Icma.az
close
up
RU
Ölkəmiz fəal iş aparır...

Ölkəmiz fəal iş aparır...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtkin düşmüş vətəndaşların taleyi ilə bağlı çoxşaxəli addımlar atılır

Birinci Qarabağ müharibəsində itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşlarımızın əksəriyyətinin taleyi hələ də müəmmalı olaraq qalmaqdadır. Vətən müharibəsindəki qələbəmiz bu istiqamətdə də mühüm addımların atılmasına imkan yaradıb. Yeri gəlmişkən, Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib. KİV-in yaydığı məlumata görə, görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər. Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayaraq itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər.

Beynəlxalq səviyyədə...

Vurğulamaq lazımdır ki, ölkəmizin 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması həm də minlərlə insanın itkin düşməsi ilə nəticələnib. Azərbaycan hökuməti itkin düşmüş şəxslərlə bağlı konkret fəaliyyət planları həyata keçirmək və bu sahədə beynəlxalq hüquqi mexanizmlərə müraciət etməkdə fəallıq göstərir. Rəsmi qurumları tərəfindən Ermənistanın işğalı nəticəsində 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 nəfərin itkin düşməsi qeydə alınıb. Həmin şəxslərin əksəriyyəti hərbi əsirlər və mülki şəxslərdir. Bu problemin həlli, itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası üçün ölkəmiz Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK), BMT və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Paralel olaraq, Azərbaycan bir çox beynəlxalq platformada bu məsələ ilə abğlı iş aparır - məsələn, ötən ilin noyabrında BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb.

Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamə mətninin Komitədə təqdimatı zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Nərmin Ahəngari çıxışında “İtkin düşmüş şəxslər” adlı qətnamənin ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə qəbul edildiyini və qətnamənin hər iki ildən bir irəli sürüldüyünü xatırladıb. Ahəngari qətnamənin əsas məqsədinin silahlı münaqişələrin humanitar faciələrindən biri olan itkin düşmə hallarının qabaqlanması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət və riayətin vacibliyinə diqqətin cəlb edilməsi olduğunu vurğulayıb. Diplomat mətndə əks olunmuş yeni bəndlər barədə üzv dövlətlərin nümayəndələrinə ətraflı məlumat verib. Ahəngari qeyd edib ki, bu ilki qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb. O qeyd edib ki, mətndə əlaqədar dövlətlərin insan qalıqlarının təhlükəsiz axtarışı üçün əməkdaşlıq etmək çağırışları öz əksini tapıb. Qətnamədə, eyni zamanda, BMT Baş katibindən Baş Assambleyanın 81-ci sessiyasına (2026-cı il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunub.

Aşkar edilmiş kütləvi məzarlıqlar...

2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə bu istiqamətdə də işlərin daha da sürətləndirilməsi, itkin düşən şəxslərin taleyinə aydınlıqların gətirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan zəfər nəticəsində adı itkin siyahılarında olan, taleyindən xəbərsiz olduğumuz vətəndaşlarla bağlı informasiyaların əldə olunmasına yaxından vəsilə oldu - xüsusilə, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi illərlə itkin statusu daşımış şəxslərin taleyi ilə bağlı qaranlıqları işığa çıxardı. Azərbaycan dövləti bu məzarlıqların tədqiqi və DNT analizi vasitəsilə itkinlərin müəyyənləşdirilməsi üçün yüksək texnologiyalardan istifadə edir. Vurğulanmalıdır ki, 2021-ci ilin fevral ayından etibarən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı tədqiqatlar və qazıntılar nəticəsində indiyədək 25 kütləvi məzarlıq aşkar edilib.  Bu məzarlıqlardan Birinci Qarabağ müharibəsində itkin düşmüş 187 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları ekskumasiya olunub.  Aparılan molekulyar-genetik ekspertizalar nəticəsində bu şəxslərdən 59-nun şəxsiyyəti müəyyənləşdirilərək ailələrinə təhvil verilib. Əlavə olaraq, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və bərpa işləri zamanı kütləvi məzarlıqlardan kənarda, tək-tək basdırılmış 107 nəfərə aid meyit qalıqları da aşkar olunub.

Bu tapıntılar, Ermənistanın işğalı dövründə törədilmiş mümkün müharibə cinayətlərinin və insan hüquqları pozuntularının araşdırılması baxımından əhəmiyyətli sübutlar kimi qiymətləndirilir.

2025-ci ilin aprel ayında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iki yeni kütləvi məzarlıq aşkar edilib.  Bunlardan biri Şuşa şəhəri yaxınlığında, Şuşa-Xankəndi və Şuşa-Laçın yollarının birləşdiyi ərazidə yerləşir və burada azı 5 nəfərə aid insan qalıqları tapılıb.  Digər məzarlıq isə Xocalı rayonunun Əsgəran-Xocalı yolu üzərində yerləşir və burada azı 7 nəfərə aid insan qalıqları aşkar olunub.  Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bununla bağlı açıqlamasında  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov bildirmişdi ki,  burada mülki şəxslər bilərəkdən qətlə yetirilib və kütləvi şəkildə basdırılıblar: “Beynəlxalq humanitar hüquq normalarına, Azərbaycanın da, Ermənistanın da qoşulduğu Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki insanların girov götürülməsi, ümumiyyətlə, qadağandır. Bu fakt isə göstərir ki, insanlar nəinki girov götürülüb, hətta beynəlxalq humanitar hüquq  normalarına zidd olaraq  işgəncələrlə qətlə yetirilib və burada kütləvi şəkildə basdırılıblar”.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 İyun 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri