Icma.az
close
up
RU
Ölkədə elektrik enerjisi ilə bağlı real durum necədir?

Ölkədə elektrik enerjisi ilə bağlı real durum necədir?

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bu gün ölkədə elektrik enerjisi ilə bağlı real durum necədir?
Bu sualı “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı gündəmə gətirdi. Çünki belə hadisələr hər ay və ya hər il olmur. Zaman və əmək və pul (investisiya) lazımdır.
Oxşar hadisə 2023-cü ildə Qaradağda Günəş Elektrik Stnsiyasının açılışı ilə baş vermişdir. 230 MVt gücündə Qaradağ GES sənaye miqyaslı günəş layihəsi kimi region üçün böyük ölçü idi və hər il 500 mln. kVt saat istehsal, 110 mln. kubmetr qaz qənaəti, 200 min ton emissiya azalması kimi nəticələr verdi. Bu gün “Xızı-Abşeron” kimi yeni külək güclərinin gəlməsi, əslində, ayrı ayrı hadisələrdən çox, ardıcıl qurulan bir sistemin göstəricisidir.
3 ay əvvəl, daha dəqiqi oktyabrda energetika naziri hörmətli Pərviz müəllimin bir geniş məqaləsi yayımlanmışdır. Orda verilən rəqəmlər ən son geniş statistikadır. Orda göstərilmişdir ki, həmin dövr üçün ölkənin elektrik enerjisi istehsalı gücü 9732,5 MVt səviyyəsinə çatıb. Ötən illə müqayisədə artım 1317 MVt, yəni 15,6 faizdir.
Digər vacib məqam odur ki, artım tək generasiya ilə məhdudlaşmır, şəbəkə imkanları da genişlənir və sistemin gücü 29 714 MVA səviyyəsinə yüksəlib. Yəni yeni güclər yaranır, o gücləri qəbul edən, daşıyan, balanslayan infrastruktur da addım addım böyüyür.
Hazırda istehsal strukturunda isə 81,2 % payla istilik stansiyaları şəriksiz liderdir. Belə ki, istilik stansiyaları 7903 MVt, su elektrik stansiyaları 1443,5 MVt, günəş stansiyaları 278,2 MVt, külək stansiyaları 63,5 MVt, bərk məişət tullantıları üzrə 37 MVt, hibrid stansiyalar üzrə 7,3 MVt gücə malikdir.
Su elektrik stansiyaları daxil olmqla bərpa olunan mənbələr üzrə güc isə ümumi 1829,6 MVt səviyyəsindədir və ümumi gücdə təxminən 18,8 % pay deməkdir. Bu payın yaxın illərdə sürətlə böyüməsi planlaşdırılır və 2027-ci ilə qədər bərpa olunan enerjinin quraşdırılmış gücdə payının 33,7 %-ə çatdırılması hədəfi qoyulub.
Hazırda davam edən müzakirələr, mövcud müqavilələr isə onu deməyə əsas verir ki, bu istiqamətdəki hədəfin arxasında çox konkret iqtisadi məntiq dayanır. Və bu məntiqlə illik 5 mlrd. kVt saat əlavə yaşıl enerji, 1 mlrd m3-dan artıq qaz qənaəti, 2,3 mln. tona qədər emissiya azalması gözləyirik.
Digər bir məsələ isə elektrik enerjisi real istehsal həcmi və ixracı ilə bağlıdır. Burda da rəqəmlər pis deyil. Real artım qənaətbəxş hesab edilə bilər. Belə ki, 2024-cü ildə 28,4 mlrd. kVt saat elektrik enerjisi istehsal olunub, 24,1 milyardı daxili tələbatı ödəyib, 1,4 milyardı ixraca yönəlib, idxal isə 70,7 mln. kVt saat olub. Bu ilin ilk 9 ayında isə istehsal 21,8 mlrd. kVt saat, ixrac 989,6 mln., idxal 145 mln. kVt saat olub. Deməli, 2025-ci ilin sonunda da açıqlanan rəqəmlərdə elektrik enerjisi yenə də qeyri neft ixracı üçün də real məhsul olacaq. Elə illər olub ki, elektrik enerjisinin ixracı qeyri-neft ixracında zirvəyə qalxıb. Bu da enerji sektorunun iqtisadiyyatda çəkisini artırır.
Əlqərəz, bir ərəb dövlətinin (BƏƏ, Masdar) Qaradağda, digər ərəb dövlətinin (SƏ, ACWA Power) Xızıda enerji layihələrinə sərmayə yatırması bu ölkənin enerji sektorunda investisioya mühitinə dair ciddi siqnaldır. Və bu siqnal başqa investorlar üçün də açıq “kitab”dır.
Yəqin bir müddət sonra BP-nin də bu istiqamətdə real işinin nəticəsi enerji sektoru üzrə investisiya mühitinə dair real müsbət əsas yaradacaq.
Eldəniz Əmirov, iqtisadçı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Yanvar 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri