Icma.az
close
up
RU
Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxartdılar

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxartdılar

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Aralarından vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin qaçaqmalçılıq və digər ağır cinayətləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Lent.az xəbər ki, cinayət işi ilə bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, qaçaqmalçılıq cinayətləri törətmiş ayrı-ayrı şəxslərin və həmin cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsi tərəfindən aşkar edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla mütəşəkkil dəstənin üzvləri olan Azərbaycan vətəndaşları - “Karvan 313” və “Tvins” məhdud məsuliyyətli cəmiyyətlərinin faktiki rəhbərləri Telman İbrahimov və Arif Rzayev, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov, həmçinin Şahin Soltanov, sürücü Rövşən İbrahimov, Türkiyə Respublikasının vətəndaşı Şener Bilgi və qeyrilərinin 2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirilən, habelə ixrac olunması nəzərdə tutulan ümumilikdə 17 milyon manatdan artıq məbləğdə müxtəlif növ aksiz markası ilə markalanmalı olan məhsulları gömrük sənədlərinə əsasən bəyan edib təyinatı üzrə başqa ölkəyə aparmalı olduqları halda, marşrutdan kənara çıxararaq mis və digər qiymətli metal yükləri ilə əvəzlədikdən sonra qaçaqmalçılıq yolu ilə Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, qeyd edilən qanunsuz əməllərin törədilməsinə şərait yaradılması müqabilində Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov və Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədovun həmin şəxslərdən müxtəlif üsullarla rüşvət almalarına, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanov və həmin idarənin Qırmızı-Körpü gömrük postunun sabiq rəisi Vasif Abıyevin isə xidməti işi düzgün təşkil etməməklə belə halların baş verməsinə laqeyd münasibət göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elmir Məmmədov, Turab Nəsirov, Vasif Abıyev və Elçin Şabanova Cinayət Məcəlləsinin müvafiq olaraq 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2-ci (qanunsuz hərəkətlərə görə rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq), Telman İbrahimov, Arif Rzayev, Təvəkgül Bayramov, Şahin Soltanov və Rövşən İbrahimova isə müvafiq olaraq həmin Məcəllənin 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3, 213-1.4-cü (aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı) və digər maddələri ilə yekun ittiham elan edilib.

Təqsirləndirilən şəxslərdən Turab Nəsirov, Elmir Məmmədov, Telman İbrahimov, Arif Rzayev, Rövşən İbrahimov, Təvəkgül Bayramov və Şahin Soltanov barələrində məhkəmənin qərarı əsasında həbs, Vasif Abıyev və Elçin Şabanov barəsində isə polisin nəzarəti altına vermə (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbiri seçilib, Şener Bilgi barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Bundan başqa, “Karvan 313” və “Tvins” MMC-lər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Noyabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri