Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynanın sərhəd buraxılış məntəqələrindən birində kifayət qədər qeyri-adi sərhədi keçmə cəhdi üzə çıxıb.
Sərhədçilər gözə çarpan yaş fərqinə baxmayaraq, özlərini sevgili cütlük kimi təqdim edən 29 yaşlı kişi və 47 yaşlı qadını saxlayıblar.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Ukrayna Dövlət Sərhəd Xidmətinin (DSX) zabitləri münasibətləri ilə bağlı daha ətraflı suallar verməyə başlayanda “romantik” hekayə sürətlə dağılıb.
“Sevgililər” cavablarında çaş-baş qalıb və sonradan məlum olub ki, “gəlin” əslində kişinin keçmiş qayınanası olub.
Məlum olub ki, bu nikah yalnız çağırış yaşında olan kişilərin ölkədən çıxışına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün bağlanıb. İndi “gənclər” sərhədi qanunsuz keçməyə cəhd və uydurma nikahdan istifadə etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Baxış sayı:108
Bu xəbər 13 İyul 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















