanalara üstünlük verməyə başlayıblar. Örtülü sahələrdə əkin sahələri daha stabil və nəzarət altındadır, Bu da məhsulun keyfiyyətini və miqdarını artırır. Beləliklə, istixana əkinçiliyi ilə daha yüksək məhsuldarlıq əldə olunur və fermerlər daha çox məhsul istehsal edə bilirlər.

Azərbaycanın kənd təsərrüfatı sektorunda tərəvəz sahəsinin inkişafı, ölkənin ərzaq təhlükəsizliyinə də mühüm töhfələr verir. Tərəvəz istehsalının artırılması, həm də daxili bazarın tələbatını qarşılayaraq, ölkədəki ərzaq istehsalının artmasına səbəb olur.
Respublikada kənd təsərrüfatı məhsullarının istehsalı ilə özünü təmin etmək səviyyəsinə görə, tərəvəzçilik sahəsi xüsusi önəm daşıyır. Bu sahəyə qoyulan investisiyalar digər sahələrə nisbətən daha sürətlə nəticə verir və fermerlər daha qısa müddətdə gəlir əldə edə bilirlər".

Hazırda mağazalarda tərəvəzlərin qiymətləri aşağıdakı kimdir:

1

kartof

0.90 - 2.00 AZN

2

soğan  

0.75 - 1.00 AZN

3

pomidor

2.50 - 4.00 AZN

4

badımcan

2.00 – 3.29 AZN

5

xiyar

1.00 - 3.00 AZN

6

bibər

2.00 – 7.00AZN

7

kələm

0.65 -1.00 AZN

8

kök

0.89 - 1.00 AZN

9

çuğundur

0.89 - 1.00 AZN

"Tərəvəzçilik sahəsinin xüsusiyyətlərindən biri də məhsuldarlığın və rentabelliyin yüksək olmasıdır. Tərəvəzlər, xüsusilə pomidor, tez yetişən və bazara sürətlə çatdırılan məhsullar olduğundan, məhsulun bazara tez çıxarılması böyük əhəmiyyət kəsb edir. Bu isə tələbin qarşılanmasına və məhsulun daha yüksək qiymətə satılmasına imkan verir. Beləliklə, tərəvəz sahəsinin yüksək rentabelliyi, fermerlərin qazancını artırır və iqtisadi baxımdan bu sahəni daha cəlbedici edir", - ekspert qeyd edib.

Allahverdi Mustafayev ölkəmizdən xaricə ixrac olunan pomidorun qiymətinə də toxunub:

“Azərbaycanın kənd təsərrüfatında əsas rolu pomidor təşkil edir. Həm daxili, həm də xarici bazarlarda Azərbaycan pomidoruna yetərincə təlabat var.

Son illərdə, xüsusilə 2024-cü ildə, açıq sahələrdən yığılan pomidor məhsulunun qiyməti əvvəlki illərə nisbətən daha yüksək olub. Bu, əsasən pomidor məhsulunun keyfiyyətinin artması və tələbin yüksəlməsi ilə əlaqəlidir. "Pomidor sezonu" adlanan dövr ərzində, məhsulun qiymətinin aşağı düşmədi. Bunun səbəbi isə ixracla bağlıdır.

İqtisadçı Emin Qəribli bildirib ki, ölkəmiz hər il Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edir: "Quba, Qusar və Şəmkir kimi rayonlarda istehsal olunan məhsullar daha çox Rusiya bazarına göndərilir. Bu məhsulların bizim daxili bazarımıza heç bir təsiri olmur. Bunun üçün Xaçmazda xüsusi baza yaradılıb. Həmçinin, daxili bazar üçün işləyən fermerlər də mövcuddur. Daxili bazarda qiymət aşağı düşəndə məhsul xaricə ixrac olunur. Ölkəmizdə keçən il kifayət qədər qiymət artımı olub. Yüksək qiymət artımı gözlənilmir. Ölkədə kənd təsərrüfatı mallarının ixracatının artması daxili bazarla heç bir əlaqəsi yoxdur".

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, hazırda bazarda olan meyvə-tərəvəzin qiymətlərində azalma müşahidə olunmayacaq:

"Qiymətlərdə enmə yalnız çoxlu məhsul olduğu zaman baş verir. Bu halda, məhsulu sata bilməyən fermer məcbur olub qiyməti aşağı salır. Qalan hallarda məhsulun qiymətinin aşağı düşməsi mümkün deyil. Yanvar-oktyabr aylarında xarici bazarlara ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artıb. Lakin 1,2 faiz artım çox böyük bir rəqəm deyil. Bir məhsulun 6-7 qəpik artması büdcəyə o qədər də təsir göstərmir. Artan istehsal məhsulları hazırda daha çox xarici bazarlara göndərilir".

Bu ilin 8 ayında idxal və ixrac olunmuş meyvə-tərəvəzin statistikası:  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 25 Noyabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri