Icma.az
close
up
RU
Ölkəmizdə ən çox maaş alan qadınlar hansı sahələrdə çalışırlar?

Ölkəmizdə ən çox maaş alan qadınlar hansı sahələrdə çalışırlar?

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qadınların məşğulluğu və onların iqtisadi-sosial inkişafda rolunun daha da artırılması prioritet məsələlərdəndir. Hazırda ölkəmizdə məşğul əhalinin 2 milyon 414 mini qadınlardır. Məşğul əhalidə kişilərin sayı isə 2 milyon 615 min nəfərdir. İşçi qüvvəsində qadınların sayı isə 2 milyon 571 mindir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Millət vəkili bildirib ki, Azərbaycanda qadınların ən çox çalışdığı sektor təhsildir:

“Hazırda əmək müqaviləsi ilə çalışan qadınlarımızın sayı 722 147 nəfərdir. Onun 242 801 nəfəri təhsil sektorunda çalışır. Bu, ümumi muzdlu qadın işçilərin 33.6 faizi deməkdir. Bu, eyni zamanda o deməkdir ki, əmək müqaviləsi ilə çalışan hər 3 qadından 1-i təhsil sferasında işləyir”.

Deputat vurğulayıb ki, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi qadınlarımın üstünlük verdiyi ikinci ən böyük sektordur:

“Ümumi payda 16.2 faiz ilə bu sferada 116 976 qadın vətəndaşımız çalışır. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır. Burada 95 566 qadın vətəndaşın əmək müqaviləsi qeydiyatdan keçib”.

V.Bayramov əlavə edib ki, qadınların orta aylıq əmək haqqısına gəldikdə isə, ən yüksək maaş mədənçıxarma sənayesində təklif edilir:

“Burada qadın işçilərin orta maaşı 2 915 manatdır. Daha sonra maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan qadın vətəndaşların orta aylıq maaşı gəlir 1 813 manatdır. Burada ilk üçlüyü informasiya və rabitə sektoru tamallayır: 1 353 manat. Məşğulluqda böyük paya malik olan təhsil sektorunda isə qadınların orta aylıq maaşı 731 manatdır. Hazırda qadınların orta aylıq maaşı kişilərin orta əmək haqqısının 68.9 faizinə bərabərdir. Qlobal olaraq bu nisbət 77-80 faizdir”.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 Mart 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri