Icma.az
close
up
RU
Narkomaniya: bəşəri problemlə ölkəmiz necə mübarizə aparır?

Narkomaniya: bəşəri problemlə ölkəmiz necə mübarizə aparır?

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Narkomaniya cəmiyyətin sağlamlığını təhdid edən və geniş sosial, iqtisadi və hüquqi problemlərə yol açan ciddi bir məsələdir.

Azərbaycan da digər ölkələr kimi narkomaniya ilə mübarizə sahəsində müəyyən tədbirlər görülür. 

Bu mübarizənin daha da effektiv olması hansı addımlıar atılmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədlinin sözlərinə görə, Azərbaycan narkotiklərin qanunsuz dövriyyəsi və istifadəsi ilə mübarizədə müəyyən qanunvericilik islahatları həyata keçirir:

"Cinayət Məcəlləsində narkotik maddələrin istifadəsi və ticarətinə görə sərt cəzalar müəyyənləşdirilib. Lakin qanunların icrası və effektivliyi məsələsində bəzi boşluqlar mövcuddur.Narkomaniya ilə mübarizəni daha da gücləndirmək üçün narkotiklərlə bağlı cinayətlərin cəza müddətlərinin artırılması, narkotiklərin istifadəçilərinə qarşı sosial reabilitasiya proqramlarının təkid edilməsi və bu istiqamətdə hüquqi tələblərin dəqiqləşdirilməsi vacibdir. O cümlədən, beynəlxalq narkotik ticarəti ilə əlaqəli şəbəkələrin zərərsizləşdirilməsi və cinayətkar qrupların hüquqi cəhətdən təqib edilməsi məsələsi təmin edilməlidir".

Ayxan Məmmədli: Azərbaycan polisi bu istiqamətdə böyük işlər görüb

Ayxan Məmmədli bildirib ki, narkomaniya ilə mübarizənin ən təsirli yollarından biri təhsil və maarifləndirmədir. Gənclər arasında narkotik maddələrin istifadəsinin qarşısını almaq üçün məktəblərdə və digər təhsil müəssisələrində bu barədə maarifləndirmə işlərinin aparılması vacibdir:

"Narkotiklərin zərərləri və bu maddələrin insan orqanizmasına təsiri haqqında geniş təbliğat işlər aparılmalı, məktəblərdə və universitetlərdə seminarlar, tədbirlərin təşkil edilməsi ilə bağlı planlara daha çox güc verilməlidiir. Bundan əlavə, dövlət televiziyalarında, radiolarda və digər media platformalarında narkomaniya ilə mübarizəyə dair maarifləndirici proqramların yayılması xüsusilə zəruridir.  Narkotik maddə istifadəsi ilə mübarizə yalnız hüquqi cəza tədbirləri ilə bitmir, həm də istifadəçilərin sosial reabilitasiyası və müalicəsi çox vacibdir. Azərbaycanın narkotik istifadəçilərinə yönəlmiş reabilitasiya sistemini daha da inkişaf etdirməsi lazımdır".

Onun sözlərinə görə, gənc narkotik istifadəçiləri üçün qismən özəl reabilitasiya mərkəzləri yaradılmalı, bu mərkəzlərdə psixoloji dəstək, sosial işçilərin və terapevtlərin xidmətləri təmin edilməlidir. Həmçinin, psixoterapevtik müalicə və detoks proqramları, eləcə də qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq şəraitində bu xidmətlərin əlçatan olması vacibdir. Narkomaniya ilə mübarizənin yalnız fərdiyyətçi yanaşma ilə deyil, ailə və yaxın mühitin dəstəyilə həyata keçirilməsi daha effektiv ola bilər. Bu baxımdan ailələrə də məlumatlandırma və dəstək proqramları təqdim edilməlidir.

Hüquq mühafizə orqanlarının rolundan söz açan hüquqşünas qeyd edib ki, onların tədbirlərinin rolu böyükdür:

"Azərbaycan polisi bu istiqamətdə böyük işlər görüb. Lakin hər bir halda narkotiklərin dövriyyəsi ilə bağlı məlumatların toplanması və təhlili daha da gücləndirilməlidir. Narkotiklərlə mübarizə məqsədilə xüsusi polis bölmələrinin fəaliyyəti və onların əməkdaşlarının daima təlimlərə cəlb edilməsi önəm kəsb edir. Narkotik ticarəti ilə bağlı beynəlxalq səviyyədə əməkdaşlıq, sərhədlərarası fəaliyyətin gücləndirilməsi və digər ölkələrlə məlumat mübadiləsinin artırılması vacibdir. Bu sahədə qeyri-hökumət təşkilatlarının da rolu əvəzsizdir. Bu təşkilatlar narkomaniya ilə mübarizə sahəsində təbliğat, reabilitasiya, sosial və hüquqi xidmətlər göstərərək vacib rol oynayırlar".

Son olaraq A.Məmmədli vurğulayıb ki, bütün narkotik maddələrin tərkibi üzərində daha ciddi nəzarət həyata keçirilməli, yeni növ narkotiklərin qanunsuz yayılması və istifadəsinin qarşısı alınmalıdır. Narkotik maddələrin izlənməsi və tədqiqatlarının beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı xüsusi tədbirlər həyata keçirilməlidir:

"Azərbaycan narkomaniya ilə mübarizədə bir çox addımlar atıb, lakin bu mübarizənin daha effektiv olabilməsi üçün hüquqi, sosial, səhiyyə və ictimai sahələrdə kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. Narkomaniya yalnız dövlətin deyil, həm də hər bir fərdin məsuliyyət daşıdığı bir problem olaraq qalır. Cəmiyyətin bu mövzuda birgə fəaliyyət göstərməsi və dövlətin müxtəlif sahələrdəki siyasətini dəstəkləməsi narkomaniya ilə mübarizənin uğurlu nəticələr verməsinə səbəb olacaqdır".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see253

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see241

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see237

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see237

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see233

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see233

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see232

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see232

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see212

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see211

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see210

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see208

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see202

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see201

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see198

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see196

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see189

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see180

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see177

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri