Icma.az
close
up
RU
Ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlər inkişaf etməkdədir TƏHLİL

Ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlər inkişaf etməkdədir TƏHLİL

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Dünyada diskriminasiyanın, milli və dini qarşıdurmaların, ədavətin artmaqda və qlobal problemə çevrilməkdə olması nəticəsində insanlar arasında fərqli etiqadlara, adət-ənənələrə dözümsüzlük kimi xoşagəlməz təzahürlərin ortaya çıxması fonunda, multikulturallığa xüsusi önəm verildiyi üçün Azərbaycanda bütün bunların əksinə olaraq, tolerantlıq yaşamaqda və inkişaf etməkdədir. Milli və dini müxtəliflik tarix boyu ölkəmizdə insanlar arasında fərq yaradan amil hesab edilməyib və indi də belədir. Hər zaman olduğu kimi, bu gün də Azərbaycanda bütün dini inanclara, adət-ənənələrə hörmətlə yanaşılır, fərqli dini mənsubiyyətli insanlara heç bir dözümsüzlük yoxdur və hətta ölkəmizdə yaşayan digər etnik qruplara məxsus olan tarixi, dini, eləcə də, mədəni abidələrə hörmətlə, qayğı və diqqətlə yanaşılır. Məhz bu baxımdan da ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlər daim inkişaf etməkdədir.

Etiraf edilməlidir ki, Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin dini və milli tolerantlığı özündə əks etdirən siyasi kursu ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hətta inkişaf etdirildiyinin də şahidiyik. Xüsusən də onun şahidiyik ki, əhalisinin böyük bir qisminin müsəlmanlar olması fonunda məhz Azərbaycanda İslam mədəniyyətinə məxsus olan abidələr, eləcə də maddi-mədəniyyət nümunələri ilə yanaşı, digər dinlərə məxsus abidələr də dövlətin diqqət və qayğısı ilə əhatə olunub və qorunmaqdadır. Bütün dinlərə məxsus insanlara və milli etnik fərqliliyi olan xalqlara öz bayramlarını, hətta dini rituallarını belə keçirmək üçün şərait yaradılıb və bu baxımdan da cəsarətlə deyə bilərik ki, dini və milli tolerantlıq, millətlərarası münasibətləri inkişaf etməkdə olan Azətbaycan bütün dünya ölkələri üçün tolerantlıq nümunəsi sayılır.

Həyatın bütün sahələrində rasional və praqmatik islahatlar ölkəmizdə həyata keçirilir və Azərbaycan həm də sivilizasiyalararası münasibətlərin tənzimlənməsində belə mühüm rol oynayır. Bütün dünya ictimaiyyəti üçün sirr deyil ki, ölkəmizdə multikultural cəmiyyət var. Xüsusilə qeyd etmək lazımdır ki, belə bir cəmiyyətin formalaşdırılması heç də kənardan göründüyü qədər sadə, bəsit bir məsələ deyil. Belə bir cəmiyyətin, belə bir mühitin formalaşması üçün əsrlərlə vaxt tələb olunur. Ona görə də cəsarətlə deyə bilərik ki, məhz dini və milli tolerantlıq, eləcə də millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində çox böyük, həm də məqsədyönlü işlər görülüb.

Dözümlülük, eləcə də başqalarına məxsus dəyərlərə hörmətlə yanaşılması hər zaman müsbət amil kimi dəyərləndirilib. Məhz ölkəmizdə müşahidə olunan multikultural dəyərlərə hörmətin də əsasında bu məqamın dayandığını nəzərdən qaçırmaq olmaz. Elə məhz nəzərdən qaçırılmadığına görə də dini tolerantlığın və millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində Azərbaycanda mühüm, vacib addımlar atılır. Ölkəmizdə dini etiqad seçiminə hörmətlə yanaşılır. Eyni zamanda dini etiqad azadlığı beynəlxalq hüquq normaları ilə qorunur. Respublikamızda fəaliyyət göstərən hər bir dini icmaya sərbəst şəkildə, maneəsiz fəaliyyət göstərmək üçün şərait də yaradılıb. Müxtəlif dinlərin nümayəndələrinə olan diqqət və qayğı Azərbaycan hökumətinin məhz din siyasətində prioritet sayılır. Təsadüfi deyil ki, ölkəmizdə məhz bu siyasət sayəsində dövlətimiz dini icmalara xüsusi həssaslıqla yanaşır, hər il dövlət büdcəsindən onlara yardımlar ayrılır, dini bayram və mərasimlər hətta dövlət səviyyəsində belə qeyd edilir.

Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda dövlət müstəqilliyindən əvvəl cəmi 18 məscid mövcud idi, amma indi məscidlərin sayı 2250-dən çoxdur. Eyni zamanda, hazırda ölkəmizdə 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından bu müddət ərzində keçən dini qurumların sayı minə yaxındır. Xüsusilə nəzərə çatdıraq ki, Azərbaycanda dini dözümlülük ənənələrinin daha da möhkəmləndirilməsi, milli və dini azlıqlara dövlət qayğısının artırılması məqsədi ilə ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb və fəaliyyət göstərir. Həmin mərkəz məhz Azərbaycan həqiqətlərinin, eləcə də multikultural dəyərlərinin dünyada təbliği istiqamətin əvəzsiz xidmətlər göstərir və müstəsna rol oynayır. Unutmaq lazım deyil ki, dini tolerantlıq ənənələrinin möhkəmləndirilməsində mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlığın rolu danılmazdır. Ölkəmizin ərazisində yerləşən dini abidələrin qorunması, bərpası və yenidən tikilərək istifadəyə verilməsi olduqca mühümdür və vacibdir. Məhz buna görə də Azərbaycan dövləti dünyada sülh və əmin-amanlığı qorumaq, multikulturalizmi daha da inkişaf etdirmək istiqamətində olduqca əhəmiyyətli işlər görməkdədir. Elə buna görə də ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlər inkişaf etməkdədir...

“Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür”, deyən Ulu Öndər Heydər Əliyev xalqımızın tolerantlıq ənənələrini hər zaman yüksək qiymətləndirib. Ümummilli Liderimizin milli-dini dəyərlərimizin qorunmasında, islam dininə hörmətin, ehtiramın göstərilməsində, xalqımızın dini əqidəsinin, dini inancının möhkənləndirilməsində, dini və milli tolerantlığın, eləcə də millətlərarası münasibətlərin inkişaf etdirilməsində öz əməli fəaliyyəti ilə müstəsna rol oynaması, əvəzsiz tövhələr verməsi məhz bu qiymətləndirmənin bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçımız, Azərbaycan Prezidenti cənab İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı, himayəçisidir.

Dözümlülük, başqa millətlərin, xalqların, etnik qrupların nümayəndələrinin mədəniyyətinə, adət-ənənələrinə, müxtəlif dini mənsubiyyətli insanların inanclarına hörmətlə yanaşmaq, dinc yanaşı yaşamaq xalqımızın milli mentalitetinin əsas xüsusiyyətlərindəndir və xalqımızın bütün dövrlərdə insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr verdiyi bunu təsdiq edir. Azərbaycan xalqının, eləcə də dövlətimizin bu gün də sülhün, əmin-amanlığın tərəfdarı olması heç də təsadüfi deyil və məhz dinc yanaşı yaşamaq ənənələrindən irəli gəlir. Ermənistan tərəfinin təxribatlarına cavab olaraq, hərbi əməliyyatlara başlanıldıqdan və işğal altında olan torpaqlarımız işğaldan azad olunduqdan, müharibədə mükəmməl qələbə qazandıqdan sonra Azərbaycan yenə də sülh təşəbbüsü ilə çıxış edirsə, yenə də normal qonşuluq münasibətlərinin davam etdirilməsi, sülh şəraitində yaşamaq təklifini irəli sürürsə, bu elə məhz bizim dini və milli tolerantlıq ənənələrimizin qorunduğunu, hətta daha da inkişaf etdiyini, millətlərarası münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verildiyini təsdiqləyir. Əgər Ermənistan tərəfinin ərazilərimizi 30 il işğal altında saxlaması, danışıqlardan boyun qaçırması, danışıqları uzatmağa çalışması, qeyri-konstruktiv mövqe sərgiləməsi və təxribatları, eləcə də Azərbaycanın öz gücü, öz qüdrəti, öz potensialı ilə bizə məxsus olan əraziləri işğaldan azad etməsi fonunda yenə də qonşu dövlətə sülh müqaviləsi bağlamaq təklifi ilə çıxış edirsə, deməli, ölkəmizdə dini və milli tolerantlıq, millətlərarası münasibətlər bütün dünyaya nümunə olacaq qədər inkişaf edib.

Müəllif: İnam Hacıyev

6.3.15. “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Aprel 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri