Qürurla yad edirik
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun doğum günüdür
Payızın hüzünlü və eyni zamanda qürurlu gəlişi ilə başlayıb sona çatan oktyabr ayı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə, həmçinin göz yaşları və qürurla yazılmış aydır.
44 günlük Vətən müharibəsinin ən qaynar döyüşlərinin, strateji rayonlarımızın (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Şuşa istiqamətlərinin) azad olunması məhz bu aya təsadüf edir.
Vətən müharibəsi başlanan ilk gün — 27 sentyabr 2020-ci il tarixində kapitan Ceyhun Həsənov ön cəbhədə düşmənin müqavimətini qırmaq, torpaqlarımızı azad etmək üçün qəhrəmancasına döyüşlərə qatılıb. Odur ki, Azərbaycan xalqının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən igidlərimizin həyatı, döyüş yolu və əziz xatirəsi hər zaman ehtiramla yad edilir.
Azərbaycan Ordusunun zabiti, Vətən Müharibəsi Qəhrəmanı kapitan Ceyhun Aydın oğlu Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 1992–2001-ci illərdə Xətai rayonunda Ə. Abbasov adına 257 nömrəli tam orta məкtəbdə, 2001–2003-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alıb. 2008-2009-cu illərdə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində təhsil alıb.
Ceyhun Həsənov 2009–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində, 2019-cu ildən isə o, Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun müharibənin ilk günün də Füzuli döyüşləri zamanı şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ceyhun Həsənova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Ceyhun Həsənov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid Kapitan Ceyhun Həsənovun şəxsi əşyaları ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna, Zəfər Muzeyinə, İstiqlal muzeyinə və Müdafiə Nazirliyinin muzeyinə təhvil verilib.
Bakı şəhəri Xətai rayonunda yerləşən 48 saylı tam orta məktəbə Ceyhun Həsənovun adı verilib.
Xətai rayonunda yerləşən Sadıqcan küçəsinin adı dəyişdirilərək Ceyhun Həsənovun adı verilib. Xətai rayonunda Gəncə prospekti 50 də yaşadığı binanın qarşısında Ceyhun Həsənovun güşəsi yaradılmışdır.
Doğum günündə Vətən Müharibəsi Qəhrəmanı kapitan Ceyhun Həsənovun əziz xatirəsini dərin hüzn, minnətdarlıq və qürurla yad edirik. Ruhun şad olsun, Qəhrəman!
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 29 Oktyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















