Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Ölkəmizdə əsəb xəstələrinin sayı niyə artır?

Ölkəmizdə əsəb xəstələrinin sayı niyə artır?

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Belə xəstəliklərin yaranmasına səbəb olan əsas amillər stress, sosial gərginlik və insanların gələcəklə bağlı daimi narahatlığıdır

Azərbaycanda əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri ilə bağlı qeydiyyatda olan şəxslərin sayı 323 min 775 nəfərə çatıb. Dövlət Statistika Komitəsinin 2026-cı ilin əvvəlinə olan rəsmi məlumatlarına əsasən, ölkədə bu kateqoriya üzrə ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb. Paytaxtda 139 min 334 nəfər qeydiyyatda olmaqla, ümumi göstəricinin təxminən 43 faizini təşkil edir.

Bakı rayonları arasında ilk üçlükdə Sabunçu (25 249 nəfər), Xətai (23 715 nəfər) və Yasamal (15 752 nəfər) yer alır. Sonrakı pillələrdə Binəqədi, Suraxanı, Xəzər və Səbayel  rayonları qərarlaşıb.

İqtisadi rayonlar üzrə də diqqətçəkən göstəricilər qeydə alınıb. Abşeron-Xızı iqtisadi rayonunda Sumqayıt şəhərində 28 min 798, Şəki-Zaqatala iqtisadi rayonunda Şəki rayonunda 26 min 426, Qazax-Tovuz iqtisadi rayonunda Şəmkirdə 23 min 873, Gəncə-Daşkəsən iqtisadi rayonunda isə Gəncədə 16 min 393 nəfər bu xəstəliklər üzrə qeydiyyata alınıb.

Qarabağ iqtisadi rayonunda ən yüksək göstərici Ağdamda (5 min 70 nəfər), Mərkəzi Aranda isə Göyçayda (6 min 931 nəfər) qeydə alınıb.

Ən aşağı göstəricilər isə Laçın (20 nəfər), Balakən (33 nəfər), Samux (38 nəfər), Pirallahı (47 nəfər) və Babək (136 nəfər) rayonlarında müşahidə olunub.

Azərbaycanda əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri ilə bağlı qeydiyyatda olan şəxslərin sayının 323 min nəfəri ötməsi bu sahədə narahatlığın artdığını göstərir. Mütəxəssislərin fikrincə, bunun arxasında bir neçə əsas amil dayanır.

İlk növbədə, müasir həyat tərzi, davamlı stress, iqtisadi və sosial gərginlik, yuxu pozğunluğu və informasiya yükünün artması insanların sinir sisteminə mənfi təsir göstərir. Xüsusilə böyük şəhərlərdə gərgin iş rejimi, nəqliyyat sıxlığı və ekoloji amillər psixoloji və nevroloji problemlərin artmasına səbəb olur.

Digər tərəfdən, son illərdə tibbi xidmətlərə əlçatanlığın yaxşılaşması və diaqnostika imkanlarının genişlənməsi əvvəllər aşkar edilməyən bir çox xəstəliyin qeydiyyata alınmasına şərait yaradıb. Bu da rəsmi statistikada xəstələrin sayının artmasına təsir göstərən əsas amillərdən biridir.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. A.Qeybulla deyib ki, ümumiyyətlə, sinir sistemi xəstəlikləri ilə psixi xəstəliklər arasında müəyyən sərhəd var: "Sinir sistemi xəstəlikləri əsəb sisteminin bütün pozuntularını və xəstəliklərini əhatə edir. Psixi xəstəliklər isə ətraf aləmin düzgün qavranılmaması, qarabasmalar və hallüsinasiyaların meydana çıxması ilə fərqlənir.

Bununla yanaşı, sərhəd xəstəlikləri də mövcuddur. Bəzən hallüsinasiyalar nevrogen xəstəliklər zamanı da müşahidə oluna bilər".

A.Qeybulla qeyd edir ki, hazırda ən geniş yayılmış problemlərdən biri nevrozdur: “Bundan başqa, panik pozuntular, panik ataklar, həyəcan halları və sinir sisteminin dayanıqlığının müxtəlif formalarda pozulması geniş yayılıb. İnsan orqanizmində vegetativ, yəni avtonom sinir sistemi fəaliyyət göstərir. Biz bunu adi halda nə hiss edirik, nə də duyuruq. Halbuki bu sistem orqanizmdə gedən bütün mübadilə proseslərini, hərəkəti və koordinasiyanı tənzimləyir. Vegetativ sinir sisteminin simpatik və parasimpatik şöbələri var və bu iki sistem normal halda balans şəraitində fəaliyyət göstərir. Bəzən həmin balans pozulur, nəticədə sinir sisteminin dayanıqlığı zəifləyir və insanlarda müxtəlif problemlər meydana çıxır.

Bəzi xəstələrdə gözlənti tipli nevrotik pozuntular olur. Onlar daim həyəcan içində nəyisə gözləyir, müxtəlif qorxular yaşayırlar. Bu həyəcan zaman keçdikcə onların psixikasına və bədəninə hopur. İstənilən triqqer, yəni stress faktoru həmin vəziyyəti daha da gücləndirə bilər. Hətta bəzən insan heç bir xarici təsir olmadan, sadəcə, sakitcə oturub nəyisə düşündüyü zaman belə bu vəziyyətə düşə bilər".

Professor hesab edir ki, güclü sinir sistemi hər insana xas xüsusiyyət deyil. Onun fikrincə, insanın ruhən möhkəm olması, ətraf aləmi düzgün qavraması və daxili tarazlığını qoruya bilməsi böyük əhəmiyyət daşıyır: "Ətraf aləmi düzgün qavraya bilməmək, sinir sisteminin zəif olması, daxili balansın pozulması insanın həm sinir sisteminin dayanıqlığını, həm də ətraf aləmlə harmoniyasını pozur.

Belə xəstəliklərin yaranmasına səbəb olan əsas fon amilləri isə stress, sosial gərginlik və insanın gələcəklə bağlı daimi narahatlığıdır. Məsələn, insan düşünür ki, evdə övladı ağır xəstələnsə nə edəcək, hansısa hadisə baş versə necə davranacaq. Bu cür dərin və davamlı düşüncələr sosial faktorlarla birləşərək insanda daxili vahimə yaradır. Məhz həmin daxili vahimə sinir sisteminin dayanıqlığını pozur və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bəzən bu problemlərin korreksiyası və müalicəsi uzun müddət davam edir".

A.Qeybulla qeyd edir ki, belə hallarda yalnız dərman müalicəsinə üstünlük vermək düzgün yanaşma deyil: "Nevropatoloqlar bu xəstələrə müxtəlif sakitləşdirici və psixotrop preparatlar təyin edirlər. Lakin istənilən halda xəstənin psixikası ilə də işləmək lazımdır. Əsas məqsəd insanın özünə inamını bərpa etməkdir. Buna görə də təkcə dərman müalicəsi kifayət etmir".

Professorun sözlərinə görə, narahatedici məqamlardan biri də bu problemlərin artıq gənclər arasında geniş yayılmasıdır: "İnsanlar özlərini rahat, təhlükəsiz və məmnun hiss etdikləri, cəmiyyətdə sabitlik hökm sürdüyü dövrlərdə belə xəstəliklərə daha az rast gəlinir. Ancaq bu gün bütün dünyada intihar hallarının artması da göstərir ki, bu problem qlobal xarakter daşıyır. İntiharların böyük bir hissəsi məhz nevrogen dəyişikliklər və psixoloji amillərlə əlaqəlidir.

Xüsusilə mobil telefonlardan intensiv istifadə də sinir sisteminə təsir göstərən amillərdən biridir. Bildiyiniz kimi, bunlar yüksək tezlikli radio dalğaları ilə işləyir və orqanizmdə gedən biokimyəvi proseslərə müəyyən təsirlər göstərə bilər. Bundan başqa, müxtəlif radio dalğalarının geniş şəbəkə şəklində ətraf mühiti əhatə etməsi, insanların məişət problemləri, gündəlik qayğıları, dünyada baş verən müharibələr və digər gərgin hadisələr də insan psixologiyasına təsirsiz ötüşmür. Dünyada sabit həyatın pozulması insanların psixi vəziyyətinə də birbaşa təsir göstərir. Bununla yanaşı, içməli suyun, qida məhsullarının və dərman vasitələrinin keyfiyyət göstəriciləri də psixi sferaya müəyyən təsir edə bilər. Bu amili də tamamilə kənarda qoymaq düzgün olmaz".

Müsahibimiz hesab edir ki, bütün bu amillər arasında ən ciddi problemlərdən biri insanların canlı ünsiyyətdən uzaqlaşmasıdır: “İnsanları bu vəziyyətə gətirib çıxaran ən mühüm səbəblərdən biri ünsiyyətin zəifləməsidir. Bu gün mobil telefonlar insanların özünə qapanmasına səbəb olur. Hətta yaxınlarından xəbər almaq üçün belə insanlar üz-üzə görüşmək əvəzinə evdən görüntülü danışmağa üstünlük verirlər. Bu isə canlı ünsiyyət imkanlarını ciddi şəkildə azaldır. Halbuki insanlar bir araya gəlib söhbət etməli, dərdlərini bölüşməli, səmimi qayğılarını danışmalı və bununla psixoloji rahatlıq tapmalıdırlar. Bu cür ünsiyyət insanın emosional boşalmasına, relaks olmasına kömək edir. Təəssüf ki, bu gün həmin ünsiyyət əvvəlki səviyyədə yoxdur. Bu isə çox ciddi amildir və texnoloji inkişafın yaratdığı mənfi nəticələrdən biri kimi qiymətləndirilə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 İyul 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri