Icma.az
close
up
RU
Ölkəmizdə tolerantlıq dünyaya örnəkdir

Ölkəmizdə tolerantlıq dünyaya örnəkdir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

ABŞ-ın etiqad azadlığı qurumu bu gerçəyə əyri güzgüdə baxır

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, ölkə daxilində hər bir vətəndaşın istədiyi dinə etiqad etmək və ya etməmək hüququ var. Bu hüquq istər fərdi, istərsə də kollektiv olaraq təmin edilir. Əgər dini mərasimlər ictimai asayişi və əxlaqi normaları pozmursa, onların keçirilməsi qanunla qorunur.
Hazırda Azərbaycanda fəaliyyət göstərən yüzlərlə məscid, kilsə və sinaqoq dini müxtəlifliyin və tolerantlıq siyasətinin bariz nümunəsidir. Statistik məlumatlara əsasən, ölkədə qeydiyyatdan keçmiş dini icmaların, təqribən, 95 faizi İslam, 5 faizi isə digər dinlərə (xristianlıq, yəhudilik və s.) məxsusdur. Ən önəmlisi isə odur ki, Azərbaycan daxilində heç bir dini konfessiyaya qarşı ayrı-seçkilik və ya təqib yoxdur.
Bununla belə, bəzi beynəlxalq təşkilatlar bu reallığı görməzdən gəlir və dini məsələlərdən geosiyasi məqsədlərlə istifadə edirlər. Belə qurumlardan biri ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasıdır (USCIRF). Bu qurum son illər Azərbaycanı dini etiqad azadlığını pozmaqda suçlayır, Qarabağda, guya, xristian abidələrinin dağıdıldığını iddia edir. Komissiya Azərbaycanın bəzi hüquq-mühafizə strukturlarını və məmurlarını hədəfə alaraq hökuməti sanksiyalar tətbiq etməyə çağırır. Bu çağırışlar həqiqətən dini azadlıqların qorunmasına yönəlib, yoxsa geosiyasi təzyiq aləti kimi istifadə olunur? 
Əvvəlcədən qeyd edək ki, bu çağırışlar heç də obyektivliyə və hüquqa əsaslanmır. Əksinə, bunlar Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və təhlükəsizlik maraqları nəzərə alınmadan siyasi sifariş əsasında səsləndirilən qərəzli bəyanatlardır. Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisidir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr (822, 853, 874, 884) bu bölgənin Azərbaycana məxsus olduğunu təsdiqləyib. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycan bu ərazilər üzərində tam suverenliyini bərpa edib. 
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fatma Yıldırım XQ-yə bildirdi ki, 2023-cü ilin sentyabrında aparılmış birgünlük lokal antiterror tədbirlərindən sonra bölgədə Azərbaycanın tam suverenliyi bərpa olunub: “Belə bir şəraitdə xarici təşkilatların, o cümlədən USCIRF-in Qarabağı ayrıca dini-etnik məkan kimi təqdim etməsi və “müstəqil müşahidə” çağırışları suveren dövlətin daxili işlərinə müdaxilə cəhdləridir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Ölkə daxilində fəaliyyət göstərən xristian (pravoslav, katolik, alban-udi), yəhudi və digər dini icmalar üçün hüquqi və praktiki azadlıq təmin edilib. Onlar tam azad şəraitdə yaşayır və öz dini ayinlərini sərbəst şəkildə icra edirlər”.
Deputat qeyd etdi ki, Azərbaycanın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərində İslam dini ilə bağlı tarixi abidələr, məscid, ziyarətgahlarla bərabər, xristian və yəhudi məbədlərinin tikintisi və bərpası həyata keçirilir: “Azərbaycanın multikulturalizm siyasəti yalnız sözdə deyil, əməldə də təsdiqlənir. İşğaldan azad edilmiş ərazilərdə İslam abidələri ilə yanaşı, xristian və yəhudi məbədlərinin bərpası aparılır. Bu sahədə mühüm nümunələrdən biri Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksidir. Bu alban xristian dini abidəsi dövlət mühafizəsinə götürülüb və alban-udi icmasına təhvil verilib. Şuşa şəhərindəki Qazançı kilsəsinin bərpası da Azərbaycanın dini irsə inklüziv yanaşmasının bariz sübutudur. Bu, dini irsə münasibətin obyektiv, qanuni və qoruyucu xarakter daşıdığının və multikultural siyasətin göstəricisidir. Belə olan halda USCIRF-in iddiaları siyasi məqsədlər daşıyır. Başqa sual doğuran məqamlar da var. Məsələn, nəyə görə, Hayastanın həm öz ərazisində, həm də uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarında bir milyondan çox azərbaycanlını dini və etnik mənsubiyyətinə görə köçkün vəziyyətinə salması, 300-dən artıq məscidin, yüzlərlə qəbiristanlıq və İslam dini abidəsinin təhqir olunması faktları USCIRF gündəminə çıxarılmayıb. Bu cür faktların görməzdən gəlinməsi komissiyanın obyektivliyi barədə ciddi suallar doğurur”.
F.Yıldırım dünyada dini zorakılıq hallarının yalnız radikal islamizm kontekstində qabardıldığına, amma xristian ekstremizmi, antisemitizm və digər dini təmayüllü zorakılıqlar barədə susqunluq nümayiş etdirildiyinə diqqəti çəkdi: “Əgər məqsəd obyektiv dini təhlil və hüquqi qiymətləndirmədirsə, bu yanaşma adekvat və ədalətli sayıla bilməz. Belə mövqe yalnız ikili standartlara deyil, həm də bəzi beynəlxalq qurumların siyasi sifariş əsasında hərəkət etdiklərinə dair fikirləri gücləndirir. Bundan əlavə, USCIRF-in sənədlərində “Dağlıq Qarabağ” ifadəsindən istifadə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə açıq-aşkar hörmətsizlik kimi qiymətləndirilə bilər. Görünən odur ki, komissiyanın Qarabağla bağlı çağırışları dini azadlıqların müdafiəsindən daha çox siyasi məqsədlərə xidmət edir. Azərbaycanın daxili işlərinə qarışmaq, onun suveren ərazisində beynəlxalq monitorinq tələb etmək və dini məsələləri geosiyasi təzyiq alətinə çevirmək – bunlar istər beynəlxalq hüquqla, istərsə də dini tolerantlığın təşviqi ilə uzlaşmır.
Azərbaycan dövləti və cəmiyyəti multikulturalizm və dini dözümlülük sahəsində nümunəvi təcrübəyə malikdir. Beynəlxalq platformalarda obyektiv və balanslı yanaşma təkcə ölkəmizin maraqlarına deyil, həm də beynəlxalq hüququn prinsiplərinə xidmət edərdi”.
Deputat onu da bildirdi ki, əgər məqsəd, həqiqətən, dini irsin qorunması və dindarların hüquqlarının təmin edilməsidirsə, Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası tərəfsiz və obyektiv mövqe nümayiş etdirməli, regiondakı bütün dini-mədəni irs nümunələrinə eyni dərəcədə yanaşmalı idi: “Lakin təəssüf ki, reallıq bunun tam əksini göstərir. Komissiyanın Azərbaycana qarşı səsləndirdiyi iddialar qeyri-obyektiv, qərəzli və əsassızdır. Bu yanaşma dini azadlıqların müdafiəsinə deyil, açıq şəkildə ermənilərin maraqlarının müdafiəsinə və islamofob mərkəzlərin təsiri altında hərəkətə xidmət edir. Bu gün Qarabağ regionunda dini və mədəni müxtəlifliyin qorunması Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizin bu sahədə atdığı addımlar açıq və şəffafdır. Qafqaz Albaniyasına məxsus tarixi irsin məqsədli şəkildə erməniləşdirilməsinə qarşı çıxmaq dini düşmənçilik deyil, əksinə, tarixi ədalətin bərpasıdır. Ermənistanın iddia etdiyi dini abidələrin böyük əksəriyyəti əslində alban–qıpçaq irsinə məxsusdur. Heç bir erməni dini obyektinə qarşı dağıdıcı fəaliyyət olmayıb”.
Fatma Yıldırım sonda dedi ki, USCIRF-in bu cür qərəzli yanaşması dini azadlığın müdafiəsi görüntüsünü yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan legitim mövqeyini zəiflətmək, Ermənistanın maraqlarını təşviq etmək məqsədi güdür: “Bu iddialar, eyni zamanda, informasiya müharibəsinin bir hissəsi olaraq tarixi və siyasi reallıqları manipulyasiya etmək cəhdidir. Burada diqqətçəkən əsas məqamlardan biri isə islamofobiya və ikili standartların açıq-aşkar tətbiqidir”.
Beləliklə, xarici təşkilatların dini etiqad azadlığı adı altında ölkəmizə qarşı təzyiq göstərməsi qəbuledilməzdir. Azərbaycan beynəlxalq öhdəliklərinə sadiqdir və dini-mədəni irsin qorunması istiqamətində ardıcıl siyasətini davam etdirir. Eyni zamanda, fakt və dəlillərlə pozucu fəaliyyətlərin qarşısı alınacaq. 

Pünhan ƏFƏNDİYEV 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri