Icma.az
close
up
RU
Ölkəmizdə ən çox hansı rayonlar ziyarət edilir? AÇIQLAMA

Ölkəmizdə ən çox hansı rayonlar ziyarət edilir? AÇIQLAMA

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Havaların isinməsi ilə birlikdə yay tətili planları da canlanmağa başlayır. Dəniz, dağlar, istirahət mərkəzləri və təbiət qoynunda sərinlik axtaranların sayı hər il artır. 

Bəs bu yay bizi nələr gözləyir? Yerli və xarici turistlər haraya üz tutacaq? 

Mövzu ilə bağlı Ölkə.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, yay ayları insanların ən çox səyahət, istirahət etdiyi bir dövrdür. 

Onun sözlərinə görə, bütün dünyada bu dövrdə tələbat artır, ölkəmizdə də yerli və xarici turistlərin aktivliyi gözlənilir:

“Hazırkı geosiyasi şəraitdə vəziyyətin əvvəlki illərlə müqayisədə bir qədər fərqli olması təbiidir. Çünki şimal ərazidə Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, bütün bu konyunkturaya təsir edir.

Bilirik ki, bu il turizmin Azərbaycan üçün bərpa dövrü olacaq. Çünki Azərbaycanda hələ göstəricilər tam 2019-cu il səviyyəsinə gəlməyib. 2019-cu ildə ölkəmizə ən çox əcnəbi turist təxminən 3,2 milyon gəlməyinə baxmayaraq, keçən il Azərbaycana 2,6 milyon əcnəbi gəlmişdi. Bu da onu göstərdi ki, hələ Azərbaycanda turizm bazarı tam bərpa olmamışdı. Baxmayaraq ki, 2024-cü il dünya turizm bazarı üçün bərpa dövrü sayılır, göstəricilər “Covid-19” pandemiyasından öncəki göstəricilərə yaxınlaşmışdı. Amma hələ ki, Azərbaycanda bu bərpa tam şəkildə olmayıb. Təbii ki, quru sərhədlər bağlıdır. Bu da öz təsirini göstərir”. 

Ekspert qeyd edib ki, qonşu ölkələrdən gələn turistlərin sayı əvvəlki illə müqayisədə azdır:

“Hansı ki, ən çox ölkəmizə məhz qonşu ölkələrdən - Gürcüstan, Rusiya, Türkiyə, İrandan gəlirdi. Mövcud vəziyyətə əsasən, bu, öz təsirini göstərməmiş deyil. Qiymətlərin keçən ildən o qədər də fərqli olmayacağını düşünürük. Çünki biz deməzdik ki, keçən illə müqayisədə qiymətlər artacaq. Amma ən çox istehlak olunan və turistlərin çox getdiyi regionlar Bakıya yaxın ərazilərdir. Paytaxtdan elə də uzaq olmayan və turizm infrastrukturu olan Qəbələ, Şəki, Şamaxı, Quba, Qusar və cənub regionlarını bura aid etmək olar”.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 May 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri