Icma.az
close
up
RU
Ölkəmizə milyardlar qazandıracaq ƏMƏKDAŞLIQ Asiyanı Avropa ilə...

Ölkəmizə milyardlar qazandıracaq ƏMƏKDAŞLIQ Asiyanı Avropa ilə...

News24 saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrilməsi fonunda dünya dövlətləri ölkəmizlə əlaqələr qurmağa və onu inkişaf etdrməyə daiam maraq göstərir. Azərbaycan da öz növbəsində dünya ölkələrilə əməkdaşlığın inkişafında maraqlıdır. Bu mənada son illər Azərbaycanla Çin arasında da əlaqələr sürətlə inkişaf edir.

2024-cü ilin iyulun 3-də Bakı ilə Pekin arasında arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanıb.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev də Çinin Sinxua agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir. Dövlət başçısı qeyd edib ki, fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır.

İlham Əliyev onu da vurğulayıb ki, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, ölkəmizin xarici ticarət dövriyyəsində Pekinin payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. Bütün bunlar Bakı Pekin münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyindən xəbər  verir.

Azərbaycan Çin tərəfdaşlığı ölkəmizə nələr qazandıracaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə qeyd edib ki, “Bir kəmər, bir yol” layihəsi münasibətlərimizin inkişafında xüsusi önəm daşıyan layihədir:

“Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmaqla yanaşı, dünyanın əsas aparıcı güclərindən biridir. İqtisadi gücünə görə Çin dünyada ikinci yerdədir. Son illər Çin iqtisadiyyatının sürətli inkişafı ölkənin əhəmiyyətinin, siyasi və iqtisadi müstəvidə dünya üzrə çəkisinin artmasının nümunəsidir.

33 ilə yaxındır ki, Bakı ilə Pekin arasında diplomatik münasibətlər, iqtisadi və siyasi münasibətlər artan dinamika üzrə inkişaf edir. “Bir kəmər, bir yol” layihəsi münasibətlərimizin inkişafında xüsusi önəm daşıyan layihədir. 2019-cu ildə tərəflər arasında sənaye və investisiya sahələrini əhatə edən 10 sənəd imzalanıb”.

Deputat Çinlə Azərbaycan arasında ticarət dövriyyəsinijn həcminin 3,5 milyard dolları keçdiyini xatırladıb:

“Tərəflər arasında son 5 ildə ticarət dövriyyəsi iki dəfədən də çox artaraq, 3,5 milyard dolları keçib. Çin Azərbaycana 1 milyard, ölkəmiz tərəfindən əks istiqamətə isə 2 milyard dollar investisiya qoyulub. Bu illər ərzində hər iki tərəfdən qarşı tərəfə müxtəlif rəsmi səfərlər həyata keçirlilib. 2024-cü ilin 3 iyulunda isə Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması ilə bağlı birgə Bəyannamə imzalanıb”.

Müsahibimiz əlavə edib ki, Çinlə münasibətlərimiz Azərbaycanın Avropa ilə Asiya arasında tranzit yolu, nəqliyyat qovşağı olaraq önəmini, əhəmiyyətini göstərir:

“Bu da ölkəmizin artan siyasi və iqtisadi gücünün nəticəsidir. Hazırda Pekinlə münasibətlərimiz daha da inkişaf edir. Həmin münasibətlər bundan sonra da bölgədə dayanıqlı sülhə, sabitliyə mühüm töhfə verməyə davam edəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Aprel 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri